04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Kəpəz” futbol klubu ilk yoxlama oyununa çıxıb

Türkiyədə təlim-məşq toplanışında olan Gəncənin “Kəpəz” futbol klubu ilk yoxlama oyununa çıxıb.Azərtac xəbər verir ki, “sarı-göylər”in rəqibi Rumıniyanın “Viitorul” klubu olub. Matç 1:1 hesabı ilə yekunlaşıb. Rumıniya təmsilçisi ilə görüşdə gəncəlilərin qolunu kapitan Şəhriyar Rəhimov vurub.Komandamız növbəti yoxlama matçında Koreya Respublikasının “Daejeon Citizen” klubu ilə qarşılaşacaq. Bu oyun yanvarın 25-də keçiriləcək.xeber100.com

Yanvar 23, 2018 12:43

Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə…

Avstriyanın Mittersil şəhərində Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib.Azərtac xəbər verir ki, seminarda iştirak edən Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Fariz Hüseynov və regionlarda cüdonun inkişafı sektorunun müdiri, məşqçi Tərlan Poladov cüdoçularımızı yeni qaydalarla tanış etmək üçün Bakıda seminar keçiriblər.Hər iki mütəxəssis Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasında cüdonun yeni qayda və qanunlarının tədbiqini əyani şəkildə göstəriblər. Yeni qaydalar cüdoçulara ətraflı izah edilib.xeber100.com

Yanvar 23, 2018 12:41

Kikboksinq üzrə respublika turniri keçirilib

Hövsan Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq üzrə respublika turniri keçirilib.Azərtac xəbər verir ki, yeniyetmələr və gənclər arasında təşkil olunan yarışda “Neftçi İdman Klubu”nun idmançıları 11 medal (3 qızıl, 4 gümüş, 4 bürünc) qazanıblar.Klubun yetirmələrindən Elmir Alı (31 kq-dan yuxarı), Qalib Hüseynli (42 kq) və İsgəndər Hacıyev (75 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.xeber100.com

Yanvar 23, 2018 11:52

İspaniya çempionatının 20-ci turunda

Yanvarın 21-də İspaniya çempionatının 20-ci turunda növbəti oyunlar keçirilib.Azərtac xəbər verir ki, turun ən böyükhesablı nəticəsi Madriddə qeydə alınıb. Paytaxt təmsilçisi "Real" öz meydanında "Deportivo"nu 7:1 hesabı ilə darmadağın edib.“Kral klubu”nun heyətində Naço, Beyl və Ronaldo dubl ediblər. Digər qolu isə Modriç vurub.Hazırda Madridin "Real" klubu 35 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Zidanın yetirmələri digər komandalardan bir oyun az keçiriblər.xeber100.com

Yanvar 22, 2018 12:32

İtaliya çempionatında 21-ci turun növbəti görüşləri keçirilib

Yanvarın 21-də futbol üzrə İtaliya çempionatında 21-ci turun növbəti görüşləri keçirilib.Azərtac xəbər verir ki, turun mərkəzi matçı Milan şəhərində “İnter” ilə “Roma” klubları arasında oynanılıb. Son oyunlarda uğursuz nəticələr əldə edən “İnter” klubu bu dəfə də qələbə qazana bilməyib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Roma” klubu Əl Şəravinin vurduğu qolla ilk hissəni hesabda irəlidə bitirib. Matçın 86-cı dəqiqəsində isə Vesino “İnter”in bərabərlik qolunu vurub.Bu nəticədən sonra “İnter” 43 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Roma” klubu isə 40 xalla beşincidir.xeber100.com

Yanvar 22, 2018 12:29

Futzal üzrə Avropa çempionatının final mərhələsində

Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlığını Bakıda davam etdirən Azərbaycan millisi yanvarın 23-də və 24-də İran yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, ilk oyunu hakim Yusif Nurullayev, Hikmət Qafarlı və Ramil Namazov, ikinci qarşılaşmanı isə Elçin Səmədli, Ramil Namazov və Yusif Nurullayev idarə edəcəklər.Bakı İdman Sarayında keçiriləcək hər iki qarşılaşma saat 21:00-da başlayacaq.Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək. Joze Alesio Da Silvanı rəhbərlik etdiyi kollektiv qrup oyunları çərçivəsində fevralın 2-də Fransa, fevralın 4-də isə İspaniya yığması ilə qarşılaşacaq.xeber100.com

Yanvar 22, 2018 12:26

U-21 millisi Albaniya yığması ilə qarşılaşıb

Təlim-məşq toplanışını Antalyada davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Albaniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq oyunu keçirib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.Komandamız növbəti oyununu yanvarın 23-də Gürcüstanın U-21 yığmasına qarşı keçirəcək.xeber100.com

Yanvar 22, 2018 12:24

“Kuldiga Catherines Cup” beynəlxalq turniri keçirilib

Latviyada atletika üzrə “Kuldiga Catherines Cup” beynəlxalq turniri keçirilib.Azərtac xəbər verir ki, səkkizinci dəfə təşkil olunan yarışda ölkəmizi 60 metr məsafəyə sədlərlə qaçış yarışlarında Rahib Məmmədov təmsil edib.Məşqçi Elvin Əliyevin rəhbərliyi altında mübarizə aparan atletimiz 8 saniyə nəticə ilə turnirin qızıl medalına sahib olub.İlk üçlüyü litvalı idmançılar Saulius Rapolas və Vrasinskas Martinas tamamlayıblar.Qeyd edək ki, turnirdə 17 ölkədən 200-dən artıq atlet qalib adı uğrunda yarışıb.xeber100.com

Yanvar 22, 2018 12:22

“Barselona” futbol klubunun tarixində…

Uruqvaylı hücumçu Luis Suares “Barselona” futbol klubunun tarixində ən tez 100 qol vuran oyunçu olub.Azərtac “Barselona” klubunun rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, yanvarın 21-də Luis Suares İspaniya çempionatında “Betis” klubu ilə keçirilən oyunda dubla imza atıb. Beləliklə, “Barselona” komandasının heyətində 100 qol vurmaq üçün uruqvaylıya 114 oyun lazım gəlib.İndiyədək Kataloniya klubunda 100 qolu Lionel Messi 154 oyuna, Sesar Rodriqes 159 oyuna, Ladislav Kubala 132 oyuna, Samuel Eto isə 130 oyuna vura bilmişdi.Qeyd edək ki, Luis Suares “Barselona”ya 2014-cü ilin yayında İngiltərənin “Liverpul” klubundan transfer olunub.xeber100.com

Yanvar 22, 2018 12:19

“Qəbələ” futbol klubu hazırlığını davam etdirir

“Qəbələ” futbol klubu 2017-2018-ci il mövsümünün ikinci yarısının hazırlığını davam etdirir.Azərtac xəbər verir ki, Antalyada təşkil olunan təlim-məşq toplanışının yanvarın 5-dən 17-dək davam edən ilk mərhələsindən sonra 3 günlük istirahətə buraxılan “qırmızı-qaralar” yenidən bir araya gəliblər.Komanda hazırlıq prosesinin ikinci mərhələsinə 1 məşqlə start verib. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında baş tutan hazırlıqda futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər. Zədə səbəbindən bir müddət komanda ilə məşq keçməyən Dion Malone kollektiv hazırlıqlara qoşulub.xeber100.com  

Yanvar 22, 2018 12:17
    Page 573 of 830« First«...102030...571572573574575...580590600...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az