04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

XI Respublika Oyunlarının final mərhələsinə start verilib

Dekabrın 19-da Balakən Olimpiya İdman Kompleksində yeniyetmə yunan-Roma güləşçiləri arasında XI Respublika Oyunlarının final mərhələsinə start verilib.Azərtac xəbər verir ki, ölkənin şəhər, rayon, idman klub və cəmiyyətlərindən 160-dan artıq güləşçi 15 çəki dərəcəsində birincilik uğrunda mübarizə aparır.Dünya Güləş Birliyinin qaydalarına əsasən, təşkil olunan yarışın baş hakimi Natiq Hacıyev, baş katibi isə Kamran Baxışovdur.Qeyd edək ki, sərbəst güləşçilər arasında XI Respublika Oyunlarının final mərhələsi dekabrın 22-də Balakən Olimpiya İdman Kompleksində təşkil olunacaq.xeber100.com

Dekabr 19, 2017 2:47

“Keşlə” klubuna yeni məşqçi təyin edilib

“Keşlə” futbol klubuna yeni baş məşqçi təyin edilib.Klubdan Azərtac-a bildirilib ki, mövsümün ilk yarısının son dörd turunda müvəqqəti olaraq baş məşqçi postuna gətirilən Ramiz Məmmədov əvvəlki vəzifəsinə qayıdıb. O, yenidən aşağı yaş qrupları üzrə əlaqələndirici kimi fəaliyyət göstərəcək. Baş məşqçi vəzifəsinə isə ukraynalı mütəxəssis Yuri Maksimov gətirilib. Y.Maksimov həftəsonu Bakıya gələcək və gələn həftə müqavilə rəsmən imzalanacaq. Hələlik anlaşmanın müddəti mövsümün sonuna qədər olacaq.Futbolçu kimi Ukrayna millisinin formasını geymiş Yuri Maksimov məşqçiliyə 2005-ci ildə Minskin “Dinamo” klubunda başlayıb. O, daha sonra MOİK (Kiyev), “Obolon”, “Krivbass”, “Metallurq” (Donetsk), “Mordoviya” və “Taraz” klublarında çalışıb.xeber100.com

Dekabr 19, 2017 2:45

Futtennis üzrə ikinci turun oyunları keçirilib

Futtennis üzrə Azərbaycan Super Liqasında ikinci turun oyunları keçirilib.Azərbaycan Futnet Assosiasiyasından (AFNA) Azərtac-a bildirilib ki, “Marafon” idman klubunda əvvəlcə ilk turdan təxirə salınan qarşılaşmalar keçirilib.“A” qrupunda yer alan və liqanın favoriti sayılan “Marafon” komandası Bakının “Atletiko” kollektivini 2:0 hesabı ilə məğlub edib. Tur çərçivəsində ikinci matçına çıxan “Marafon” klubu “Yasamal” ilə üz-üzə gəlib. İlk setdə “Marafon” qalib gəlib. İkinci setdə “Yasamal” idmançıları hesabda irəli (10:4) olsalar da sonda qələbəni əldən veriblər. İlk dəfə bu turda tamaşaçılar önünə çıxan “A” qrupunun digər komandası “Xilə” klubu “Atletiko” ilə görüşdə məğlubiyyətlə üzləşib – 0:2.Çempionatın digər iddialı komandası, “B” qrupunda çıxış edən “Şuşa-2017” növbəti qələbəsini rəsmiləşdirib. Şuşalılar bu dəfə Gəncəni təmsil edən “Xəmsəfan”nı hər iki setdə məğlub ediblər. Futtennis üzrə Azərbaycan Kubokunun qalibi olan “Neftçi İK” isə “Meqa” komandasına qalib gələrək turu üç xalla başa vurub. Gün ərzində ikinci görüşünə çıxan “Meqa” bu dəfə də “Şuşa-2017” ilə oyunda məğlubiyyətdən yaxa qurtara bilməyib.xeber100.com

Dekabr 19, 2017 2:43

“Qarabağ” futbol klubunun məlumatı

Futbol üzrə “Qarabağ” klubunun və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov İngiltərə “Çelsi” klubunun bazasında olub.Azərtac “Qarabağ” futbol klubunun saytına istinadla xəbər verir ki, Qurban Qurbanov səfər zamanı “Çelsi” ilə “Southampton” klubunun oyununu izləyib. Sonra klubun akademiyasında olan Q.Qurbanov “Çelsi”nin müxtəlif yaş qrupları üzrə komandalarının oyunlarını izləyib və klubun strukturu ilə tanış olub.Səfər çərçivəsində “Çelsi”nin baş məşqçisi Antonio Konte ilə görüşən “Qarabağ”ın çalışdırıcısı həmkarı ilə fikir mübadiləsi aparıb və komandanın məşqinə baxıb.xeber100.com

