28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan yığması yoldaşlıq oyunu keçirib

Sarayevoda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.AFFA-dan Azərtac bildirilib ki, millimiz toplanış çərçivəsində ilk matçına çıxıb. Komandamız Bosniya və Herseqovinanın U-17 yığması ilə görüşüb. Bu qarşılaşmada hesab açılmayıb – 0:0.Qeyd edək ki, yığmamızın Bosniya və Herseqovina millisi ilə daha bir görüşü nəzərdə tutulub.xeber100.com

Avqust 15, 2017 11:34

“Abşeron” klubunun baş məşqçisi müəyyənləşib

Qadın voleybolçulardan ibarət “Abşeron” klubunun baş məşqçisi müəyyənləşib.Azərtac xəbər verir ki, Azərbaycan Super Liqasında debüt edəcək komandanı Eldar Yusubov çalışdıracaq.Təcrübəli mütəxəssis “Abşeron”la birillik müqaviləyə imza atıb. Onunla növbəti mövsümlər üçün razılaşmanın müddətinin artırılacağı da istisna olunmur. “Rabitə” ilə 5 dəfə Azərbaycan çempionu olan E.Yusubovun qarşısına əsas məqsəd kimi gənc nəslin yetişdirilməsi vəzifəsi qoyulub. O, həmçinin komandasının uğurlu çıxışına cavabdehlik daşıyacaq.xeber100.com

Avqust 15, 2017 11:30

“Zirə” komandası “Səbail”i qəbul edib

Azərbaycan Premyer Liqasında ilk turun son 2 oyunu keçirilib.Zirədə eyniadlı komanda debütant "Səbail"i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. “Zirə” təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.Azərtac xəbər verir ki, "Sumqayıt" - "Kəpəz" matçında da meydan sahibləri eyni hesabla qalib gəliblər. Bu, turun 2:1 hesabı ilə nəticələnən 3-cü oyunu olub. Daha əvvəl "Qəbələ" səfərdə "İnter"i belə hesabla yenib. Turun açılış oyununda isə "Neftçi" evdə "Qarabağ"a uduzub - 1:3.xeber100.com

Avqust 14, 2017 12:09

Avropa çempionatının seçmə mərhələsində

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi iki oyunun vaxtı və stadionu müəyyənləşib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, yığmamız avqustun 31-də Bakı vaxtı ilə saat 20:00-da Əkka şəhərindəki “Municipal” stadionunda İsrail, sentyabrın 5-də saat 19:00-da isə “Dalğa Arena”da İrlandiya komandası ilə qarşılaşacaq.xeber100.com

Avqust 14, 2017 12:06

“Real Madrid” komandası “Barselona”nı 3:1 hesabı ilə məğlub edib

Avqustun 13-də “Kamp Nou” stadionunda keçirilən "El Klassiko"da "Real Madrid" komandası "Barselona"nı 3:1 hesabı ilə məğlub edib.Azərtac xəbər verir ki, oyunun ilk yarısında hesab açılmayıb.Matçın 50-ci dəqiqəsində madridlilər hesabda irəli çıxıblar. J.Pike avtoqola imza atıb. Hücumlarının sayını artıran "Barselona" görüşün 77-ci dəqiqəsində istəyinə nail olub. Lionel Messi 11 metrlik cərimə zərbəsi ilə tarazlığı bərpa edib – 1:1. Bu qoldan üç dəqiqə sonra Kristiano Ronaldo komandasını hesabda irəli çıxardıb - 1:2.Görüşün 82-ci dəqiqəsində Ronaldo qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırılıb.Oyunda son nöqtəni isə 90 dəqiqədə Asensio qoyub. O, vurduğu qolla "Real Madrid"ə 3:1 hesablı qələbə qazandırıb.xeber100.com

Avqust 14, 2017 11:59

Bosniya və Herseqovina yığması ilə iki yoldaşlıq oyunu keçiriləcək

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Sarayevo şəhərində təlim-məşq toplanışı başlayıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, toplanış çərçivəsində millimiz Bosniya və Herseqovina yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.Yığmamızın heyətində Asəf Əliyev, Səbuhi Abdullazadə, Rüfət Abdullazadə (hamısı “Sumqayıt”), Ayxan Arazlı, Turan Vəlizadə (hər ikisi “Qarabağ”), Abbas Abbasov, Mehdi Tahirov, İlkin Əbiyev, Murad Bağırov, Vüsal Əsgərov (hamısı “Neftçi”), Sərcan Omarov, Cavid Əliyev, Ceyhun Nuriyev (hamısı “İnter”), Murad Məmmədov (“Vətən”), Xəyal Muradov, Cavidan Rəhimli, Məhəmməd Məhərrəmov, Əli Mürsəlov, Samir Qurbanov (hamısı “Qəbələ”) və Elnur İbrahimov (“Spartak-2”, Rusiya) yer alıblar.xeber100.com

