04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan kuboku yarışları keçirilib

Çimərlik voleybolu üzrə ilk açıq Azərbaycan kuboku yarışları keçirilib.Azərtac xəbər verir ki, kişilərin yarışında 22, qadınların turnirində isə 14 komanda mübarizə aparıb. Kişilər arasında Vüqar Bayramov və Ülvi Rəcəblidən ibarət cütlük qalib olub. Yaroslav Rudıx – Adriano Aurrero cütlüyü gümüş, Vüsal Qurbanovdan və Aqil Ağazadədən ibarət cütlük bürünc medal qazanıb.Qadınların mübarizəsində kuboku Viktoriya Ağakişiyeva və Zinaida Lyubimovadan ibarət duet başı üzərinə qaldırıb. İrina Abbaszadə - Yuliya Kərimova cütlüyü ikinci, Nazilə Səlimova və İlhamə Əliyevadan ibarət duet üçüncü yeri tutub.Avqustun sonunda həm yeniyetmələr, həm də böyüklər arasında ölkə çempionatının final mərhələsi keçiriləcək.xeber100.com

İyul 18, 2017 10:39

“Kəpəz”ə daha üç futbolçu qoşulub

Türkiyədə hazırlığını davam etdirən “Kəpəz”ə daha üç futbolçu qoşulub.Azərtac kluba istinadla xəbər verir ki, komandanın Ərzurumdakı hazırlıq prosesində Nigeriyadan olan Oseqheyl Laki Victor, malili Dialo Samba və braziliyalı Ferreyra Das Çaqas Dedimar iştirak edirlər.Dedimar müdafiəçi, Laki hücumçu və Samba isə yarımmüdafiəçi mövqeyində çıxış edir.“Kəpəz”ə menecerlər tərəfindən təklif olunan hər üç futbolçunu komandanın baş məşqçisi Şahin Diniyev iki ay müddətində yaxından izləyib və onlar haqda müsbət qərar verib.xeber100.com

İyul 18, 2017 10:36

Boks Federasiyasının məlumatına əsasən…

Kişi boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib.Azərbaycan Boks Federasiyasından Azərtac-a verilən xəbər görə, Avropa çempionatından sonra istirahətdə olan komandamız Bakıda bir araya gəlib.Avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində baş tutacaq dünya çempionatına hesablanan hazırlığın ilk mərhələsi iyulun 23-də başa çatacaq. Boks Mərkəzində təşkil olunan ilkin mərhələdə əsasən fiziki məşqlərə üstünlük veriləcək.Təlim-məşq toplanışına 5-i mundiala qatılacaq boksçu olmaqla 10 idmançı cəlb edilib.Qeyd edək ki, dünya çempionatında yığmamızın şərəfini Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) qoruyacaqlar.xeber100.com

İyul 18, 2017 10:32

“Qarabağ” klubu “Samtredia” komandası ilə qarşılaşacaq

Bu gün Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçları çərçivəsində səfərdə Gürcüstanın “Samtredia” komandası ilə qarşılaşacaq.Azərtac xəbər verir ki, qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Srcan Yovanoviç olacaq. Ona həmyerliləri Uroş Stoykoviç və Milan Mixayloviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marko Popoviç yerinə yetirəcək.Hakimlərin işinə Macarıstandan olan Laslo Vaqner qiymət verəcək. Matçın UEFA nümayəndəsi rumıniyalı Pol Daniel Zaharya olacaq.Komandalar arasında Bakıda təşkil olunan ilk oyunda “Qarabağ” 5:0 hesabı ilə qalib gəlib.Qeyd edək ki, bu gün Boris Payçadze adına stadionda keçiriləcək oyun saat 21:00-da başlayacaq.xeber100.com

İyul 18, 2017 9:55

Voleybol yığması yoxlama oyunu keçirməyi planlaşdırır

Qətərin gənc oğlanlardan ibarət voleybol yığması Azərbaycanda səfərdədir.Azərtac xəbər verir ki, komandanın səfərinin məqsədi Azərbaycan millisi ilə birlikdə təlim-məşq toplanışı keçməkdir.Azərbaycan Voleybol Mərkəzində məşq edəcək komandaların bir neçə yoxlama oyunu keçirməsi də planlaşdırılır.Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Qətər və Azərbaycan voleybol federasiyaları arasında qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Yaxın gələcəkdə Azərbaycan yığmalarının da Qətərə yollanması nəzərdə tutulub.xeber100.com

