06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Şahmat üzrə dünya çempionatının altıncı turunda…

Xantı-Mansiyskdə komandalar arasında şahmat üzrə dünya çempionatının altıncı turunda Azərbaycanın qadınlardan ibarət yığma komandası Ukrayna yığması ilə görüşəcək.Azərtac xəbər verir ki, bizim komandanın aktivində 4 komanda xalı, onların bugünkü rəqiblərinin hesabında isə 8 komanda xalı var.Beş turdan sonra vəziyyət belədir: 1-2-ci yerlər - Ukrayna və Rusiya (hərəyə 8 xal), 3-cü yer - Hindistan (7 xal), 4-5-ci yerlər - Polşa və Çin (hərəyə 6 xal), 6-9-cu yerlər - ABŞ, Azərbaycan, Gürcüstan, Vyetnam (hərəyə 4 xal), 10-cu yer - Misir (0 xal).Dünən çempionatın iştirakçıları dincəlirdilər. Bu gün aşağıda sadalanan matçlar keçiriləcək:Kişilər: Polşa-Rusiya, Belarus-Norveç, Çin-Ukrayna, Hindistan-Türkiyə, ABŞ-Misir.Qadınlar: Hindistan-Rusiya, Ukrayna-Azərbaycan, Gürcüstan-Vyetnam, ABŞ-Çin, Polşa-Misir.Ukrayna və Azərbaycanın qadınlardan ibarət komandalarının matçlarında aşağıdakı cütlüklər qarşılaşacaqlar: Natalya Jukova – Zeynəb Məmmədyarova, İnna Qaponenko – Günay Məmmədzadə, Lulıja Osmak - Ülviyyə Fətəliyeva, Natalya Buksa – Xanım Balacayeva.Xatırladaq ki, qadınların çempionatında 10 komanda və kişilərin çempionatında 10 komanda çıxış edir.xeber100.com

İyun 23, 2017 1:11

Komandaların pilotları ilə avtoqraf sessiyaları təşkil olunacaq

İyunun 23-də Azərbaycan Qran-Prisinin Formula-1 Şəhərciyi ndə idmansevərlər azarkeşi olduqları pilotlarla görüşərək onlardan avtoqraflar alıblar.Azərtac xəbər verir ki, azarkeşlər avtoqraf sessiyasının ilk günündə “McLaren”, “Haas” və “Williams” komandalarının pilotları ilə görüşüblər.İyunun 24-də “Red Bull Racing”, “Ferrari”, “Mercedes”, “Renault”, bir gün sonra isə “Toro Rosso”, “Sauber” və “Force India” komandalarının pilotları ilə avtoqraf sessiyaları təşkil olunacaq.xeber100.com

İyun 23, 2017 1:09

Formula-1 Azərbaycan Qran-Prisində

Formula-1 Azərbaycan Qran-Prisinin həftəsonu üçün hava proqnozu açıqlanıb.Azərtac xəbər verir ki, yarış həftəsonu günəşli və sərt küləyin müşayiəti ilə keçəcək.İyunun 23-də buludsuz hava şəraitində pilotlar 28 dərəcə istilikdə sərt küləyə qarşı yarışacaqlar. Bir gün sonra havanın temperaturu dəyişməsə də, cənub-şərq küləyi əsəcək. Bu havada komandalar trekə adaptasiya olmağa çalışacaqlar. İyunun 25-də havanın hərarəti artacaq və külək bir az səngiyəcək.Yarış həftəsonunda yağış yağacağı gözlənilmir.xeber100.com

İyun 22, 2017 1:15

Şahmat üzrə dünya komanda çempionatının beşinci turunda…

Xantı-Mansiyskdə qadınlar arasında şahmat üzrə dünya komanda çempionatının beşinci turunda Azərbaycan və Vyetnam komandalarının görüşündə hansı şahmatçıların qarşılaşacağı məlum olub.Azərtac xəbər verir ki, 9 turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.Vyetnam və Azərbaycan komandalarının yarışında Zeynəb Məmmədyarova - Ti Bao Tram Xoanq, Günay Məmmədzadə - Ti Kim Punq Vo, Gülnar Məmmədova - Ti Mai Xunq və Ülviyyə Fətəliyeva – Pyonq Xan Luonq görüşləri keçiriləcək.Dörd turdan sonra turnir cədvəlində vəziyyət: 1-2. Rusiya, Ukrayna (hər biri 7 xal), 3.Hindistan (5 xal), 4-7. Polşa, Çin, Gürcüstan, Azərbaycan ( hər biri 4 xal), 8. ABŞ (3), 9. Vyetnam (2), 10.Misir (0).Vaxta nəzarət: ilk 40 gedişə 90 dəqiqə + birinci gedişdən başlayaraq oyunun sonuna qədər hər bir gediş üçün əlavə 30 saniyə.İyunun 21-də birinciliyin beşinci turunda kişilərdən ibarət komandaların yarışında Rusiya-Norveç, ABŞ-Belarus, Misir-Hindistan, Türkiyə-Çin, Ukrayna-Polşa, qadınlardan ibarət komandaların yarışında Rusiya–ABŞ, Polşa-Ukrayna, Misir-Hindistan, Çin-Gürcüstan, Vyetnam-Azərbaycan komandaları qarşılaşacaqlar.xeber100.com

