Futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq

Bu gün Qətərdə futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq.G qrupu çərçivəsində Kamerun – Braziliya və Serbiya-İsveçrə oyunları keçiriləcək. “Lusail” stadionunda oynanılacaq Kamerun–Braziliya matçını ABŞ-dan olan FIFA referisi İsmail Elfat idarə edəcək. “Stadium 974”də keçiriləcək digər matç isə Fernando Rapalliniyə (Argentina) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.Hesabında 6 xal olan Braziliya millisi qrupa liderlik edir. İsveçrə 3 xalla ikincidir. Kamerun və Serbiya seçmələri 1 xalla üçüncü-dördüncü pillədə yer alıblar.H qrupu çərçivəsində isə Qana - Uruqvay və Koreya Respublikası - Portuqaliya matçları oynanılacaq. Hər iki oyuna saat 19:00-da start veriləcək. “Əl Canub” stadionunda keçiriləcək Qana - Uruqvay matçı almaniyalı hakim Daniel Zibert idarə edəcək. “Edukeyşın Siti” stadionunda təşkil olunacaq digər oyun isə Argentinadan olan hakim Fakundo Teloya tapşırılıb.Portuqaliya millisi 6 xalla qrupun lideridir. Qana 3 xalla ikinci, hesabında 1 xal olan Koreya Respublikası və Uruqvay üçüncü-dördüncü pillədə qərarlaşıblar.Qeyd edək ki, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları səkkizdəbir finala vəsiqəni təmin ediblər.xeber100.com

Dekabr 2, 2022 3:07

Futbol üzrə dünya çempionatının qrup mərhələsində

Qətərdə futbol üzrə dünya çempionatının qrup mərhələsində üçüncü turun növbəti oyunları keçiriləcək.Oyun günündə C və D qruplarında mübarizəyə yekun vurulacaq.C qrupu çərçivəsində Polşa - Argentina və Səudiyyə Ərəbistanı - Meksika oyunları keçiriləcək. “Stadium 974”də oynanılacaq Polşa - Argentina matçını niderlandlı hakim Danni Desmond Makkeli idarə edəcək. "Lusail" stadionunda keçiriləcək digər matç isə Maykl Oliverə (İngiltərə) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.Hesabında 4 xal olan Polşa millisi qrupa liderlik edir. Argentina və Səudiyyə Ərəbistanı milliləri 3 xalla ikinci-üçüncü pillədə yer alıblar. Meksikanın isə aktivində 1 xal var.D qrupu çərçivəsində isə Avstraliya-Danimarka və Tunis-Fransa matçları oynanılacaq. Hər iki oyuna saat 19:00-da start veriləcək. “Əl Canub” stadionunda keçiriləcək Avstraliya-Danimarka matçı əlcəzairli hakim Mustafa Qorbal idarə edəcək. “Edukeyşn Siti” stadionunda təşkil olunacaq digər oyun isə ABŞ-dan olan hakim Mettyu Konqerə tapşırılıb.Fransa millisi 6 xalla pley-off mərhələsinə vəsiqəni təmin edib. Avstraliya 3 xalla ikinci, Danimarka və Tunis isə 1 xalla üçüncü-dördüncü yerdədirlər.Qeyd edək ki, Fransa, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə və ABŞ səkkizdəbir final mərhələsinə yüksəliblər.xeber100.com

Noyabr 30, 2022 3:10

Azərbaycan Karate Təşkilatının beynəlxalq karate turniri keçirilib

Azərbaycan Karate Təşkilatının (AKT) “Caspian Open” beynəlxalq karate turniri keçirilib.Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəstəyi ilə Bakı İdman Sarayında təşkil edilən növbəti yarışda 4 ölkədən 1000-dən artıq idmançı iştirak edib.AMKF-nin mətbuat xidmətindən verilən məlumata görə, yarışın açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.Turnirin təşkilatçılarından Azərbaycan Vado-Ryu Karate-Do Federasiyasının prezidenti Vilayət Əmirov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AMKF-in baş katibi Camal Murtuzəliyev, eləcə də digər fəxri qonaqlar çıxışlarında döyüş sənəti olan karate idman növünün ölkəmizdə inkişafından danışıblar və idmançılara uğurlar arzulayıblar. Qonaqlara fəxri diplomlar təqdim edildikdən sonra, mərasim bədii hissə və nümunəvi çıxışlarla davam edib.AKT-nin prezidenti Rənad Əliyev və vitse-prezident Gündüz Mahmudov çıxış edərək 6-18 yaşlı uşaq, yeniyetmə və gənclər arasında keçirilən “Caspian Open” turnirinə böyük maraq olduğunu, qarşıdakı dövrdə yarışa bir sıra yeni ölkələrin də cəlb ediləcəyini bildirib.Yarışın yekun nəticəsinə görə, “Arpaçay”, “Qara Qaplan” və Fövqaladə Hallar Nazirliyinin(FHN) karate klubu fərqlənərək ilk üçlükdə yer alıb.xeber100.com

Noyabr 29, 2022 10:45