Xorvatiya millisi futbol üzrə dünya çempionatında ilk qələbəsini qazanıb

Xorvatiya millisi Qətərdə keçirilən futbol üzrə dünya çempionatında ilk qələbəsini qazanıb.Turnirin F qrupu çərçivəsində Xorvatiya millisi Kanada yığması ilə qarşılaşıb. "Xəlifə" stadionunda oynanılan matçda Xorvatiya futbolçuları 4:1 hesablı qələbə qazanıblar. Xorvatiya komandasının heyətində Andrey Kramariç dubl edib, digər qolları Marko Livaya və Lovro Mayer vurublar. Kanada yığmasının heyətində isə Alfonso Deyvis fərqlənib.Hesabında 4 xal olan Xorvatiya və Mərakeş milliləri F qrupunda ilk iki pillədə yer alıblar. Belçika 3 xalla üçüncü, hələ xal qazana bilməyən Kanada isə sonuncudur.Oyun gününə E qrupu çərçivəsində keçiriləcək İspaniya - Almaniya (Bakı vaxtı ilə saat 23:00) matçı ilə yekun vurulacaq.Dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.xeber100.com

Noyabr 27, 2022 11:28

Qətərdə keçirilən dünya çempionatında daha bir qarşılaşma keçirilib

Qətərdə keçirilən dünya çempionatında daha bir qarşılaşma keçirilib.G qrupunun ikinci matçında Braziliya millisi Serbiya seçməsi ilə qarşılaşıb. Görüşdə Braziliya komandası rəqibini iki cavabsız qolla məğlub edib. Matçda hər iki qolu Riçarlison vurub. Futbolçu 62-ci və 73-cü dəqiqələrdə fərqlənərək komandası üçün 2:0 hesablı qələbəni təmin edib.Qeyd edək ki, noyabrın 24-də keçirilmiş qrupun ilk oyununda İsveçrə millisi Kamerun yığması üzərində minimal hesablı qələbə qazanıb – 1:0.Futbol üzrə dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq.Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.xeber100.com

Noyabr 25, 2022 2:30