İyun 22, 2017 1:13

UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin oyunlarına təyinat

FIFA referilərimiz UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin oyunlarına təyinat alıblar.AFFA-dan Azərtac-a bildirilib ki, iyunun 19-da keçiriləcək “Kayrat” (Qazaxıstan)–“Atlants” (Litva) oyununun baş hakim Ömər Paşayev olacaq. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirəcək.Eyni gündə digər oyun isə Latviyada yerli “Ventspils” və “Valur” (İslandiya) klubları arasında keçiriləcək. UEFA matçı baş hakim Rəhim Həsənova həvalə edib. Onun köməkçiləri Yaşar Abbasov və Vaqif Musayev, qarşılaşmanın dördüncü hakimi isə Rauf Cabbarov olacaq.xeber100.com

İyun 22, 2017 1:10

“The Independent” yazır…

İspaniya Prokurorluğu İngiltərənin “Mançester Yunayted” futbol klubunun baş məşqçisi, portuqaliyalı Joze Mourinyunun Madridin “Real” klubunda işlədiyi dövrdə vergi ödəməməsindən şübhələnir.“The Independent” nəşrinin yazdığına görə, prokurorlar J.Mourinyuya qarşı ittihamın 2011-ci və 2012-ci illərdə 3,3 milyon avro məbləğində vergidən yayınmanı nəzərdə tutan iki bəndi üzrə iddia qaldırıblar.Portuqaliyalı məşqçi “Real”a 2010-2013-cü illərdə başçılıq edib və bu komanda ilə birlikdə İspaniya çempionatını, İspaniya Kubokunu və Superkubokunu udub.Daha əvvəl mətbuatda J.Mourinyunun İspaniya xəzinəsinə 12 milyon avro borcu olması barədə informasiya yayılmışdı.Əvvəllər “Barselona” klubunun hücumçusu Lionel Messiyə, - məhkəmə onu 21 ay müddətinə şərti həbs cəzasına məhkum edib, - habelə “Real”ın ulduzu Kriştianu Ronalduya qarşı da analoji ittihamlar irəli sürülüb.Kriştianu Ronaldu offşor şirkətlər vasitəsilə həyata keçirildiyi reklam kampaniyasının gəlirlərindən 14,7 milyon avro məbləğində vergi ödəməməkdə ittiham olunur. Onun işinə hələ məhkəmədə baxılır.

İyun 22, 2017 1:07

Konfederasiyalar Kuboku turnirinin ikinci turu çərçivəsində…

Rusiyada keçirilən FIFA Konfederasiyalar Kuboku turnirinin qrup mərhələsinin ikinci turu çərçivəsində iyunun 21-də “A” qrupunda yer alan digər komandalar - Meksika və Yeni Zelandiya yığmaları üz-üzə gəliblər.Azərtac xəbər verir ki, Soçidəki “Fişt” stadionunda keçirilən oyunda meksikalılar 2:1 hesabı ilə qalib gələrək qrupdan çıxmaq şanslarını artırıblar.Matçda hesabı yeni zelandiyalılar açıblar. Oyunun 42-ci dəqiqəsində Kris Vud adını tabloya yazdırıb. İlk hissə bu hesabla başa çatıb. Fasilədən sonra təzyiqi artıran Meksika yığması 54-cü dəqiqədə Raul Ximenesin, 72-ci dəqiqədə isə Oribe Peraltanın qolları ilə qələbəni təmin edib – 2:1.Beləliklə, Meksika milli komandası qrupdan çıxmaq yolunda vacib üç xalı aktivinə yazdıra bilib. Yeni Zelandiya komandası isə qrupda ikinci oyunda da məğlub olaraq növbəti mərhələyə yüksəlmək şansını itirib.İki turdan sonra “A” qrupunda Portuqaliya və Meksika yığmalarının 4 xalı var. Rusiya 3 xalla üçüncü, xal toplaya bilməyən Yeni Zelandiya isə sonuncu sıradadırlar. Qrup mərhələsinin sonuncu turunda Rusiya-Meksika və Portuqaliya-Yeni Zelandiya qarşılaşmaları keçiriləcək.xeber100.com