Dekabr 19, 2017 2:37

Həndbol Federasiyasının məlumatı

Dekabrın 17-də həndbol üzrə Azərbaycan kuboku uğrunda ilk mərhələnin oyunlarına yekun vurulub.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, qadın həndbolçuların yarışında “Qarabağ” komandası “Gənclər Birliyi"ni 39:26, “Nur” həndbolçuları isə “Azəryol”u 26:24 hesabı ilə məğlub edib.Kişilərin mübarizəsində "Bakı" kollektivi Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrinə asanlıqla qalib gəlib - 35:22. Çempionatın lideri "Məhsul" komandası isə “Təhsil” həndbolçularını üç xal fərqlə üstələyib - 32:29.Ölkə kuboku uğrunda yarışların ikinci mərhələsinə gələn ilin mart-aprel aylarında start veriləcək.xeber100.com

Dekabr 18, 2017 12:54

“World Masters” turnirinə yekun vurulub

Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə "World Masters" turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, turnirin sonuncu günü Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.Yüz kiloqram çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov üçüncü yer uğrunda mübarizədə ev sahibi Kiril Denisova qalib gələrək bürünc medala sahib olub.Xatırladaq ki, yarışın ilk günü Hidayət Heydərov da (73 kq) bürünc medal qazanmışdı.Qeyd edək ki, 46 ölkədən 212 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası yeddi cüdoçu ilə təmsil olunub.xeber100.com

Dekabr 18, 2017 12:30

Cüdo üzrə beynəlxalq turnirə yekun vurulub

Şəmkirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən yeniyetmələr arasında cüdo üzrə beynəlxalq turnirə yekun vurulub.Azərtac xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası və Şəmkir Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda Aydın Rzayev (46 kq), Bəhram Qurbanlı (50 kq), Kərəm Babazadə (55 kq), Sərxan Əhmədov (60 kq), Ərəstun Həsənov (66 kq) və Arçil Mamulaşvlli (66 kq-dan yuxarı) qızıl medal qazanıblar.Otuz iki komandadan 347 cüdoçunun qatıldığı çempionatda ümumi medal sayında "UGİM 1" komandası birinci, "Zirvə" ikinci, "Atilla" klubu isə üçüncü olub.İki gün davam edən beynəlxalq turnirə Bakı, Ağcabədi, Ağdam, Bərdə, Qəbələ, Göygöl, İsmayıllı, Mingəçevir, Naftalan, Salyan, Samux, Sumqayıt, Tovuz, Zaqatala və Şəmkir ilə yanaşı, Gürcüstan, Türkiyə və Latviyadan yeniyetmə cüdoçular qatılıblar.xeber100.com

Dekabr 18, 2017 12:28

Türkiyə Super Liqasının XVI turu çərçivəsində

Dekabrın 17-də futbol üzrə Türkiyə Super Liqasının XVI turu çərçivəsində növbəti oyunlar keçirilib.Azərtac xəbər verir ki, "Başakşehir" doğma meydanda "Antalyaspor"u 4:1 hesabı ilə məğlub edərək 33 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlib. "Qalatasaray" isə səfərdə "Malatyaspor"a 1:2 hesabı ilə uduzub. Hesabında 32 xal olan "Qalatasaray" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb."Beşiktaş" komandası isə doğma meydanda "Osmanlıspor"a böyük hesabla qalib gəlib. İstanbul təmsilçisi rəqibindən 5:1 hesabı ilə üstün olub.Turnir cədvəlində ilk üçlüyü 30 xalla "Beşiktaş" komandası qapayıb.Tura dekabrın 18-də keçiriləcək "Göztepe"-"Konyaspor" və "Fənərbağça"-"Karabükspor" oyunları ilə yekun vurulacaq.xeber100.com

Dekabr 18, 2017 12:26

“Telefoot” şousunun təqdim etdiyi mükafat uğrunda mübarizədə

PSJ futbol klubunun hücumçusu Kilian Mbappe Fransada ilin ən yaxşı gənc oyunçusu elan edilib.Azərtac xəbər verir ki, Fransanın “Telefoot” şousunun təqdim etdiyi bu mükafat uğrunda mübarizədə 18 yaşlı forvard “Mançester Yunayted” komandasından Antoni Marsyalı və “Marsel”dən Maksim Lopesi geridə qoyub.Ötən mövsümdə Mbappe “Monako” komandasının tərkibində Fransa çempionu olub və Çempionlar Liqasının yarımfinalınadək yüksəlib.Bu il yayda PSJ-yə keçən Mbappe cari mövsümün startında bütün turnirlərin 21 oyununda 11 qolun müəllifi olub.xeber100.com

Dekabr 18, 2017 12:24

“Real” Braziliya təmsilçisi “Qremio” ilə qarşılaşıb

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən klublararası dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, həlledici görüşdə “Real” Braziliya təmsilçisi “Qremio” ilə qarşılaşıb.Matçın taleyini bir qol həll edib. Madrid klubu portuqaliyalı ulduzu Kristiano Ronaldonun vurduğu qolla çempion olub.Qeyd edək ki, üçüncülük uğrunda oyunda Meksika klubu “Paçuka” meydan sahibi “Əl Cəzirə”yə 4:1 hesabı ilə qalib gələrək bürünc medalları qazanıb.xeber100.com

Dekabr 17, 2017 9:40
    Page 588 of 830« First«...102030...586587588589590...600610620...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az