04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Həndbol Federasiyasının məlumatına görə…

Azərbaycanın həndbol hakimləri beynəlxalq oyunlara təyinat alıblar.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, Vaqif Əliyev və Ələkbər Ağakişiyev 2019-cu ildə təşkil ediləcək dünya çempionatının seçmə mərhələsinin oyunları çərçivəsində keçiriləcək Slovakiya-Finlandiya görüşünü idarə edəcəklər. Matç gələn il yanvarın 7-də Slovakiyanın Povazska Bıstritsa şəhərində oynanılacaq.Təcrübəli referimiz İsgəndər Əsgərov isə dünya çempionatının seçmə mərhələsi çərçivəsində yanvarın 13-də keçiriləcək Rusiya-Finlandiya oyununda Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.xeber100.com

Dekabr 22, 2017 2:16

“Qarabağ” futbol klubunun hazırlıq planı dəqiqləşib

Ağdamın “Qarabağ” futbol klubunun qış hazırlıq planı dəqiqləşib.Azərtac kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 9-da bir araya gələrək Türkiyəyə yollanacaq. Antalyada keçiriləcək təlim-məşq toplanışı fevralın 4-dək davam edəcək. Komandamız toplanış zamanı 6 yoxlama oyunu keçirməyi planlaşdırır.“Qarabağ”ın artıq 3 rəqibi və bu oyunların keçiriləcəyi vaxt məlum olub. Komandamız yanvarın 20-də Polşanın “Lexiya”, beş gün sonra Ukraynanın “Mariopol” və fevralın 3-də isə Monteneqronun “Mladost” komandası ilə qarşılaşacaq.xeber100.com

Dekabr 22, 2017 2:14

“Zirə” klubunun Antalyadakı qış təlim-məşq toplanışında

“Zirə” futbol klubunun Antalyadakı qış təlim-məşq toplanışında yoxlama matçında qarşılaşacağı rəqiblərdən ikisi müəyyənləşib.Azərtac kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi yanvarın 27-də Polşanın “Krakoviya”, üç gün sonra isə Rusiyanın “Avanqard” klubları ilə qarşılaşacaq.Daha bir yoxlama matçı isə fevralın 2-də keçiriləcək.xeber100.com

Dekabr 22, 2017 2:12

Boks Federasiyasının məlumatı

Bakıda Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnir davam edir.Azərtac xəbər verir ki, Azərbaycan Boks Federasiyasının idman zalında keçirilən yarış dörd gün davam edəcək.Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Hindistan, İran, Türkmənistan, Pakistan, Qazaxıstan, Gürcüstan və Özbəkistan yığmaları güclərini sınayırlar.Ümumilikdə 114 boksçunun qatıldığı və 10 çəki dərəcəsi üzrə keçirilən yarışda ölkəmiz 3 komanda ilə təmsil olunur.Turnirin final qarşılaşmaları dekabrın 24-də keçiriləcək.xeber100.com

Dekabr 22, 2017 2:06

Futtennis üzrə Azərbaycan Super Liqasının “A” qrupunda

“Marafon” idman klubunda futtennis üzrə Azərbaycan Super Liqasının “A” qrupunda yer alan komandalar növbəti oyunlarını keçiriblər.Azərtac xəbər verir ki, üçüncü tur çərçivəsində paytaxt “Atletiko”su ilə üz-üzə gələn “Yeni Günəşli” inamlı qələbə qazanıb – 2:0. Super Liqanın iddialı klublarından olan “Marafon” NUR ilə görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. “Yasamal”-“Xilə” matçı da eyni hesabla yekunlaşıb.Dördüncü turda futtennis üzrə Azərbaycan kuboku yarışlarının finalçısı olan “Marafon” güclü heyətə malik “Yeni Günəşli” qarşısında tab gətirə bilməyib – 1:2. Gün ərzində ikinci dəfə mübarizəyə atılan “Atletiko” isə “Yasamal” ilə bacara bilməyib – 0:2. Üçüncü turda qalib gələ bilməyən “Xilə” bu dəfə də məğlubiyyətlə barışıb. Heyətində futbol üzrə yığma komandamızın sabiq forvardı Fərid Quliyevin çıxış etdiyi NUR komandası rəqibini 2:1 hesabı ilə məğlub edib.xeber100.com

