30 İyul 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Beşiktaş” “İnter” klubunun futbolçusunu heyətinə cəlb edib

Son Türkiyə çempionu “Beşiktaş” İtaliyanın “İnter” komandasından Qari Medeli heyətinə cəlb edib.Azərtac Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Qara qartallar” Çili yığmasının üzvü ilə üçillik müqavilə imzalayıb.“Beşiktaş”ın otuz yaşındakı dayaq müdafiəçisinin transferi üçün Milan klubuna iki milyon yarım avro ödəyəcəyi bildirilir.Təcrübəli futbolçunun avqustun 11-də İstanbula gəlməsi və ictimaiyyətə təqdim olunması gözlənilir.Qeyd edək ki, peşəkar karyerasına 2005-ci ildə Çilinin “Universidad Katolika” komandasında başlayan Q.Medel sonralar Argentinanın “Boka Xuniors”, İspaniyanın “Sevilya” və İngiltərənin “Kardiff siti” klublarının heyətində çıxış edib. 2014-cü ildə səkkiz milyon avroya “İnter” komandasına transfer olan futbolçu ötən mövsüm İtaliya klubunun heyətində 30 matçda oynayıb. Müdafiəçi Çili milli komandasının heyətində 100-dən çox görüşdə çıxış edib və 7 qol vurub.Xatırladaq ki, İstanbul klubu bir müddət əvvəl “Real Madrid”in portuqaliyalı futbolçusu Pepeni, “Valensiya” komandasının ispaniyalı hücumçusu Alvaro Neqredonu da transfer edib.xeber100.com

Avqust 11, 2017 11:27

Atletika üzrə dünya çempionatının yeddinci günü yekunlaşıb

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatının yeddinci günü yekunlaşıb.Azərtac xəbər verir ki, çempionatda dörd idmançı ilə iştirak edən Azərbaycan millisinin son təmsilçisi də yarışı başa vurub.Üçtəkanla tullanmada çıxış edən Aleksis Kopello final mərhələsində medallar uğrunda mübarizə aparıb. Atletimiz 17 metr 16 santimetr nəticə göstərib. Bürünc medal qazanmağa cəmi üç santimetri çatmayan A.Kopello dünya çempionatında beşinci pillədə qərarlaşıb. O, daha iki idmançı ilə eyni nəticə göstərsə də, əlavə göstəricilərə görə onlardan birindən öndə, digərindən geridə yer alıb.Bununla da A.Kopello çempionatdakı təmsilçimiz Anna Skidan kimi beşinci yerlə kifayətlənib. Digər iki idmançımız - üçtəkanla tullanmada Nazim Babayev, 5 min metr məsafəyə qaçışda isə Hayle İbrahimov final mərhələsinə çıxa bilməyiblər.xeber100.com

Avqust 11, 2017 11:20

Futbol üzrə 2017/2018 mövsümünə start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünə start verilir.Azərtac xəbər verir ki, mövsümün ilk oyununda ölkənin iki ən titullu komandası – Bakının “Neftçi” və Ağdamın “Qarabağ” komandaları qarşılaşacaq.Baş hakim Əliyar Ağayevin idarə edəcəyi matç “Bakcell Arena”da keçiriləcək. Görüş saat 21:00-da start götürəcək.Bu klublar bütün milli çempionatlarda iştirak ediblər. Səkkizqat ölkə çempionu olan paytaxt komandası son illər uğursuz çıxış edir. Ağdam təmsilçisi isə ardıcıl dörd mövsüm çempionatın qalibi olub və qızıl medallara yiyələnib.Qeyd edək ki, ilk turun oyunları üç günü əhatə edəcək. Premyer Liqanın “İnter Arena”da keçiriləcək “İnter” (Bakı) – “Qəbələ” matçı avqustun 12-ə oynanılacaq. “Sumqayıt” – “Kəpəz” və “Zirə” – “Səbail” görüşləri isə bir gün sonra təşkil olunacaq.xeber100.com

Avqust 11, 2017 11:01

Topaz Premyer Liqasının I turu çərçivəsində

Topaz Premyer Liqasının I turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.“Neftçi” Peşəkar Futbol Klubundan Azərtac-a bildiriblər ki, qiyməti 1 manat, VİP yerlər üçün 5 manat olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.Avqustun 11-də “Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da başlanacaq.xeber100.com

Avqust 10, 2017 11:10

“Fiorentina” klubu yeni oyunçu transfer edib

İtaliyanın “Fiorentina” klubu yeni oyunçu transfer edib.Azərtac xəbər verir ki, Florensiya klubu “Torino”nun yarımmüdafiəçisi Marko Benassini heyətinə cəlb edib. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.İtaliyanın U-21 millisinin kapitanı olan futbolçunun tranferi "Fiorentina"ya 10 milyon avroya başa gəlib.Qeyd edək ki, Benassi "Torino"da 98 oyuna 12 qol vurub.xeber100.com

