Güləş üzrə Avropa çempionatı davam edir

Almaniyanın Dortmund şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Güləşçilərimiz ilk yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Əli Rəhimzadə (60 kq) qızıl, Şahin Muxtarov (50 kq) gümüş, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) isə bürünc medal əldə edib.Azərtac xəbər verir ki, yarışların ikinci günündə 55, 66, 84 və 120 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 qızıl və 1 gümüş medalla başa vurublar.Çempionatda 55 kiloqram çəkidə yarışan Əfqan Xaşalov İsveçrə, Ermənistan və Moldovadan olan rəqiblərini üstələyərək adını finala yazdırıb. Keçirdiyi görüşlərdə rəqiblərinə bir xal da verməyən güləşçimiz onlardan 34 xal ala bilib. Həlledici görüşdə Əfqanın rəqibi Bolqarıstan idmançısı olub. Tam üstünlüklə rəqibini məğlub edən güləşçimiz Avropa çempionatının qızıl medalına sahib olub.Mahal Novruzov (66 kq) da finaladək inamla güləşib. Güləşçimiz ardıcıl olaraq Estoniya, Ukrayna və Bolqarıstandan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Komanda yoldaşı kimi o da rəqiblərinə xal verməyib və ümumilikdə 32 xal qazanıb. Final görüşündə güləşçimiz Rusiya idmançısına uduzub və çempionatın gümüş medalına yiyələnib.Hacımurad Məhəmmədsəidov (84 kq) da adını finala yazdırıb. Təmsilçimiz ardıcıl olaraq İtaliya, Gürcüstan və Ermənistandan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə Hacımurad Rusiya idmançısına da qalib gəlib və çempionatın qızıl medalını qazanıb.xeber100.com

İyun 29, 2017 10:40

Yaponiya mətbuatı yazır…

Yaponiyanın idmansevərləri arasında geniş nüfuzu olan KİV-lər bu günlər Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisini geniş işıqlandırır. Bir sıra telekanallar, o cümlədən “Fuji-TV.Next” televiziyası yarışları birbaşa yayımla yapon tamaşaçılarına təqdim edir.İnternet nəşrlərində dərc olunan məqalələrdə bildirilir ki, Azərbaycan dünyada məşhurluğu ilə seçilən Formula-1 yarışını ikinci dəfədir qəbul edir. Dünya şöhrətli pilotların iştirak etdikləri Azərbaycan Qran-Prisi Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsidir.“Fuji-TV.Next” telekanalının şərhçiləri birbaşa reportaj zamanı Formula-1 yarışının Azərbaycan mərhələsinin özünəməxsusluğu ilə seçildiyini xüsusi vurğulayıblar. Qeyd ediblər ki, Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə yarışırlar.Məqalə və reportajlarda turnirin yüksək səviyyədə keçirilməsindən, yarışların dünya standartlarına uyğun təşkilindən, habelə idmançılar və azarkeşlər üçün hər cür şəraitin yaradılmasından geniş bəhs olunur.Yaponiyanın nüfuzlu “formula1-data.com.gp”, “www.as-web”, “f1.sokuho.mopita.com”, “www.izito.jp”, “sports.skyperfekt.co.jp/motor/”, “F1-Gate.com”, “f1.express.cnc.ne.jp” internet saytlarında dərc edilmiş məqalələrdə xüsusi vurğulanır ki, Azərbaycan bu idman tədbiri vasitəsilə Bakının gözəlliyini, tarixi məkanlarını və dinamik inkişafını bütün dünyaya nümayiş etdirir.xeber100.com

İyun 26, 2017 4:14