11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Qızıl top” uğrunda mübarizədə favoritlərin yenilənmiş reytinqi dərc edilib

Məşhur “Goal” nəşri "Qızıl top" uğrunda mübarizədə favoritlərin yenilənmiş reytinqini dərc edib. Siyahıya PSJ-nin hücumçusu Lionel Messi başçılıq edir. Yenilənmiş ilk onluqda fransalı hücumçu Antuan Qrizmann da yer alıb. Nəşrin reytinqində ilk 10-da sıralama aşağıdakı kimidir: 1. Lionel Messi (PSJ); 2. Kilian Mbappe (PSJ) 3. Erlinq Haaland (“Mançester Siti”) 4. Neymar (PSJ) 5. Robert Levandovski (“Barselona”) 6. Vinisius Junior (“Real Madrid”); 7. Kevin de Bruyne (“Mançester Siti”) 8. Məhəmməd Salah (“Liverpul”) 9. Xviça Kvaratsxeliya (“Napoli”) 10. Antuan Qrizmann (“Atletiko”) Qeyd edək ki, “Qızıl top”un hazırkı sahibi “Real”ın və Fransa millisinin hücumçusu Kərim Benzema 20-ci pillədə qərarlaşıb.xeber100.com

Dekabr 13, 2022 9:45

Futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinə start veriləcək

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.Ilk yarımfinal oyununda Xorvatiya və Argentina milli komandaları üz-üzə gələcəklər. Bununla da mundialda ilk finalçı məlum olacaq."Lusail" stadionunda oynanılacaq matçı italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.Qeyd edək ki, dekabrın 9-da dünya çempionatının dörddəbir final mərhələsində Xorvatiya millisi Braziliyanı, Argentina seçməsi isə Niderlandı mübarizədən kənarlaşdırıb.Xatırladaq ki, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qrup mərhələsinin ikinci turunda Xorvatiya və Argentina milliləri üz-üzə gəlib. Matçda xorvatlar rəqibini 3:0 hesabı ilə məğlub ediblər.xeber100.com

Dekabr 13, 2022 9:42

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb.300 komandanın yer aldığı siyahıya Azərbaycandan yalnız “Qarabağ” klubu düşüb.Hesabında 137 xal olan Ağdam təmsilçisi 2 pillə geriləyərək 85-ci olub. Ağdam təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Belçikanın “Gent” klubu 140 xalla 84-cü pillədə qərarlaşıb.Reytinq cədvəlinə 305 xalla Braziliyanın “Flamenqo” komandası başçılıq edir. “Liverpul” (İngiltərə) 297 xalla ikinci, Braziliyanın “Palmeyras” komandası 294 xalla ilk üçlüyü tamamlayıblar.xeber100.com

Dekabr 12, 2022 9:54

UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində

Cari mövsüm avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) ən çox qol vuran komandalar bəlli olub.Ağdamın “Qarabağ” klubu ilk onluqda yer alıb.Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində meydana çıxdığı 8 oyunda 15, UEFA Avropa Liqasının qrupunda keçirdiyi 6 görüşdə isə 9 qol vurub. Ümumilikdə 14 qarşılaşmada 24 dəfə fərqlənən Qurban Qurbanovun kollektivi “Top-50”nin açıqlandığı siyahının 6-cı pilləsində qərarlaşıb.Cədvələ 12 oyunda rəqib qapılarına 30 qol keçirən Niderlandın AZ komandası başçılıq edir. İsveç klubu “Yurqarden” 27 qolla ikinci, Türkiyənin “Başakşehir” komandası isə 26 qolla üçüncü pillədə yer alıblar.xeber100.com

Dekabr 12, 2022 9:52

İspaniya Futbol Federasiyasının məlumatı əsasında…

Futbol üzrə İspaniya yığmasının yeni baş məşqçisi Luis de la Fuentenin bu posta təyinatı rəsmiləşib.Bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.Altmış bir yaşlı mütəxəssislə ikiillik müqavilə imzalanıb.Xatırladaq ki, Luis de la Fuente bir neçə gün öncə istefa vermiş Luis Enrikeni əvəz edib. İstefaya İspaniya millisinin Qətərdə təşkil olunmuş dünya çempionatında mübarizəni səkkizdəbir finalda dayandırması səbəb olub.xeber100.com

