Formula-1 üzrə dünya çempionatının 15-ci mərhələsində

Formula-1 üzrə dünya çempionatının 15-ci mərhələsi – Malayziya Qran-Prisi “Red Bull Racing” komandasının hollandiyalı pilotu Maks Verstappenin qələbəsi ilə başa çatıb.Azərtac xəbər verir ki, start xəttindən liderliyi ələ keçirən 20 yaşlı pilot bu üstünlüyü finişədək qorumağı bacarıb və mövsümdə birinci, karyerasında isə ikinci qələbəsinə imza atıb. O, 5,543 kilometr uzunluğundakı trekdə 56 dövrəni 1 saat 30 dəqiqə 01,29 saniyəyə başa vuraraq qalib gəlib.Çempionatın lideri - “Mersedes”in britaniyalı pilotu Luis Hamilton ikinci (+12,770), M.Verstappenin komanda yoldaşı Daniel Rikkiardo isə (22,519) üçüncü olublar.Beləliklə, 15 mərhələdən sonra pilotların yarışında liderlik 281 xala sahib olan L.Hamiltona məxsusdur. “Ferrari”nin almaniyalı pilotu Sebastian Vettel 247 xalla ikincidir. “Mersedes” komandasının finlandiyalı pilotu Vallteri Bottas isə 222 xalla üçüncü yerdə qərarlaşıb.Konstruktorların siyahısına 503 xalla “Mercedes” kollektivi başçılıq edir. “Ferrari”nin 385, “Red Bull Racing”in 270 xalı var.Dünya çempionatının növbəti mərhələsi oktyabrın 6-8-də Yaponiyada keçiriləcək. Builki çempionata noyabrın 24-26-da təşkil olunacaq Abu-Dabi Qran-Prisi ilə yekun vurulacaq.Xatırladaq ki, Formula-1 dünya çempionatının səkkizinci mərhələsi – Azərbaycan Qran-Prisi bu il iyunun 23-25-də Bakıda keçirilib.xeber100.com

Oktyabr 3, 2017 11:47

Voleybol üzrə Avropa çempionatının mükafatlandırma mərasimi keçirilib

Oktyabrın 1-də Bakıda Milli Gimnastika arenasında qadınlar arasında voleybol üzrə Avropa çempionatının mükafatlandırma mərasimi keçirilib.Azərtac xəbər verir ki, tədbirdə Avropa çempionatının finalçıları Serbiya, Niderland və Türkiyə voleybol komandaları meydana dəvət olunub.Avropa çempionatında Türkiyə millisi bürünc, Niderland komandası gümüş, Serbiya yığması isə qızıl medallarla mükafatlandırılıb.Mərasimdən öncə Avropa Voleybol Konfederasiyasının Prezidenti Aleksandar Boriçiç Serbiya voleybol millisinin kapitanı Melisa Rasiçə çempionluq kubokunu təqdim edib.Mərasim çərçivəsində əvvəlcə turnirin ən yaxşı voleybolçularının mükafatlandırma mərasimi keçirilib. Serbiya voleybol komandasının 9 nömrəli oyunçusu Brankisiya Mihajloviç və Niderland yığmasının 11 nömrəli oyunçusu Anne Bujisə “Ən yaxşı hücumçu”, Türkiyə yığmasının oyunçusu Eda Erdem Dündara “Ən yaxşı orta blokçu”, Serbiya millisinin voleybolçuları Stefana Veljkoviçə “Ən yaxşı blok oyunçusu”, Tijana Boskoviçə “Ən dəyərli oyunçusu”, Niderland millisinin üzvləri Lonneke Sloejesə “Ən yaxşı diaqonal oyunçusu”, Laura Dijkemə “Ən yaxşı toppaylayıcı”, Azərbaycan voleybol yığmasının oyunçusu Valeriya Məmmədovaya isə “Ən yaxşı libero” mükafatları təqdim edilib.Sonra birinci, ikinci və üçüncü yerlərin sahiblərinə medallar verilib.Avropa çempionatının qalibləri Serbiya millisinə qızıl medalları Avropa Voleybol Konfederasiyasının Prezidenti Aleksandar Boriçiç və Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov təqdim edib.Serbiya millisinin himni səsləndirilib.İkinci yerdə qərarlaşmış Niderland millisinin voleybolçularına gümüş medalları Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Özkan Mutlugil və Gürcüstan Voleybol Federasiyasının prezidenti İrali Çaçua veriblər.Üçüncü yerdə qərarlaşmış Türkiyə millisinin üzvlərinə isə bürünc medalları gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Voleybol Federasiyasının Prezidenti Elşən Əfəndiyev təqdim ediblər.xeber100.com

Oktyabr 2, 2017 11:07