Qətərdə keçirilən dünya çempionatında daha bir qarşılaşma keçirilib

Qətərdə keçirilən dünya çempionatında daha bir qarşılaşma keçirilib.G qrupunun ikinci matçında Braziliya millisi Serbiya seçməsi ilə qarşılaşıb. Görüşdə Braziliya komandası rəqibini iki cavabsız qolla məğlub edib. Matçda hər iki qolu Riçarlison vurub. Futbolçu 62-ci və 73-cü dəqiqələrdə fərqlənərək komandası üçün 2:0 hesablı qələbəni təmin edib.Qeyd edək ki, noyabrın 24-də keçirilmiş qrupun ilk oyununda İsveçrə millisi Kamerun yığması üzərində minimal hesablı qələbə qazanıb – 1:0.Futbol üzrə dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq.Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.xeber100.com

Noyabr 25, 2022 2:30

Futbol üzrə dünya çempionatında ikinci tura start veriləcək

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün qrup mərhələsinin ikinci turuna start veriləcək.A və B qruplarında ümumilikdə 4 görüş təşkil olunacaq.Günün ilk matçı B qrupunda Uels və İran yığmaları arasında olacaq. "Əhməd Bin Əli" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq və qarşılaşmanı qvatemalalı baş hakim Mario Eskobar idarə edəcək. Ardınca A qrupunda Qətər - Seneqal və Niderland - Ekvador oyunları keçiriləcək. Matçlar müvafiq olaraq saat 17:00-da və 20:00-da başlayacaq. Qətər – Seneqal matçı “Al Tumama” stadionunda baş tutacaq və ədaləti ispaniyalı referi Antonio Migel Mateu Laos qoruyacaq. "Xəlifə" stadionunda üz-üzə gələcək Niderland və Ekvador yığmalarının matçı isə əlcəzairli hakim Qorbala tapşırılıb. Günə B qrupu çərçivəsində keçiriləcək İngiltərə - ABŞ matçı ilə yekun vurulacaq. Saat 23:00-da başlayacaq oyuna "Əl Bayt" stadionu ev sahibliyi edəcək və matçı baş hakim Xesus Valensuela (Venesuela) idarə edəcək.A qrupunda çıxış edən Niderland və Ekvador milliləri 3 xalla ilk iki pillədə yer alıblar. Xalı olmayan Seneqal və Qətər isə üçüncü-dördüncü pillədə qərarlaşıblar. B qrupuna isə 3 xalla İngiltərə millisi başçılıq edir. ABŞ və Uels milliləri 1 xalla ikinci-üçüncü, hesabında xal olmayan İran isə sonuncudur.xeber100.com

Noyabr 25, 2022 2:26

Futbol üzrə dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək.Günün ilk matçı F qrupunda olacaq. Xorvatiya millisi Mərakeş yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Bu qrupun digər matçında Belçika yığması Kanada ilə münasibətlərinə aydınlıq gətirəcək və oyuna saat 23:00-da start veriləcək.E qrupunda isə Almaniya seçməsi Yaponiya ilə, İspaniya Kosta-Rika ilə üz-üzə gələcək. Almaniya – Yaponiya matçı saat 17:00-da, İspaniya – Kosta-Rika qarşılaşması isə saat 20:00-da başlayacaq.Turnir ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 ən güclü komanda və meydan sahiblərinin iştirakı ilə qalib olunacaq.Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparır.Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan 7-si iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.xeber100.com

Noyabr 23, 2022 10:09