30 İyul 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

2026-cı ildə dünya çempionatı keçirilməsi üçün rəsmi sifariş

Mərakeş Krallığının Futbol Federasiyası 2026-cı ildə dünya çempionatı keçirilməsi üçün rəsmi sifariş təqdim edib.Newsru.com saytı xəbər verir ki, növbəti dünya kuboku yarışlarında ilk dəfə 48 komanda iştirak edəcək. 2026-cı il mundialını keçirmək niyyəti barədə hələlik ABŞ, Kanada və Meksika birgə sifariş təqdim ediblər.İddiaçıların sifarişləri ilə əlaqədar tələblər stadionlara və digər infrastruktur obyektlərinə, insan haqlarının qorunması və ətraf mühitin mühafizəsi prinsiplərinə riayət edilməsi, habelə hökumət tərəfindən dəstəklənmə təminatına aiddir.DÇ-2026-nın keçiriləcəyi yer barədə qərar 2018-ci il iyun ayında Moskvada Beynəlxalq Futbol Federasiyasının (FİFA) konqresində qəbul edilə bilər, lakin bu da mümkündür ki, həmin qərarın qəbul olunması 2020-ci ilə keçiriləcək.Xatırladaq ki, futbol üzrə dünya birinciliyi 2018-ci ildə Rusiyada, 2022-ci ildə isə Qətərdə keçiriləcək.xeber100.com

Avqust 13, 2017 10:22

“Real” futbol klubu əməkdaşlığını davam etdirəcək

“Real” futbol klubunun baş məşqçisi Zinəddin Zidan Madrid klubu ilə əməkdaşlığını davam etdirəcək.Azərtac “As” nəşrinə istinadla xəbər verir ki, tərəflər 2020-ci ilin yayına qədər müddətə yeni müqavilə imzalayıblar. İsko ilə bağlı məsələdə olduğu kimi, bu barədə də münasib vaxtda məlumat veriləcək.Z.Zidanın məvacibi artaraq ildə 4,35 milyon avrodan 8 milyon avroya çatıb. Bu məbləğin bir hissəsi nailiyyətlərə görə bonus şəklində ödəniləcək.xeber100.com

Avqust 13, 2017 9:53

“İnter” komandası “Qəbələ” klubu ilə qarşılaşıb

Avqustun 12-də futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tur çərçivəsində Bakının “İnter” komandası öz meydanında “Qəbələ” klubu ilə qarşılaşıb.Azərtac xəbər verir ki, baş hakim Ömər Paşayevin idarə etdiyi matçda “Qəbələ” rəqibinə 2:1 hesabı ilə qalib gələrək bu mövsüm ilk üç xalını qazanıb.“İnter Arena”da keçirilən görüşün 13-cü dəqiqəsində Elvin Məmmədov hesabı açıb. Bundan 11 dəqiqə sonra Filip Ozobiç penalti zərbəsini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi ikiyə çatdırıb. Lakin 70-ci dəqiqədə “İnter” hesab arasındakı fərqi azaldıb. Topu qəbələlilərin qapısından Pərdis Fərcad-Azad keçirib. Matçın qalan hissəsində başqa qol olmayıb.Qeyd edək ki, Premyer Liqanın digər oyunu avqustun 13-də Zirə İdman Kompleksinin stadionunda “Zirə” və “Səbail” komandaları arasında keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.İlk tura həmin gün saat 21:00-da “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” - “Kəpəz” (Gəncə) matçı ilə yekun vurulacaq.xeber100.com

Avqust 13, 2017 9:46

Futbol üzrə 2017/2018-ci il mövsümünə start verilib

Avqustun 11-də futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünə start verilib.Azərtac xəbər verir ki, mövsümün açılış oyununda son çempion “Qarabağ” klubu ilə “Neftçi” komandası ilə üz-üzə gəlib. “Bakcell Arena”da keçirilən görüşdə “Qarabağ” rəqibi üzərində 3:1 hesablı qələbə qazanıb. Son çempionun heyətində Mahir Mədətov dubl edib, komandanın üçüncü qoluna isə Dino Ndlovu imza atıb. Ağdamlıların yarımmüdafiəçisi Rahid Əmirquliyev isə avtoqol müəllifi olub.xeber100.com

Avqust 12, 2017 11:08

Ağır Atletika Federasiyasının məlumatı

Ağır atletika üzrə gənclərdən ibarət yığma komandamız təlim-məşq toplanışını davam etdirir.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildirilib ki, Avropa çempionatına AAAF Park Yaşayış Kompleksində yerləşən mərkəzi bazada hazırlaşan atletlərimiz mütəmadi və intensiv məşqlərə ara vermirlər. Oktyabrda Albaniyanın paytaxtı Tiranada keçiriləcək gənclər arasında Avropa çempionatında iştirak edəcək yığmamız həmin yarışdan medallarla qayıtmaq niyyətindədir.Millinin məşqçisi Elnur Hüseynov da yaradılan şəraitdən, məşqlərdən və ümumi hazırlıqdan razılığını bildirib.xeber100.com