Avqust 10, 2017 11:07

Azərbaycan millisi FIFA reytinq cədvəlində

FIFA milli komandaların reytinqini açıqlayıb.Azərtac xəbər verir ki, KONKAKAF kuboku və yoxlama oyunlarının nəticələrinə əsasən Azərbaycan millisi FIFA reytinq cədvəlində 79-cu sırada qərarlaşıb.Hesabat dövründə heç bir matç keçirməyən Robert Prosineçkinin yetirmələrinin hesabında 427 xal var. Millimiz ötən ayla müqayisədə 1 pillə irəliləyib. Buna qonşu pillələrdəki yığmaların mövqe dəyişiklikləri səbəb olub.xeber100.com

Avqust 10, 2017 11:04

“Fənərbağça” komandası İspaniya yığması ilə razılıq əldə edib

Türkiyənin “Fənərbağça” klubu İspaniyanın “Vilyarreal” komandasında çıxış edən Roberto Soldadonu heyətinə cəlb etmək üçün futbolçunun özü və onun klubu ilə razılıq əldə edib.Azərtac Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, 32 yaşlı hücumçunun bu gün gecə İstanbula gəlməsi və onunla müqavilə imzalanması gözlənilir.Məlumatda təcrübəli futbolçunun Türkiyə klubunda icarə əsasında çıxış edəcəyi və onun transferi üçün İspaniya klubuna təxminən 10 milyon avro ödənəcəyi bildirilir.Qeyd edək ki, son iki mövsüm “Vilyarreal”ın heyətində çıxış edən Roberto Soldado İspaniya yığmasının heyətində 12 oyun keçirib və 7 qol vurub.“Real Madrid”in yetirməsi olan futbolçu karyerası boyunca ölkəsində “Osasuna”, “Hetafe” və “Valensiya”nın, İngiltərədə isə “Tottenhem”ın şərəfini qoruyub. Ötən mövsüm “Vilyarreal”ın heyətində zədə səbəbindən sadəcə 11 oyunda meydana çıxıb və dörd qolun müəllifi olub. R.Soldado oynadığı bu komandalarda, ümumilikdə, 406 matçda 159 dəfə fərqlənib və 51 məhsuldar ötürmə verib.xeber100.com

Avqust 10, 2017 11:01

“Pro Beach Tour” mərhələsi keçirilib

Türkiyənin Samsun şəhərində çimərlik voleybolu üzrə “Pro Beach Tour” mərhələsi keçirilib.Azərtac xəbər verir ki, Azərbaycanı “Pro Beach Tour” mərhələsində çimərlik voleybolçularımız Viktoriya Ağakişiyeva və Zina Lyubimova cütlüyü təmsil edib. Voleybolçularımız bu mərhələnin həlledici görüşündə türkiyəli həmkarlarını 2:0 hesabı ilə (21-19/21-19) məğlub edərək yarışın qalibi olublar.Türkiyə Voleybol Federasiyası tərəfindən təşkil edilən yarışda qaliblərə medallar və qiymətli hədiyyələr təqdim olunub.xeber100.com

Avqust 10, 2017 10:42

“Qarabağ” – “Kopenhagen” qarşılaşmasının tarixi məlum olub

Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix məlum olub.Azərtac xəbər verir ki, azarkeşlər avqustun 12-dən etibarən biletləri matçın təşkil olunacağı Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə edə biləcəklər.Biletlərin qiyməti sektorlara görə 1, 2, 3, 5 və 10 manat, VİP sektoruna isə 50 manat olacaq.Avqustun 15-də keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 21:00-da başlayacaq.xeber100.com

Avqust 10, 2017 10:40

Voleybol üzrə yoxlama matçı keçirilib

Sloveniyada təlim-məşq toplanışında olan Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığması ilk yoxlama matçını keçirib.Azərtac xəbər verir ki, Faiq Qarayevin yetirmələri Sloveniya millisi ilə qarşılaşıblar. Matç heç-heçə yekunlaşıb. İlk iki seti Sloveniya yığması qələbə qazansa da, növbəti iki hissədə komandamız üstün olub – 2:2 (23:25, 26:28, 25:20, 25:13).Yoxlama oyunundan sonra yığmamızın hücumçusu Yana Kulan bildirib ki, görüş heç də asan alınmayıb: “Sloveniyanın çox yaxşı komandası var, onlar texnikalı voleybol oynayırlar və çox güclüdülər. Bizim üçün çətin bir sınaq oldu. Artıq növbəti matçlara hazırlaşacağıq”.Qeyd edək ki, yığmamız Sloveniyada daha bir neçə sınaq matçı keçirəcək.Daha sonra İtaliyaya gedəcək millimiz qitə çempionatına hazırlığı bu ölkədə başa çatdıracaq.xeber100.com

Avqust 10, 2017 10:08
    Page 657 of 831« First«...102030...655656657658659...670680690...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az