Dekabr 22, 2017 2:04

“Bavariya” klubu müqaviləni yeniləyib

“Bavariya” klubu hücuma meyilli yarımmüdafiəçi Kinqsli Koman ilə yeni müqavilə imzalayıb.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, yeni müqaviləyə əsasən, 21 yaşlı fransalı futbolçu 2023-cü ilin yayınadək Münxen təmsilçisinin heyətində çıxış edəcək.Koman 2015-ci ildən “Bavariya”nın formasını geyinir. Bu müddət ərzində futbolçu iki dəfə Almaniya çempionatının, həmçinin kubok və super kubok yarışlarının qalibi olub.xeber100.com

Dekabr 22, 2017 2:02

U-19 millisinin Bakıda təlim-məşq toplanışı olacaq

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası dekabrın 23-dən 29-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, toplanışa Nicat Möhbəliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Turan Vəlizadə, Tural Bayramov, Xəqani Sadıqov (hamısı “Qarabağ”), Nail Alışov, Seymur Əliyev(hər ikisi “Neftçi”), Sərcan Ömərov, Əkbər Vəliyev, Cavid Əliyev, Elvin Cəfərquliyev (hamısı “Keşlə”), Ceyhun Şahverdiyev, Səbuhi Abdullazadə(hər ikisi “Sumqayıt”), Kamran Məmmədov, Tolqar Yaqubov, Zahid Mərdanov, Emil Qasımov, Şakir Seyidov, Eldost Qiyasbəyli, Tahir Zeynalov, Vidadi Cəfərov, Elçin Mustafayev (hamısı “Səbail”), Kamran Quliyev, Rüstəm Nuriyev (hər ikisi “Qəbələ”) və Riad Abbaszadə(“Şüvəlan”) dəvət alıblar.xeber100.com

Dekabr 21, 2017 2:02

“Neftçi” futbol klubu iki futbolçu ilə yollarını ayırır

“Neftçi” klubu iki futbolçu ilə yollarını ayırır.Azərtac kluba istinadla xəbər verir ki, son 5 ayı icarə əsasında Venesuelanın "Mineros Quayana” klubunda keçirmiş yarımmüdafiəçi Edson Kastilyo ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Çexiyanın “Karvina” klubuna məxsus olan və dekabrın 31-də icarə müddəti başa çatacaq müdafiəçi Pavel Dreksa ilə müqavilə uzadılmayacaq.Klub rəhbərliyi hər iki futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.xeber100.com

Dekabr 21, 2017 1:07

“Zirə” klubu beynəlxalq turnirə dəvət alıb

“Zirə” klubunun 12 yaşadək futbolçulardan ibarət komandası yoxlama oyunu keçirib.Azərtac xəbər verir ki, Bakı təmsilçisi İranın Şiraz vilayətinin “Hafez” klubu ilə qarşılaşıb. Azərbaycan Milli Aviasiya Akademiyasının stadionunda keçirilən görüş komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.Şiraz təmsilçisinin akademiyasının direktoru Ahmad Rezayi ilə “Zirə”nin akademiyasının əlaqələndiricisi Adil Şükürov arasında görüş olub. Əməkdaşlıq haqqında razılaşma əldə olunub. Rezayi “Zirə”ni apreldə Şiraz şəhərində keçiriləcək beynəlxalq turnirə dəvət edib.xeber100.com

Dekabr 21, 2017 12:35

“Kəpəz” futbol klubu üç futbolçu ilə yollarını ayırıb

Gəncənin “Kəpəz” klubu üç futbolçu ilə yollarını ayırıb.Azərtac kluba istinadla xəbər verir ki, Gəncə təmsilçisi yarımmüdafiəçilər Samba Diallo, Mansur Aladji və hücumçu Viktor Oseqeyllə yeni müqavilə imzalamayıb.Klub rəhbərliyi futbolçulara komandadakı xidmətlərinə görə, minnətdarlığını bildirib və gələcək karyeralarında uğurlar arzulayıb.xeber100.com

Dekabr 21, 2017 12:29
    Page 586 of 830« First«...102030...584585586587588...600610620...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az