Futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq

Bu gün Qətərdə futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq.G qrupu çərçivəsində Kamerun – Braziliya və Serbiya-İsveçrə oyunları keçiriləcək. “Lusail” stadionunda oynanılacaq Kamerun–Braziliya matçını ABŞ-dan olan FIFA referisi İsmail Elfat idarə edəcək. “Stadium 974”də keçiriləcək digər matç isə Fernando Rapalliniyə (Argentina) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.Hesabında 6 xal olan Braziliya millisi qrupa liderlik edir. İsveçrə 3 xalla ikincidir. Kamerun və Serbiya seçmələri 1 xalla üçüncü-dördüncü pillədə yer alıblar.H qrupu çərçivəsində isə Qana - Uruqvay və Koreya Respublikası - Portuqaliya matçları oynanılacaq. Hər iki oyuna saat 19:00-da start veriləcək. “Əl Canub” stadionunda keçiriləcək Qana - Uruqvay matçı almaniyalı hakim Daniel Zibert idarə edəcək. “Edukeyşın Siti” stadionunda təşkil olunacaq digər oyun isə Argentinadan olan hakim Fakundo Teloya tapşırılıb.Portuqaliya millisi 6 xalla qrupun lideridir. Qana 3 xalla ikinci, hesabında 1 xal olan Koreya Respublikası və Uruqvay üçüncü-dördüncü pillədə qərarlaşıblar.Qeyd edək ki, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları səkkizdəbir finala vəsiqəni təmin ediblər.xeber100.com

Dekabr 2, 2022 3:07

Futbol üzrə dünya çempionatının qrup mərhələsində

Qətərdə futbol üzrə dünya çempionatının qrup mərhələsində üçüncü turun növbəti oyunları keçiriləcək.Oyun günündə C və D qruplarında mübarizəyə yekun vurulacaq.C qrupu çərçivəsində Polşa - Argentina və Səudiyyə Ərəbistanı - Meksika oyunları keçiriləcək. “Stadium 974”də oynanılacaq Polşa - Argentina matçını niderlandlı hakim Danni Desmond Makkeli idarə edəcək. "Lusail" stadionunda keçiriləcək digər matç isə Maykl Oliverə (İngiltərə) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.Hesabında 4 xal olan Polşa millisi qrupa liderlik edir. Argentina və Səudiyyə Ərəbistanı milliləri 3 xalla ikinci-üçüncü pillədə yer alıblar. Meksikanın isə aktivində 1 xal var.D qrupu çərçivəsində isə Avstraliya-Danimarka və Tunis-Fransa matçları oynanılacaq. Hər iki oyuna saat 19:00-da start veriləcək. “Əl Canub” stadionunda keçiriləcək Avstraliya-Danimarka matçı əlcəzairli hakim Mustafa Qorbal idarə edəcək. “Edukeyşn Siti” stadionunda təşkil olunacaq digər oyun isə ABŞ-dan olan hakim Mettyu Konqerə tapşırılıb.Fransa millisi 6 xalla pley-off mərhələsinə vəsiqəni təmin edib. Avstraliya 3 xalla ikinci, Danimarka və Tunis isə 1 xalla üçüncü-dördüncü yerdədirlər.Qeyd edək ki, Fransa, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə və ABŞ səkkizdəbir final mərhələsinə yüksəliblər.xeber100.com

Noyabr 30, 2022 3:10