Basketbol Federasiyasının dəstəyi ilə…

Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin İdman Kompleksində basketbolçulardan ibarət komandalar arasında 2017-2018-ci il üzrə “Təhsil liqaları”na start verilib.Nazirlikdən Azərtac-a bildiriblər ki, 13 (U-13) və 15 yaşadək (U-15) komandalar arasında təşkil edilən “Təhsil liqaları”nın keçirilməsinin məqsədi yaş qrupları üzrə ən yaxşı basketbolçuların aşkarlanması, onların oyun təcrübəsinin artırılması və yığma komandaların müəyyənləşdirilməsidir.Təhsil Nazirliyi, Azərbaycan Basketbol Federasiyası və idman ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri açılış mərasimində basketbol idman növünə uşaq və yeniyetmələrin cəlb edilmələri, istedadlı idmançıların aşkara çıxarılmaları baxımından liqaların əhəmiyyətindən danışılıb. Həmçinin belə uşaq-gənclərin idmana maraqlarının artmasında tədbirlərin müsbət rolu vurğulanıb.Tədbirin bədii hissəsində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs qrupu və solistlər çıxış ediblər.Qeyd edək ki, hər iki yaş qrupu üzrə liqalarda idman məktəblərinin, müxtəlif idman təşkilatlarının 24 komandası mübarizə aparır.İki dövrədən ibarət olan liqaların oyunları 2018-ci ilin iyununda başa çatacaq.xeber100.com

Dekabr 28, 2017 12:25

“Grand slam” seriyalarına dekabrın 30-da start veriləcək

Dünya Taekvondo Federasiyası tərəfindən Çin Xalq Respublikasında təşkil olunan “Grand slam” seriyalarına dekabrın 30-da start veriləcək. Olimpiya çəki dərəcələrində keçiriləcək taekvondo üzrə turnir 2018-ci il yanvarın 30-dək davam edəcək.Azərtac  xəbər verir ki, bir ay ərzində keçiriləcək yarışın ilk günü komandamızın üzvü, dünya və Avropa çempionu, “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Milad Beigi Hərçəqani (80 kq) mübarizə aparacaq. İdmançımız baş məşqçi Reza Mehmandoustun rəhbərliyi ilə Çinə yollanıb.Turnirdə mübarizə aparacaq digər taekvondoçumuz IV İslam Həmrəyliyi Oyunlarının qalibi Ayxan Tağızadə (68 kq) 2018-ci il yanvarın 6-da, eləcə də dünya və Avropa çempionu, “Rio-2016” Yay Olimpiya Oyunlarının qızıl medalının sahibi, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Radik İsayev isə yanvarın 13-də döyüşlərə qatılacaq. Hər çəki dərəcəsində 12 idmançının mübarizə aparacağı yarışlar ay ərzində həftə sonları keçiriləcək.Qeyd edək ki, yarışın “Facebook” (WT Grand-Slam) və “Instagram” (wtgrandslam) sosial şəbəkələrindəki səhifələrinə daxil olub, idmançılarımızın şəkillərini bəyənməklə onlara xüsusi mükafat qazandırmaq mümkündür.xeber100.com

Dekabr 28, 2017 12:22

Şahmat üzrə dünya çempionatlarında 200 şahmatçı iştirak edəcək

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda başlayan şahmat və blits üzrə dünya çempionatlarında 55 ölkədən 200 şahmatçı iştirak edəcək.Azərtac xəbər verir ki, Azərbaycan yarışlarda 11 idmançı (6 kişi və 5 qadın) ilə təmsil olunur. Kişilərin çempionatında qrossmeysterlər Şəhriyar Məmmədov, Qadir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli, Arkadi Naydiç və Rəsul İbrahimov iştirak edəcək. Qadın çempionatında ölkəmizin idman şərəfini beynəlxalq usta Gülnar Məmmədova, qrossmeysterlər Zeynəb və Türkan Məmmədyarovalar, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva qoruyacaq.Çempionatların təşkilatçılarının nümayəndələri təbrik nitqlərində bildirmişlər ki, Səudiyyə Ərəbistanında idman sahəsində yeni dövr başlayır. FİDE-nin vitse-prezidenti Georgios Makropulos təşkilatın “Biz bir ailəyik” devizini xatırlatmışdır. O, həmçinin əmin olduğunu bildirmişdir ki, bu çempionatlar böyük uğur qazanacaq.Kişilərin turnirində rapid üzrə start siyahısına norveçli Maqnus Karlsen (2908) , qadınlar üzrə isə rusiyalı Yekaterina Laqno (2590) başçılıq edir. Bu gün sürətli şahmat yarışları üzrə 1-5-ci turlar oynanılacaq.Turnirin mükafat fondu 2 milyon dollardır. Bu məbləğin 1,25 milyon dolları kişi, 750 min dolları qadın şahmatçıların yarışına aiddir. Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səudun adını daşıyan dünya çempionatında rapid üzrə yarışlar dekabrın 26-dan 28-dək və on beş turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçiriləcək. Blits üzrə çempionat dekabrın 29-30-da keçiriləcək və 11 qoşa turdan ibarət olacaq.xeber100.com

Dekabr 27, 2017 12:30