06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə UEFA Avropa Liqasının ilk oyunlarından sonra…

Futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunlarından sonra bombardirlərin siyahısı açıqlanıb.Azərtac xəbər verir ki, siyahıya keçirdikləri ilk qarşılaşmada 2 qol vuran futbolçular başçılıq edir. Keçirilən 50 matçda 21 futbolçu dubl edib.Bombardirlər sırasında Azərbaycan təmsilçisi də yer alıb. Bakının “İnter” komandasının futbolçusu Adrian Skarlatake səfərdə Serbiyanın “Mladost” klubu ilə oyunda dubl edib.xeber100.com

İyun 30, 2017 11:42

Taekvando üzrə dünya çempionatı keçirilir

Koreya Respublikasında təşkil edilən taekvando üzrə dünya çempionatında bir idmançımız dayanq üzərinə çıxıb.Azərtac xəbər verir ki, kişilərin mübarizəsində 80 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Milad Beigi Hərçəqani yarımfinala vəsiqə qazanıb. İdmançımız nigerli Djibo Bagna Kadrı (30:9), Yaponiya idmançısı Hidenori Ebatanı (18:7), ispaniyalı Raul Garcia Martinezi (19:13) və Moises Hernandezi (Dominikan Respublikası) 6:4 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Komandamızın liderlərindən olan İslamiadanın çempionu, dünya kubokunun ikiqat sahibi M.Hərçəqani həlledici mərhələyə vəsiqə uğrunda döyüşdə moldovalı Aaron Cookla qarşılaşacaq.Beləliklə, Azərbaycanın daha bir taekvandoçusu Koreyada keçirilən dünya çempionatında ən az bürünc medalı təmin edib.Xatırladaq ki, iyunun 29-da komandamızın daha bir üzvü Məhəmməd Məmmədov yarımfinala adlayıb. Altmış üç kiloqram çəki dərəcəsində yarışan M.Məmmədov bu gün yarımfinalda İran taekvandoçusu Mirhaşem Hosseini ilə döyüşəcək.xeber100.com

İyun 30, 2017 11:35

Sambo üzrə Azərbaycan kuboku keçirilib

Şağan Olimpiya İdman Kompleksində SSRİ-nin və Azərbaycanın Əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş sambo üzrə Azərbaycan kuboku keçirilib.Azərtac xəbər verir ki, turnirdə üç yaş qrupu üzrə 600-dək idmançı mübarizə aparıb.Yeniyetmələr (1999-2001), gənclər (1997-1998) və kişilər arasında təşkil olunan yarışda “Neftçi İdman Klubu”nun samboçuları əzmkarlıq göstərərək 34 medala (15 qızıl, 9 gümüş, 10 bürünc) sahib olublar.Yeniyetmələr arasında Nurlan İsmayılov (48 kq), Əlifağa Qənbərov (52 kq), Rəşad Dünyamalıyev (56 kq), Teymur Allahverdiyev (70 kq) və Əli Nəzərli (81 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gənclərdən Sabir Ağayev (48 kq), Eyvaz Baxşıyev (52 kq), Rəşad Dünyamalıyev (57 kq), Bahadur Əsgərov (68 kq), Elçin Sadıqov (90 kq), kişilər arasında isə Ağasif Səmədov (52 kq), Cavidan Qarayev (62 kq), Emin Həsənov (68 kq), Samir Kərimov (74 kq) və Ceyhun Hüseynov (82 kq) eyni uğura imza atıblar.xeber100.com

İyun 30, 2017 11:33

Pauerliftinq üzrə dünya çempionatında…

“Neftçi” idman klubunun paralimpiyaçısı Gündüz İsmayılov (87 kq) Azərbaycanın idman tarixində ilk dəfə olimpiyaçılarla birgə turnirdə iştirak edib.Azərtac xəbər verir ki, Tbilisidə keçirilən pauerliftinq üzrə dünya çempionatında paralimpiyaçımız finalda iranlı olimpiyaçılarla mübarizə aparıb. G.İsmayılov rəqiblərinə qalib gələrək iki qızıl medala sahib olub.Yarışlarda iştirak etmək üçün paralimpiyaçımız özü müraciət edib.xeber100.com

