06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futnet Assosiasiyasının məlumatına görə…

Bakı Su İdmanı Sarayında futvole üzrə “Qızmar Bakı qumu” adlı turnirə yekun vurulub.İyulun 30-da Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təşkil etdiyi turnirdə beş kişi və iki qadın (müsabiqədənkənar) komandası iştirak edib. Yarışda idmançılar dairəvi sistem üzrə mübarizə aparıblar.AFNA-dan Azərtac-a bildiriblər ki, bir gün davam edən turnirdə dörd oyunun hamısında qalib gələrək aktivinə səkkiz xal yazdıran Feyyar Hüseynov və Namiq İsgəndərov cütlüyü turnirin birincisi olub. Mükafatlandırma mərasimində iştirak edən AFNA-nın prezidenti Vüqar Xəlilov idmançıları qələbə münasibətilə təbrik edərək gələcək yarışlarda uğurlar arzulayıb.Qeyd edək ki, “Qızmar Bakı qumu” turniri avqustun 5-6-da paytaxtımızda keçiriləcək futvole üzrə beynəlxalq turnirə hazırlıq xarakteri daşıyıb.xeber100.com

İyul 31, 2017 10:45

Beynəlxalq Musiqi Festivalının sonuncu günündə…

İyulun 30-da "Sea Breeze" istirahət mərkəzində "Jara-2017" Beynəlxalq Musiqi Festivalının dördüncü - sonuncu gününün konserti olacaq.Azərtac xəbər verir ki, festivalın sonuncu günü musiqisevərləri Qriqori Lepsin yaradıcılıq gecəsi gözləyir. Tamaşaçılara sürpriz duetlər, məşhur hitlərin yeni tərzdə ifası, bir-birindən parlaq musiqi nömrələri təqdim olunacaq. Həmin gün səhnəyə Sergey Lazarev, IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, LOBODA, Nikolay Baskov, Stas Mixaylov, Aleksandr Panayotov, Diana Arbenina, EMİN, Qlyuk'oza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Aleksandr Marşal və başqaları çıxacaqlar.Qeyd edək ki, müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovun birgə təşkilatçılığı ilə ərsəyə gələn bu festivalın iştirakçılarının sayı artmaqdadır. Əgər keçən il Bakıya artistlər, musiqiçilər, rəqqaslar və onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlmişdisə, bu il bu rəqəm 800-ü keçib."Jara-2017"nin aparıcıları Yana Çurikova, Andrey Malaxov və Maksim Qalkindir.

İyul 30, 2017 12:26

Azərbaycan çempionatına hazırlıq işlərinə dair iclas keçirilib

Çimərlik həndbolu üzrə Azərbaycan çempionatına hazırlıq işlərinə dair iclas keçirilib. İclasda Azərbaycan Həndbol Federasiyasının (AHF) nümayəndələri, hakimlər və məşqçilər iştirak ediblər.AHF-dən Azərtac-a verilən məlumata görə, iclasda ötən müddətdə mövcud klubların gücləndirilməsi və yeni klubların yaradılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, ölkəmizdə çimərlik həndbolu üzrə Azərbaycan çempionatı ikinci dəfədir keçirilir. Tədbirdə əsas məqsədin çimərlik həndbolunun ölkəmizdə kütləviliyini artırmaq olduğu vurğulanıb.İclasda, həmçinin çempionatın avqustun 18-dən 20-dək Bakı Su İdman Sarayında keçiriləcəyi diqqətə çatdırılıb. Eyni zamanda, yarışın təşkili, oyun cədvəli, açılış və bağlanış mərasimləri barədə məlumat verilib.Yarışlarda iştirak edəcək komandaların adları açıqlanıb. Ümumilikdə, 6 qadın və 4 kişi komandanın çıxış edəcəyi diqqətə çatdırılıb.Sonra yarışların püşkü atılıb.Sonda çimərlik həndbolu ilə bağlı videoçarx nümayiş etdirilib.xeber100.com

İyul 30, 2017 12:13

Həndbol Federasiyasının məlumatı

Sentyabrın 30-da həndbol üzrə XXV Azərbaycan çempionatına start veriləcək.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, çempionata hazırlıq məqsədilə avqustun 1-dən 12-dək Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışı təşkil olunacaq.Hazırlıq prosesində qadınlardan ibarət “Azəryol” və “Azərsu” klubları iştirak edəcəklər.xeber100.com