Dekabr 12, 2022 9:49

Futbol üzrə dünya çempionatının sonuncu yarımfinalçısı məlum olub

Futbol üzrə Fransa millisi Qətərdə keçirilən dünya çempionatının sonuncu yarımfinalçısı olub.Fransa millisi “Əl Beyt” stadionunda turnirin dörddəbir final mərhələsi çərçivəsində İngiltərə seçməsi ilə qarşılaşıb.Matçın 17-ci dəqiqəsində fransalı futbolçu Orelyen Çuameni hesabı açıb. İlk hissə Fransa seçməsinin minimal üstünlüyü ilə yekunlaşıb.Qarşılaşmanın 54-cü dəqiqəsində Fransa millisinin qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirən ingiltərəli Harri Keyn hesabı bərabərləşdirib. Oyunun 78-ci dəqiqəsində Olivye Jiru Fransa millisini hesabda önə keçirib. Komandaların cəhdlərinə baxmayaraq matçın sonunadək hesab dəyişməyib.Fransa millisi 2:1 hesablı qələbə qazanaraq dünya çempionatının sonuncu yarımfinalçısı olub.Beləliklə, dünya çempionatında dörddəbir final mərhələsinə yekun vurulub. Digər dörddəbir final mərhələsinin oyunlarında Xorvatiya Braziliyanı, Argentina Niderlandı, Mərakeş isə Portuqaliyanı məğlub edərək yarımfinala yüksəliblər. Növbəti mərhələdə Xorvatiya-Argentina və Mərakeş–Fransa matçları oynanılacaq.xeber100.com

Dekabr 11, 2022 7:06

Azərbaycan Həndbol Federasiyasının məlumatına görə…

Həndbol həvəskarları həftəsonu qadın həndbolçuların Azərbaycan çempionatının növbəti oyunlarını izləyiblər.Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən Üçüncü turun ilk matçında meydançaya “Azəryol” və “Qarabağ” komandaları çıxıblar. Gərgin mübarizə ilə yadda qalan görüşün ilk hissəsində 6 top fərqi il önə keçən “Azəryol” fasilədən sonra da təşəbbüsü əldən verməyib. Qarşılaşma 33:30 hesabı ilə sonuncunun xeyrinə başa çatıb.“U-16” – “İdman Akademiyası” kollektivlərinin görüşündə nominal qonaqlar inamlı oyun sərgiləyiblər. İlk hissəni 27:14 hesabı ilə irəlidə başa vuran “tələbələr”dən ibarət komanda qalan vaxtda üstünlüyü daha da artırıb – 47:21.xeber100.com

Dekabr 11, 2022 7:04

Azərbaycan Basketbol Liqasının 9-cu turuna yekun vurulub

Dekabrın 11-də Sərhədçi İdman Mərkəzində, “Gəncə BK” və “Zirvə Astara BK” komandalarının arasında keçirilən oyun ilə Azərbaycan Basketbol Liqasının (ABL) 9-cu turuna yekun vurulub. İki region komandasının üz-üzə gəldiyi qarşılaşmada “Gəncə BK” 98-85 hesablı qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsindəki mövqeyini daha da möhkəmləndirib.Ən məhsuldar basketbolçular: “Gəncə BK” (Ceylon Perri - 29 xal, 5 ribaund), “Zirvə Astara BK” (Ruşard Kruikşenk - 25 xal, 9 ribaund).Qeyd edək ki, 10-cu turun oyunları dekabrın 14, 17 və 18-də keçiriləcək.xeber100.com

Dekabr 11, 2022 7:02

Azərbaycan Həndbol Federasiyasının məlumatına görə…

Həndbol üzrə 2026-cı il Avropa çempionatının ilkin təsnifat mərhələsində çıxış edəcək kişilərdən ibarət Azərbaycan milli komandası məşqlərə başlayıb. “AHF Arena”da təşkil olunan hazırlıq prosesinə 16 idmançı qatılıb.Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, məşqlər seçmə komandanın baş məşqçisi Nasser Salimi və onun köməkçisi Rəşad Hüseynovun rəhbərliyi ilə həyata keçirilir.Gürcüstana yollanacaq millimizin növbəti təlim-məşq toplanışı qonşu ölkədə baş tutacaq. Dekabrın 16-dək davam edəcək hazırlıq çərçivəsində “Dostluq” turnirinin təşkili də nəzərdə tutulub.Qeyd edək ki, Azərbaycan millisi Bakı İdman Sarayında keçiriləcək təsnifat mərhələsinə yanvarın 13-də Malta seçməsi ilə oyunla start verəcək. Ertəsi gün Böyük Britaniya komandası ilə görüşəcək həndbolçularımız yanvarın 15-də Kipr kollektivi ilə üz-üzə gələcəklər.xebere100.100

Dekabr 10, 2022 5:33

İtaliyada kross üzrə 28-ci Avropa çempionatı keçiriləcək

Dekabrın 11-də İtaliyada kross üzrə 28-ci Avropa çempionatı keçiriləcək.Turin şəhərinin şimal-qərbində yerləşən “La Mandria Park”da təşkil olunacaq çempionatda 40 ölkədən 303-ü kişi və 252-si qadın olmaqla 555 idmançı iştirak edəcək.İtaliya artıq üçüncü dəfədir kross üzrə Avropa çempionatını təşkil edir. 3600 hektar ərazidəki “La Mandria Park” Avropanın ən böyük qapalı parkıdır və buradakı eyniadlı qala UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınıb.Qeyd edək ki, kross üzrə Avropa çempionatına gələn il Belçikanın paytaxtı Brüssel, 2024-cü ildə isə Türkiyənin Antalya şəhəri ev sahibliyi edəcək.xeber100.com

Dekabr 10, 2022 5:30
    Page 65 of 831« First«...102030...6364656667...708090...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az