Avqust 12, 2017 10:51

“İnter” komandası “Qəbələ”ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tur çərçivəsində daha bir oyun keçiriləcək. Ötən mövsümün bürünc medalının sahibi Bakının “İnter” komandası öz meydanında çempionatın gümüş mükafatçısı “Qəbələ”ni qəbul edəcək.Azərtac xəbər verir ki, “İnter Arena”da saat 20:00-da start götürəcək matçın baş hakimi Ömər Paşayev təyin edilib.Oyunda “İnter” 15-ci, “Qəbələ” 10-cu qələbənin astanasındadır. “Qəbələ” 13 dəfə bərabərliklə kifayətlənib. Paytaxt komandası son yeddi qarşılaşmada qələbə qazana bilməyib. Qəbələ təmsilçisi ardıcıl iki dəfə qalib gəlib.Ümumiyyətlə, “Qəbələ” Azərbaycan Premyer Liqasında 12-ci starta hazırlaşır. Komanda indiyədək çempionatda 11 dəfə iştirak edib və üç dəfə bürünc, bir dəfə gümüş medalları əldə edib.Qeyd edək ki, Premyer Liqada avqustun 13-də Zirə İdman Kompleksinin stadionunda “Zirə” – “Səbail” oyunu keçiriləcək. Bu görüşə saat 19:00-da start veriləcək.İlk tura həmin gün saat 21:00-da “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” və “Kəpəz” (Gəncə) komandalarının matçı ilə yekun vurulacaq.Xatırladaq ki, avqustun 11-də keçirilən turun ilk oyununda “Qarabağ” komandası “Neftçi”yə 3:1 hesabı ilə qalib gəlib.xeber100.com

Avqust 12, 2017 10:39

“Real Madrid” klubunun məlumatı

İspaniyanın “Real Madrid” klubu ilə müqavilə imzalamağa hazırlaşan futbolçu İsko haqqında maraqlı məlumat yayılıb.“ESPN” nəşri xəbər verir ki, 25 yaşlı futbolçu “Malaqa”da oynayan vaxt “Mançester Yunayted” tərəfindən transfer edilə bilərmiş. Baxışdan keçəndən sonra yarımmüdafiəçi ilə müqavilə imzalanmama səbəbini klub belə açıqlayıb: “O, yaxşı futbolçudur, lakin kifayət qədər sürətli deyil və başı bədəninə görə çox böyükdür”.Xatırladaq ki, bir neçə gün öncə keçirilən UEFA Superkubokunda “Qırmızı şeytanlar”ı məğlub edən Kral klubunun 2-ci qolunun müəllifi İsko olub. Komandanın baş məşqçisi Zidan oyundan sonra İsko haqqında xoş fikirlər səsləndirib, onunla yeni müqavilə imzalanacağını deyib. Futbolçu da açıqlamasında bunu təsdiqləyib.xeber100.com

Avqust 11, 2017 11:45

“Marca” qəzeti yazır…

“Monako”nun futbolçusu Kilian Mbappe PSG komandasına transfer olunub.İspaniyanın “Marca” qəzeti xəbər verir ki, klublar 18 yaşlı futbolçunun transferi ilə bağlı məsələni həll ediblər. Yaxın vaxtlarda onunla rəsmi müqavilə imzalanacaq.PSG Mbappeyə görə qarşı tərəfə 160 milyon avro və 20 milyon bonus ödəyəcək.xeber100.com

Avqust 11, 2017 11:40

Dünya Çempionatı Bakı Olimpiya Stadionunda keçiriləcək

Futbol üzrə Dünya Çempionatı-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan–San Marino oyununun biletləri satışa çıxarılıb.AFFA-dan Azərtac-a bildirilib ki, biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell müştəri xidmətləri mərkəzində və "Bakcell Arena"nın kassalarında əldə etmək mümkündür. Həmçinin biletlərin onlayn satışı www.tickets.affa.az saytında da həyata keçirilir.xeber100.com

Avqust 11, 2017 11:36

Boulinq üzrə beynəlxalq turnir keçirilib

Avqustun 10-da Tbilisidə jurnalistlər arasında ilk dəfə boulinq üzrə beynəlxalq turnir keçirilib.Azərtac xəbər verir ki, yarışda Azərbaycan, Gürcüstan, Ukrayna və Kanadadan 30-dan çox jurnalist birincilik uğrunda mübarizə aparıb.Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan komandasının üzvü, “İdman” qəzetinin əməkdaşı Rəşad Əliyev mükafatçılar sırasında yer alıb. 146 xalla R.Əliyev turniri üçüncü pillədə başa vurub.İlk iki pilləni isə Gürcüstan təmsilçiləri tutublar.Turnir başa çatdıqdan sonra bağlanış mərasimi təşkil olunub.Mərasimdə çıxış edən Gürcüstan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Mixail Abaişvili iştirakçılara təşəkkür edərək, idman jurnalistikasının dünyada aparıcı mövqeyindən danışıb və gələcəkdə belə yarışların davamlı təşkil edilməsinin vacibliyini diqqətə çatdırıb.“İdman” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist Qabil Mehdiyev M.Abaişviliyə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xatirə hədiyyəsini təqdim edib.Həmçinin Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti, Əməkdar Jurnalist Eldar İsmayılov təşkilatçılara rəhbərlik etdiyi qurumun xüsusi hədiyyəsini verib.xeber100.com

Avqust 11, 2017 11:31
    Page 656 of 831« First«...102030...654655656657658...670680690...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az