İyun 30, 2017 11:26

Almaniya və Meksika milliləri qarşılaşacaqlar

Rusiyada keçirilən FİFA Konfederasiyalar Kubokunda ilk finalçısı bəlli olub.Azərtac xəbər verir ki, Portuqaliya və Çili milli komandalarının qarşılaşmasının əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Əlavə olunmuş 30 dəqiqə ərzində də komandalardan heç biri qapıya yol tapa bilməyib.Qalib penaltilər seriyasından sonra bəlli olub. Çilinin qapçısı Bravonun inamlı oyunu sayəsində komandası qələbə sevincini yaşayıb. Belə ki, Bravo Portuqaliya millisinin Quaresma, Moutinyo və Nani kimi futbolçularının zərbələrini dəf edib.Qeyd edək ki, iyunun 29-da keçiriləcək digər yarımfinal qarşılaşmasında Almaniya və Meksika milliləri qarşılaşacaqlar.xeber100.com

İyun 29, 2017 10:59

“Zirə” futbol klubu UEFA Avropa Liqasında debüt edəcək

Bu gün Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqasında debüt edəcək.Azərtac xəbər verir ki, turnirin birinci təsnifat mərhələsində mübarizə aparacaq “Zirə” Lüksemburqun “Differdange” komandasını qəbul edəcək.Matçı qazaxıstanlı hakim Daniyar Saxi idarə edəcək. Ona həmyerliləri Yuriy Tixonyuk və Alibek Aubakirov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marat İskakov yerinə yetirəcək.Qarşılaşmanın UEFA nümayəndəsi türkiyəli Cem Cenk, hakim-inspektoru isə İqor Satki (Moldova) olacaq.“Zirə”- “Differdange” oyunu saat 21:00-da “Dalğa Arena”da start götürəcək.xeber100.com

İyun 29, 2017 10:57

2017/2018-ci il mövsümünə hazırlıq çərçivəsində…

“Qəbələ” 2017/2018-ci il mövsümünə hazırlıq çərçivəsində ikinci təlim məşq-toplanışına start verib.Azərtac xəbər verir ki, “qırmızı-qaralar” Avstriyanın Zalsburq bölgəsində bir araya gəliblər. Komanda toplanışın ilk gününü bir məşqlə tamamlayıb. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi toplu çalışmalardan ibarət olub. Roman Qriqorçukun yetirmələrinin bu günə iki məşqi nəzərdə tutulub.Xatırladaq ki, iyunun 3-də Bakıda bir araya gəlib, iyunun 7-23-də Avstriyanın Fulpmes qəsəbəsində təlim-məşq toplanışında olan “Qəbələ”nin hazırlıq prosesinin ikinci hissəsi iyulun 9-dək davam edəcək. Bu müddətdə komanda üç yoxlama oyununda qüvvəsini sınayacaq.xeber100.com  

İyun 29, 2017 10:54

Futzal üzrə milli komandanın baş məşqçisi müəyyənləşib

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, bu vəzifə braziliyalı mütəxəssis Joze Alesio Da Silvaya həvalə olunub.xeber100.com

İyun 29, 2017 10:52

UEFA Avropa Liqasının ilk oyunu keçiriləcək

Bu gün Bakının “İnter” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.Azərtac xəbər verir ki, Bakı təmsilçisi səfərdə Serbiyanın “Mladost” komandasının qonağı olacaq.Bakı vaxtı ilə saat 22:30-da Mladost stadionunda start götürəcək oyunu rusiyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Aleksey Matyunin olacaq. Ona həmyerliləri Aleksey Lunev və Anton Kobzev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yevgeni Turbin yerinə yetirəcək.Qarşılaşmanın hakim-inspektoru ispaniyalı Bernardino Qonzales Vaskes, UEFA nümayəndəsi isə Paolo Rondelli (San-Marino) olacaq.xeber100.com

İyun 29, 2017 10:49

“Qarabağ” klubu “Brondbü” komandası ilə qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışını davam etdirən Ağdamın “Qarabağ” futbol klubunun sonuncu - dördüncü yoxlama matçında rəqibi məlum olub.Azərtac kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi Danimarkanın “Brondbü” komandası ilə qarşılaşacaq.Matç iyulun 2-də keçiriləcək və yerli saatla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürəcək.Qeyd edək ki, Ağdam klubu ilk üç yoxlama matçında Rusiya təmsilçisi “Axmat”a 0:1, Bolqarıstanın MOİK komandasına 2:5, Moskva “Dinamo”suna isə 0:1 hesabı ilə məğlub olub.xeber100.com

İyun 29, 2017 10:43
    Page 677 of 830« First«...102030...675676677678679...690700710...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az