08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Döyüş növləri üzrə növbəti dünya çempionatı keçirilib

Antalyada əlbəyaxa döyüş növləri üzrə növbəti dünya çempionatı keçirilib.Azərtac xəbər verir ki, dünya və Avropa çempionu Vüqar Əzimov Azərbaycan yığma komandasının heyətində bu çempionatda da uğurla çıxış edib.Otuz beş ölkənin idmançılarının qatıldığı mundialda 90 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı Vüqar Əzimov peşəkarlar arasında K-1 versiyası üzrə qızıl medal qazanıb. Təmsilçimiz İran və Marokko rəqibləri üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Bu qələbə sayəsində Vüqar Əzimov dünya çempionu titulunu qoruya bilib. Bu il onu daha iki sınaq gözləyir. O, sentyabrda Gürcüstanda Zaqafqaziya çempionatında və oktyabrda İspaniyada keçiriləcək dünya birinciliyində mübarizə aparacaq.xeber100.com

İyul 6, 2017 11:12

Tur-de Frans velo yürüşünə start verilib

Tur-de Frans velo yürüşündə üçüncü mərhələyə yekun vurulub.Azərtac xəbər verir ki, yürüşə Belçikanın Verbiya şəhərində start verilib. Velosipedçilər 212,5 kilometr məsafəni qət edərək Fransanın Mondorf-le-Ben şəhərində finiş xəttini keçiblər.Qeyd edək ki, marşrut zamanı velosipedçilər Lüksemburq ərazisindən də yürüş ediblər.Gərgin və maraqlı idman mübarizəsində keçən yarışın qalibi slovakiyalı Petor Sayman olub. O, 212,5 kilometr məsafəni 5 saat 7 dəqiqə 19 saniyəyə qət edib. Avstraliyalı Maykl Metyus finişə ikinci çatıb. İlk üçlüyü isə irlandiyalı Devil Martin tamamlayıb.xeber100.com

İyul 5, 2017 12:00

Milli Karate Federasiyasının məlumatına görə…

Xorvatiyanın Umaq şəhərində keçirilən karate üzrə dünya kuboku yarışlarında karateçilərimiz 4 medal qazanıblar.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a bildirilib ki, gənclərdən ibarət seçmə komandanın üzvlərindən Müseib Məmmədov (-55 kq) və Fidan Teymurova (-48 kq) dünya kubokunun gümüş medallarına yiyələniblər. Fərid Ağayev (-52 kq) isə yeniyetmələr arasında bürünc mükafata sahib olub. Azyaşlılar arasında çıxış edən perspektivli Gəncə idmançısı Fərid Savadov da 3-cü yer tutub.Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası İdarə heyətinin üzvü Yaşar Bəşirov nüfuzlu yarışın mükafatlandırma mərasimində iştirak edib.xeber100.com

İyul 5, 2017 11:54

Qəbələ” futbol klubunda yeni təyinat

“Qəbələ” futbol klubunda yeni təyinat gerçəkləşib.Azərtac kluba istinadla xəbər verir ki, Elmar Baxşıyev əvəzedicilərdən ibarət komandanın baş məşqçisi təyin olunub. O, 2015-ci ildən məşqçi kimi çalışdığı bu komandaya rəhbərlik edəcək.Futbolçu kimi “Şəfa” (1997-1999-cu il), “İnter” (1999-2007-ci il), “Xəzər-Lənkəran” (2007-2008-ci il), “Neftçi”nin (2008-2011-ci il) şərəfini qoruyan E.Baxşıyev karyerasını “Qəbələ”də (2012-2013-cü il) başa vurub.Azərbaycan çempionatlarında ən çox oyun keçirən 50 futbolçu arasında yer alan yarımmüdafiəçi 268 matçda 9 qol vurub. O, “Qəbələ”də hamısı çempionatda olmaqla 28 oyun keçirib. 2004-2009-cu illərdə Azərbaycan milli komandasının şərəfini qoruyan E.Baxşıyev yığmada 32 görüşdə iştirak edib. Futbolçu karyerasını bitirdikdən sonra məşqçilik fəaliyyətinə başlayan çalışdırıcının ilk iş yeri “Neftçi”nin U-19 komandası olub.xeber100.com

İyul 5, 2017 11:51

Beynəlxalq Basketbol Federasiyası reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Basketbol Federasiyası (FİBA) 3x3 basketbol üzrə milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, reytinqə əsasən, Azərbaycan millisi dünyada 49-cu, Avropada isə 28-ci yerdə qərarlaşıb.Sloveniya və Rusiyanı qabaqlayan Serbiya reytinq cədvəlində birinci yerdə qərarlaşıb.xeber100.com

