Tamblinq üzrə respublika çempionatına yekun vurulub

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə açıq ölkə və paytaxt çempionatı, batut gimnastikası və tamblinq üzrə respublika çempionatı və Bakı birinciliyinə yekun vurulub.Azərtac xəbər verir ki, yarışın sonuncu günündə bədii gimnastlar və batutçular çıxış ediblər.Bədii gimnastikada çoxnövçülük yarışlarında 2007-ci il təvəllüdlü uşaqlar arasında Azərbaycan çempionatının və Bakı birinciliyinin qalibi Kamilla Seyidzadə olub. İkinci yerdə Mədinə Dəmirova, üçüncü yerdə isə Mehriban Abdullayeva qərarlaşıblar.2008-ci il təvəllüdlü uşaqlar arasında Nərmin Bayramova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məryəm İonis yarışı ikinci, Leyli İsmayılova isə üçüncü pillədə başa vurublar.2009-cu il təvəllüdlü gimnastların çıxışları Məryəm Əliyevanın qələbəsi isə yekunlaşıb. Gümüş medalı Ayan Sadıqova, bürünc medalı isə Gövhər İbrahimova qazanıblar.Yuniorlar arasında qələbəni Arzu Cəlilova bayram edib. Gümüş medala Ləman Əlimuradova, bürünc medala isə Darya Farşbafşəhriyari layiq görülüblər.Batut gimnastikası üzrə yarışlarda körpələr yaş kateqoriyasında oğlanlar arasında qızıl medalı Ammar Bəxşəliyev qazanıb. İkinci yerə Rauf Mikayıllı, üçüncü yerə isə Fürqan Musayev layiq görülüblər. Körpələr yaş kateqoriyasında qızlar arasında qələbəni Kseniya Kuznetsova bayram edib. Gümüş medalı Nuriyyə Əliyeva, bürünc medalı isə Məryəm Mehrəliyeva qazanıblar.Uşaqlar yaş kateqoriyasında oğlanlar arasında qızıl medala İbrahim Mustafazadə, gümüş medala Əli Niftəliyev, bürünc medala isə Polad Xasbilatov sahib olublar. Uşaqlar yaş kateqoriyasında qızlar arasında isə Mariya Koleva birinci olub. Ləman Rzayeva gümüş, Aylin Nəzərova isə bürünc medal əldə ediblər.xeber100.com

Noyabr 27, 2017 12:29

Azərbaycan Premyer Liqasının XIII turuna start verilib

Noyabrın 25-də futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turuna start verilib.Azərtac xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçında “Qəbələ” komandası Gəncənin “Kəpəz” klubunu səfərdə böyük hesabla məğlub edib - 6:1.Gəncə şəhər stadionunda keçirilən oyunda “Qəbələ”dən Baqali Dabo və Famussa Kone dubl ediblər. Digər iki qolun müəllifləri isə Stiven Jozef-Monroz və Ruslan Qurbanov olublar. Meydan sahiblərinin yeganə qolunu Kərim Diniyev 11 metrlik cərimə zərbəsindən vurub.Bununla da “Kəpəz” yeni baş məşqçi Yunis Hüseynovun rəhbərliyi altında debüt matçında ağır məğlubiyyətə uğrayıb. Bu oyun Roman Qriqorçukun baş məşqçi olduğu komandanın cari mövsümdə ən böyük hesablı qələbəsidir. Baqali Dabo 26-cı saniyədə fərqlənməklə Azərbaycan Premyer Liqasında 2017-2018-ci il mövsümünün ən erkən qoluna imza atıb.Bu qələbədən sonra xallarının sayını 28-ə çatdıran qəbələlilər çempionatda ikinci pilləyə yüksəlib. Gəncə təmsilçisi yeddi xalla sonuncu yerdədir.Günün ikinci görüşündə paytaxtın “Neftçi” və “Keşlə” klubları “Bakcell Arenada” qarşılaşıblar. Tərlan Əhmədovun baş məşqçisi olduğu “Neftçi” qələbə qazanıb – 3:1. Bununla da xallarının sayını 16-ya çatdıran “Neftçi” dördüncü pilləyə yüksəlib. “Keşlə” isə çempionatda onuncu dəfə məğlub olub.Turun ikinci günündə noyabrın 26-da “Sumqayıt” və “Səbail” klubları üz-üzə gələcəklər. Həmin turun sonuncu qarşılaşmasında “Qarabağ” səfərdə “Zirə”nin qonağı olacaq.Qeyd edək ki, turnir cədvəlinə 28 xalla “Qarabağ” başçılıq edir. Eyni xala malik “Qəbələ” klubu ikinci pillədədir. İlk üçlükdə isə 27 xalla “Zirə” qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Neftçi” (16 xal), “Sumqayıt” (16), “Səbail” (12), “Keşlə” (8) və “Kəpəz” (7) yer alıblar.xeber100.com

Noyabr 25, 2017 7:31