İyul 30, 2017 11:09

“Fight Night Global 71” turniri çərçivəsində…

Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Nəriman Abbasov bu gün növbəti sınağına çıxacaq.Azərtac xəbər verir ki, idmançımız MMA üzrə “Fight Night Global 71” turniri çərçivəsində qüvvəsini sınayacaq.N.Abbasov Moskvada keçiriləcək turnirdə Dmitri Qorobetslə üz-üzə gələcək. Yüngül çəki dərəcəsində (70,3 kq) mübarizə aparacaq təmsilçimiz Rusiyanın Xabarovsk şəhərindən olan rəqibi ilə müqayisədə daha təcrübəlidir. İyirminci döyüşünə çıxacaq N.Abbasovun hesabında 16 qələbə və 3 məğlubiyyət var. Hesabında 2 qələbə olan Qorobets isə yalnız 3-cü döyüşünə çıxacaq.xeber100.com

İyul 30, 2017 10:40

Standart tapançadan atəşaçma yarışının qalibi müəyyən olub

Atıcılıq üzrə Avropa çempionatında kişilər arasında 25 metr məsafəyə standart tapançadan atəşaçma yarışının qalibi müəyyən olub.Azərtac xəbər verir ki, ukrayalı atıcı Pavlo Korostylov rəqiblərindən daha üstün olaraq 581 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.İkinci yerə 574 xalla almaniyalı Kristian Reitz, üçüncü yerə isə 573 xalla rusiyalı Aleksi Klımov çıxıb.Azərbaycan təmsilçisi Ruslan Lunyov yarışı 564 xalla yeddinci yerdə başa vurub.xeber100.com

İyul 30, 2017 10:36

Atıcılıq üzrə Avropa çempionatının doqquzuncu günündə…

İyulun 29-da Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının doqquzuncu gününün yarışları başlayıb.Azərtac xəbər verir ki, çempionatın doqquzuncu gününə qadınlar arasında 300 metr məsafəyə tüfənglə atəş açma yarışı ilə start veriləcək. Günün digər yarışında isə kişilər (yeniyetmələr) 25 metr məsafəyə tapança ilə atəş açma yarışında güclərini sınayacaqlar.xeber100.com

İyul 29, 2017 9:46

“Kəpəz” futbol klubu yoxlama oyunu keçirəcək

Gəncənin “Kəpəz” futbol klubu yeni mövsümə hazırlığın son hissəsi çərçivəsində yoxlama oyunu keçirəcək.Azərtac xəbər verir ki, Bakıda məşqləri bərpa edən “sarı-göylər” avqustun 3-də 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə qarşılaşacaqlar.Oyun “Dalğa Arena”da saat 18:00-da başlayacaq.xeber100.com

İyul 29, 2017 9:42

Beynəlxalq şahmat turnirində dördüncü tura yekun vurulub

İyulun 27-də Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirində dördüncü tura yekun vurulub.Azərtac xəbər verir ki, Vüqar Həşimov Akademiyasında keçirilən yarışda 8-10-12 yaşadək şahmatçılar birincilik uğrunda mübarizə aparırlar.Dördüncü turun görüşlərindən sonra Xəzər Babazadə və Ayan Allahverdiyeva 4 xalla 1-2-ci yerləri bölüşdürürlər. Üç zəka sahibinin hesabında 3,5, 13 şahmatçının isə 3 xalı var.Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilir. Avqustun 1-dək davam edəcək yarışda Azərbaycan, dünya və Avropa birinciliklərinin mükafatçıları, beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar iştirak edirlər.Beynəlxalq turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Xəzər Babazadədir. Yarışın baş hakimi isə beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir.xeber100.com

İyul 28, 2017 10:51

“Qəbələ” klubu “Panatinaikos” komandası ilə qarşılaşıb

İyulun 27-də “Qəbələ” klubu futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununu keçirib.Azərtac xəbər verir ki, Afinadakı “Apostolos Nikolaidis” stadionunda Yunanıstanın “Panatinaikos” komandası ilə qarşılaşan “Qəbələ” 0:1 hesabı ilə məğlub olub.İspaniyalı referi Xuan Martines Munueranın idarə etdiyi oyunda yeganə qolu matçın 37-ci dəqiqəsində rəqib komandanın heyətində Gilyerme Molins 11 metrlik cərimə zərbəsindən vurub. Qalan dəqiqələrdə matçda qol olmayıb və oyun bu hesabla başa çatıb.Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda, “Bakcell Arena”da keçiriləcək.Xatırladaq ki, iki il əvvəl bu komandalar avroliqanın play-off mərhələsində üz-üzə gəliblər. Həmin mövsüm Roman Qriqorçukun baş məşqçisi olduğu kollektiv məhz səfərdə vurduğu qollar sayəsində tarixində ilk dəfə qrup mərhələsində oynamaq hüququ qazanmışdı - 0:0, 2:2.xeber100.com

İyul 28, 2017 10:47
    Page 662 of 830« First«...102030...660661662663664...670680690...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az