İyul 5, 2017 11:47

Avropa çempionatı başa çatıb

Almaniyanın Dortmund şəhərində gənclər arasında Avropa çempionatı başa çatıb.Azərtac xəbər verir ki, yunan-Roma güləşi üzrə yarışlarda 50 kiloqram çəki dərəcəsində bürünc medal görüşündə ermənistanlı rəqibinə tam üstünlüklə qalib gələn Türkiyə pəhləvanı Cemal Mutlu Azərbaycan bayrağı ilə qələbə dövrəsi vurub.xeber100.com

İyul 5, 2017 11:44

“Monako” klubu 13 milyon avro təzminat ödəyib

“Monako” klubu heyətinə yeni futbolçu cəlb edib.Azərbaycan xəbər verir ki, Fransa təmsilçisi “Feyenoord”un müdafiəçisi Terenke Konqolo ilə 5 illik müqavilə imzalayıb. Bu transfer üçün “Monako” Hollandiya klubuna 13 milyon avro təzminat ödəyib.Qeyd edək ki, T.Konqolo ötən mövsüm 23 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.xeber100.com

İyul 4, 2017 10:51

Atıcılıq Federasiyasının məlumatı

Bakıda keçiriləcək atıcılıq üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.Azərbaycan Atıcılıq Federasiyasından Azərtac-a bildirilib ki, yığmamız 25, 50 və 300 metr məsafələrdən hədəfi nişan almada güllə, həmçinin stendin bütün növləri üzrə Bakıda keçiriləcək Avropa çempionatına 20 snayperlə qatılacaq.Belə ki, güllə atıcıları arasında ölkəmizin idman şərəfini iki idmançı qoruyacaq. Yeniyetmələrin yarışında Nəzrin Abbaslı, böyüklərin mübarizəsində isə Ruslan Lunyov sərrastlığını nümayiş etdirəcək.Stend atıcıları arasında isə 18 snayperimiz yarışacaq. Yeniyetmələrin Olimpiya Festivalına lisenziya verəcək aşağı yaş qrupu üzrə çempionatda hədəf önünə Mirmömin Ağazadə, Cavid Həsənov, Aydan Camalova, Vaqif Məhəmmədov və Sabir Mehdizadə çıxacaqlar.Böyüklər arasında isə Niyaz Ağazadə, Paşa Əhədpur, Əlimirzə Quliyev, Şəfəq Əmrahova, Fuad Qurbanov, Əli Hüseynli, Elvin İsmayılov, Emin Cəfərov, Nurlana Cəfərova, Püstəxanım Məlikova, Tamerlan Məmmədov, Regina Meftahətdinova və Ramil Rüstəmzadə medallar uğrunda mübarizə aparacaqlar.Qeyd edək ki, iyulun 21-də start götürəcək yarış avqustun 4-dək davam edəcək.xeber100.com

İyul 4, 2017 10:47

UEFA Avropa Liqasının cavab oyunları çərçivəsində…

Futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Dalğa Arena”da keçiriləcək “İnter” (Bakı)–“Mladost” (Serbiya) oyununu ukraynalı hakimlər idarə edəcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, görüşün baş hakimi Mykola Balakin olacaq. Ona həmyerliləri Volodimir Volodin və Oleksandr Korniyko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anatoli Jabçenko yerinə yetirəcək.Matçın UEFA nümayəndəsi moldovalı Sergiu Lisnic, hakim-inspektoru isə polşalı Robert Malek olacaq.Qarşılaşma iyulun 6-da saat 21.00-da başlayacaq.Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunda “İnter” 3:0 hesabı ilə qələbə qazanıb.xeber100.com

İyul 4, 2017 10:43

Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə…

İyulun 3-də Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.ASTF-dən Azərtac-a bildirilib ki, turnirin açılış mərasimində Federasiyanın vitse-prezidenti F.Məmmədov çıxış edərək ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, müasir standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını vurğulayıb.Federasiyanın vitse-prezidenti ölkəmizdə digər idman növləri ilə yanaşı, stolüstü tennisin də inkişaf etdiyini, bu idman növünə uşaq və yeniyetmələrin getdikcə artan marağını diqqətə çatdırıb.Sonra yarışlara start verilib.Xatırladaq ki, Azərbaycan birinciliyinə iyulun 6-da yekun vurulacaq.xeber100.com

İyul 4, 2017 10:33
    Page 675 of 831« First«...102030...673674675676677...680690700...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az