Yunan-Roma güləşi üzrə növbəti Azərbaycan çempionatı keçiriləcək

Dekabrın 14-dən 18-dək Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə növbəti Azərbaycan çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçiriləcək yarışda 18 yaşı tamamlamış, 1999-cu il və yuxarı təvəllüdlü idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaqlar.Dünya Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarış Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kiloqram, yunan-Roma güləşçiləri isə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kiloqram çəki dərəcələrində qüvvələrini sınayacaqlar.Azərbaycan çempionatı bu il yeniyetmə güləşçilərin qitə və dünya birinciliklərində sınaqdan keçirilən və 2 günlük yarış proqramı üzrə təklif olunan yeni qaydalara uyğun təşkil olunacaq. Belə ki, yarışlardan bir gün öncə püşkatma mərasimi, ilk yarış günündə ilkin və təsəlliverici görüşlər, ikinci yarış günündə isə final görüşləri keçiriləcək. Əvvəllər bir gün öncə baş tutan çəki mərasimi bundan sonra yarış günləri keçiriləcək və finala vəsiqə qazanmış idmançılar iki dəfə çəki prosesinə cəlb olunacaq. İkinci dəfə tərəziyə çıxan idmançılara normadan 2 kiloqramadək artıq çəkidə güləşməyə icazə veriləcək.Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə mükafatlandırılacaq, onlar ölkə yığma komandasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.xeber100.com

Noyabr 28, 2017 1:12

Tamblinq üzrə respublika çempionatına yekun vurulub

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə açıq ölkə və paytaxt çempionatı, batut gimnastikası və tamblinq üzrə respublika çempionatı və Bakı birinciliyinə yekun vurulub.Azərtac xəbər verir ki, yarışın sonuncu günündə bədii gimnastlar və batutçular çıxış ediblər.Bədii gimnastikada çoxnövçülük yarışlarında 2007-ci il təvəllüdlü uşaqlar arasında Azərbaycan çempionatının və Bakı birinciliyinin qalibi Kamilla Seyidzadə olub. İkinci yerdə Mədinə Dəmirova, üçüncü yerdə isə Mehriban Abdullayeva qərarlaşıblar.2008-ci il təvəllüdlü uşaqlar arasında Nərmin Bayramova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məryəm İonis yarışı ikinci, Leyli İsmayılova isə üçüncü pillədə başa vurublar.2009-cu il təvəllüdlü gimnastların çıxışları Məryəm Əliyevanın qələbəsi isə yekunlaşıb. Gümüş medalı Ayan Sadıqova, bürünc medalı isə Gövhər İbrahimova qazanıblar.Yuniorlar arasında qələbəni Arzu Cəlilova bayram edib. Gümüş medala Ləman Əlimuradova, bürünc medala isə Darya Farşbafşəhriyari layiq görülüblər.Batut gimnastikası üzrə yarışlarda körpələr yaş kateqoriyasında oğlanlar arasında qızıl medalı Ammar Bəxşəliyev qazanıb. İkinci yerə Rauf Mikayıllı, üçüncü yerə isə Fürqan Musayev layiq görülüblər. Körpələr yaş kateqoriyasında qızlar arasında qələbəni Kseniya Kuznetsova bayram edib. Gümüş medalı Nuriyyə Əliyeva, bürünc medalı isə Məryəm Mehrəliyeva qazanıblar.Uşaqlar yaş kateqoriyasında oğlanlar arasında qızıl medala İbrahim Mustafazadə, gümüş medala Əli Niftəliyev, bürünc medala isə Polad Xasbilatov sahib olublar. Uşaqlar yaş kateqoriyasında qızlar arasında isə Mariya Koleva birinci olub. Ləman Rzayeva gümüş, Aylin Nəzərova isə bürünc medal əldə ediblər.xeber100.com

Noyabr 27, 2017 12:29