Avqust 14, 2017 11:56

Azərbaycan millisi Belçika yığması ilə qarşılaşıb

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, baş məşqçi Faiq Qarayevin yetirmələri ikinci matçda Belçika yığması ilə qarşılaşıblar.Oyunda millimiz 1:3 hesabı ilə məğlub olub.Qeyd edək ki, Avropa çempionatına hazırlaşan millimiz Sloveniya ilə yoxlama oyununu heç-heçə (2:2) başa vurmuşdu.xeber100.com

Avqust 14, 2017 11:22

Dünya Güləş Birliyi yeni reytinq siyahısını açıqlayıb

Dünya Güləş Birliyi gələn həftə start götürəcək dünya çempionatı öncəsi güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.Azərbaycan Güləş Federasiyasından Azərtac-a verilən xəbərə görə, ilk onluqda ümumilikdə 19 pəhləvanımızın adı var.Sərbəst güləşçilərin siyahısında Georgi Edişeraşvili (57 kq), yunan-Roma güləşçilərin siyahısında Rəsul Çunayev (71 kq) öz çəkilərində ilk sırada qərarlaşıb.Sərbəst güləşçilərimizdən Mahir Əmiraslanov, Hacı Əliyev, Qalib Əliyev, Cəbrayıl Həsənov, Murad Süleymanov, Aleksandr Qostiyev, Aslanbek Alborov və Cəmaləddin Məhəmmədovun adı ilk onluğa daxil edilib.Qadın güləşçilərdən Mariya Stadnik, Nataliya Sinişin, Alyona Kolesnik və Tatyana Omelçenko onluqda yer alıb.Yunan-Roma güləşçilərinin onluğunda isə Elvin Mürsəliyev, Rafiq Hüseynov, İslam Abbasov, Orxan Nuriyev və Sabah Şəriətinin adlarını görmək mümkündür.xeber100.com

Avqust 14, 2017 11:13

2020-ci ildə Tokioda keçiriləcək olimpiya oyunlarında…

Fransalı idman yürüşçüsü, ən yaşlı dünya çempionu İohann Dini 2020-ci ildə Tokioda keçiriləcək olimpiya oyunlarının medalını qazanmaq niyyətindədir.Azərtac xəbər verir ki, 39 yaşlı fransız bazar günü 50 kilometr məsafəyə idman yerişi üzrə dünya birinciliyində qızıl medal qazanıb. Dini bu məsafəni 3 saat 33 dəqiqə 11 saniyəyə qət etməklə dünya birinciliklərində rekordu təzələyib. İdman yerişi üzrə bundan əvvəlki rekord nəticə (3 saat 36 dəqiqə 03 saniyə) 2003-cü ildə Fransada keçirilən yarışlarda polyak Robert Korjenevski tərəfindən müəyyən edilmişdi.Dini jurnalistlərə deyib: “Bazar günü əladır. Əminəm ki, karyeramı başa çatdırmaq barədə qərar qəbul etməyə dəyməz. Mənim bir titulum – Olimpiya medalım hələ də yoxdur. Tokioda finişə birinci çataraq bu medalı qazansaydım, əla olardı”.Dini 2007-ci ildə 50 kilometr məsafəyə idman yerişi üzrə dünya çempionatının gümüş mükafatçısı, üç dəfə - 2006, 2010 və 2014-cü illərdə Avropa çempionu olub.xeber100.com

Avqust 14, 2017 11:09

2026-cı ildə dünya çempionatı keçirilməsi üçün rəsmi sifariş

Mərakeş Krallığının Futbol Federasiyası 2026-cı ildə dünya çempionatı keçirilməsi üçün rəsmi sifariş təqdim edib.Newsru.com saytı xəbər verir ki, növbəti dünya kuboku yarışlarında ilk dəfə 48 komanda iştirak edəcək. 2026-cı il mundialını keçirmək niyyəti barədə hələlik ABŞ, Kanada və Meksika birgə sifariş təqdim ediblər.İddiaçıların sifarişləri ilə əlaqədar tələblər stadionlara və digər infrastruktur obyektlərinə, insan haqlarının qorunması və ətraf mühitin mühafizəsi prinsiplərinə riayət edilməsi, habelə hökumət tərəfindən dəstəklənmə təminatına aiddir.DÇ-2026-nın keçiriləcəyi yer barədə qərar 2018-ci il iyun ayında Moskvada Beynəlxalq Futbol Federasiyasının (FİFA) konqresində qəbul edilə bilər, lakin bu da mümkündür ki, həmin qərarın qəbul olunması 2020-ci ilə keçiriləcək.Xatırladaq ki, futbol üzrə dünya birinciliyi 2018-ci ildə Rusiyada, 2022-ci ildə isə Qətərdə keçiriləcək.xeber100.com

Avqust 13, 2017 10:22
    Page 655 of 831« First«...102030...653654655656657...660670680...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az