İyul 17, 2017 11:17

UEFA Çempionlar Liqasının cavab matçları çərçivəsində…

Futbol üzrə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində keçiriləcək “Samtredia” (Gürcüstan)–“Qarabağ” (Ağdam) oyununun təyinatları açıqlanıb.Azərtac xəbər verir ki, qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Srcan Yovanoviç olacaq. Ona həmyerliləri Uroş Stoykoviç və Milan Mixayloviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marko Popoviç yerinə yetirəcək.Hakimlərin işinə Macarıstandan olan Laslo Vaqner qiymət verəcək. Matçın UEFA nümayəndəsi rumıniyalı Pol Daniel Zaharya olacaq.Komandalar arasında Bakıda təşkil olunan ilk oyunda “Qarabağ” 5:0 hesabı ilə qalib gəlib.Qeyd edək ki, iyulun 18-də Boris Payçadze adına stadionda keçiriləcək oyun saat 21:00-da başlayacaq.xeber100.com

İyul 17, 2017 11:13

“Kəpəz” klubu transfer çalışmalarını davam etdirir

Ərzurumda təlim-məşq toplanışında olan “Kəpəz” klubu Türkiyəyə yollanmamışdan öncə iki futbolçu ilə anlaşıb.Azərtac kluba istinadla xəbər verir ki, hazırlığın Bakı mərhələsinin sonunda Aydın Qasımov və Serqey Çernışev ilə birillik müqavilə bağlanıb.A.Qasımov hücumçu, S.Çernışev yarımmüdafiəçi mövqeyində çıxış edir.xeber100.com

İyul 17, 2017 11:09

“Qəbələ” futbol klubu Polşaya yollanıb

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Yagelloniya” ilə iyulun 20-də keçiriləcək cavab oyununa hazırlaşan “Qəbələ” futbol klubu Polşaya yollanıb.Azərtac xəbər verir ki, “qırmızı-qaralar” Varşavada ilk məşqə çıxıblar. “Regent” otelində məskunlaşan “qırmızı-qaralar” məşqini “Drukarz” klubunun stadionunda gerçəkləşdirirlər. Futbolçular toplu və topsuz təmrinləri icra ediblər. “Qəbələ” iyulun 17-18-də də Varşavadakı bu arenada hazırlıq keçdikdən sonra oyunun baş tutacağı Belostok şəhərinə yollanacaq.Komandalar arasında Bakıda təşkil olunan ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.Xatırladaq ki, iyulun 20-də baş tutacaq “Yagelloniya”–“Qəbələ” qarşılaşması Belostok şəhər stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.xeber100.com

İyul 17, 2017 10:41

Dünya Güləş Birliyi yeni reytinq siyahısını açıqlayıb

Dünya Güləş Birliyi (DGB) 2017-ci ilin iyun ayında keçirilən yarışların nəticəsinə əsasən, güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.Azərbaycan Güləş Federasiyasından Azərtac-a verilən xəbərə görə, ilk onluqda ümumilikdə 20 təmsilçimizin adı var.Sərbəst güləşçilərin siyahısında Georgi Edişeraşvili, Mahir Əmiraslanov, Hacı Əliyev, Məhəmməd Müslümov, Cəbrayıl Həsənov, Murad Süleymanov, Aleksandr Qostiyev, Aslanbek Alborov və Cəmaləddin Məhəmmədovun adı ilk onluğa daxil edilib.Qadın güləşçilərdən Mariya Stadnik, Nataliya Sinişin, Alyona Kolesnik və Tatyana Omelçenko onluqda yer alıb.Yunan-Roma güləşçilərinin onluğunda isə Murad Məmmədov, Rəsul Çunayev, Həsən Əliyev, Rafiq Hüseynov, İslam Abbasov, Orxan Nuriyev və Sabah Şəriətinin adlarını görmək mümkündür.xeber100.com

İyul 17, 2017 10:39

Stolüstü Tennis Federasiyasının məlumatı

Xaçmazda Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi yeniyetmələrin stolüstü tennis üzrə ölkə birinciliyinin zona yarışlarının final mərhələsi keçirilir.Azərbaycan Stolüstü Tennis Federasiyasından Azərtac-a bildirilib ki, oğlanların və qızların mübarizə apardığı final mərhələsində, ümumilikdə 22 komanda iştirak edir.Qeyd edək ki, yarışlara iyulun 17-də yekun vurulacaq.xeber100.com

İyul 16, 2017 3:36
    Page 668 of 830« First«...102030...666667668669670...680690700...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az