İyun 22, 2017 12:44

“Grand Chess Tour” seriyasının birinci mərhələsi start götürüb

Bu gün Parisdə şahmat üzrə “Grand Chess Tour” seriyasının birinci mərhələsi start götürür.Azərtac xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da turnirə dəvət edilib. On şahmatçı bir dövrə rapid və 2 dövrə blits turnirlərdə mübarizə aparacaq.İyunun 21-dən 23-dək rapid üzrə (hər biri 25 dəqiqə + 10 saniyə), iyunun 24-dən 25-dək blits (hər biri 5 dəqiqə + 3 saniyə) turnirlər keçiriləcək.Turnirdə Ş. Məmmədyarovla bərabər, dünya çempionu Maqnus Karlsen (Norveç), Uesli So, Hikaru Nakamura, Fabiano Karuana (ABŞ), Aleksandr Qrişşuk, Sergey Karyakin (Rusiya), Maksim Vaşye-Laqrav, Etyen Bakro (Fransa) və Veselin Topalov (Bolqarıstan) iştirak edirlər. Rapid turnirində hər bir qələbəyə görə 2 xal, heç-heçəyə görə 1 xal, blitsdə hər bir qələbəyə görə 1 xal, heç-heçəyə görə 0,5 xal verilir.Turnirin ümumi mükafat fondu 150 min dollardır.2017-ci ildə “Grand Chess Tour” seriyası beş mərhələdə keçiriləcək: 20-25 iyun, Paris, Fransa (rapid və blits), 26 iyun – 3 iyul, Belçika (rapid və blits), 31 iyul – 12 avqust, Sent-Luis, ABŞ (klassik şahmat), 13-20 avqust, Sent-Luis, ABŞ (rapid və blits), dekabr, London, Böyük Britaniya (klassik şahmat).xeber100.com

İyun 21, 2017 11:23

Şahmatçılar arasında dünya çempionatının dördüncü turu keçirilib

20 iyun Xantı-Mansiskdə qadın şahmatçılar arasında komanda dünya çempionatının dördüncü turu keçirilib.Azərtac xəbər verir ki, Azərbaycanı bu turda Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova və Xanım Balacayevadan ibarət qadın yığması təmsil edir.Üçüncü turdan sonra Ukrayna və Rusiya komandaları hər biri 6 xal toplayaraq digərlərindən irəlidədir. Gürcüstan və Polşa yığmaları onlardan 1 xal geridədir. Azərbaycan, Çin və Hindistan komandaları hər biri 3 xal toplayıb. Vyetnam komandasının hesabında 2 xal, ABŞ yığmasının hesabında 1 xal var. Misir komandası xal toplamayıb.Dördüncü turnirdə Ukrayna-Vyetnam, Azərbaycan-Çin, Gürcüstan-Rusiya, ABŞ-Misir, Hindistan-Polşa komandaları qarşılaşacaq.Azərbaycan-Çin komandalarının qarşılaşmasında Zeynəb Məmmədyarova – Tszyuy Ventszyun, Günay Məmmədzadə - Tan Çjuni, Gülnar Məmmədova – Çjao Syue və Xanım Balacayeva – Le Tintse qarşılaşacaq.Turnir dairəvi sistem üzrə keçirilir və 9 turdan ibarətdir. Vaxta nəzarət: ilk 40 gediş üçün 90 dəqiqə üstəgəl 1-ci gedişdən başlayaraq hər gediş üçün 30 saniyə əlavə etməklə partiyanın sonunadək 30 dəqiqə.Sonuncu tur iyunun 26-da keçiriləcək.xeber100.com

İyun 21, 2017 11:21

Stolüstü tennis üzrə ölkə birinciliyinin zona yarışları keçirilib

Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkil etdikləri yeniyetmələr arasında stolüstü tennis üzrə ölkə birinciliyinin Şəmkirdə zona yarışları keçirilib.ASTF-dən Azərtac-a bildirilib ki, birincilikdə şəhər və rayonlardan 2004-cü il təvəllüdlü və daha aşağı yaşlı idmançılar komanda hesabında mübarizə aparıblar. Oğlanların yarışında ilk beş yerə 1 saylı Respublika İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM), Şabran, Salyan, Qaradağ UGİM, Sumqayıt UGİM komandaları müvafiq olaraq ilk sırada qərarlaşıb. Qızların mübarizəsində isə 1saylı RİOEUGİM, Sumqayıt UGİM, Qaradağ UGİM, Şabran, Gəncə komandaları ilk beşlikdə yer alıblar. Bu komandalar yarışın final mərhələsinə vəsiqə qazanıblar.İyunun 21-24-də Qaxda digər zona üzrə yarışlar təşkil olunacaq. Bu zonada da ilk beş yerin qalibi finala vəsiqə qazanaraq mübarizəni davam etdirəcək.xeber100.com

İyun 21, 2017 11:17
    Page 680 of 830« First«...102030...678679680681682...690700710...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az