Boksçular arasında Avropa çempionatında 1/8 finala yekun vurulub

Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında 1/8 finala yekun vurulub. Bu mərhələnin ikinci günündə Azərbaycan yığmasının 4 üzvü gücünü yoxlayıb.Azərtac xəbər verir ki, millimizin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb. Turnirdə 56 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz irlandiyalı Antoni Ceyms Uolkerlə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.Ardınca 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı gücünü yoxlayıb. Olimpiya mükafatçımız digər İrlandiya boksçusu Emmet Brennan ilə döyüşüb və 5:0 hesabı ilə qalib gəlib. O, növbəti qarşılaşmasında almaniyalı Silvio Şyerle ilə qüvvəsini sınayacaq.Abdulqadir Abdullayev də Kamran Şahsuvarlı kimi həm mərhələ adlayıb, həm də dünya çempionatına lisenziyaya yiyələnib. Avropa çempionatında 91 kiloqram çəki dərəcəsində yarışan boksçumuz 1/4 finala gedən yolda Şotlandiya idmançısı Şott Antoni Forresti mübarizədən kənarlaşdırıb – 3:2. O, çempionatda ikinci görüşünü ingiltərəli Çeavan Klarka qarşı keçirəcək.Səkkizdəbir finalda son təmsilçimiz Cavid Çələbiyev (60 kq) isə fransalı Sofian Oumihaya məğlub olub. Rəqib 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb.Beləliklə, yığmamızın 5 üzvü mübarizəni iyunun 21-də baş tutacaq 1/4 finalda davam etdirəcək. Onlar, həmçinin dünya çempionatında iştirak hüquna da yiyələniblər.Qeyd edək ki, K.Şahsuvarlı və A.Abdullayevədək Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) da 1/8 final görüşünü qələbə ilə başa vurmuşdular. Onlar 1/4 finalda müvafiq olaraq, polşalı Mateuş Polski, ukraynalı Yevgeni Barabanov və fransalı Camili-Dini Aboudo-Moindze ilə üz-üzə gələcəklər.xeber100.com  

İyun 21, 2017 10:56

Futbol matçlarının qaydalarında bir neçə dəyişiklik hazırlanıb

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) futbol matçlarının qaydalarında novator xarakterli bir neçə dəyişiklik hazırlayıb.“Sports.ru” saytı xəbər verir ki, “Play Fair!” (“Vicdanla oyna!”) strategiyası çərçivəsində oyun müddətini 90 dəqiqə “çirkli” vaxtdan 60 dəqiqə “təmiz” vaxta qədər azaltmaq təklif olunur. Bu halda xokkeydə və basketbolda olduğu kimi, pauzalar müddətində saniyəölçəni saxlamaq nəzərdə tutulur. Bu tədbir oyunların daha baxımlı olmasına yönəldilib.Bundan əlavə, İFAB təklif edir ki, qapıçının öz oyunçusu cərimə meydançasında ayağı ilə pas verəndən sonra qapıçı topu əlinə götürdüyü hallarda sərbəst zərbə əvəzinə cərimə zərbəsi təyin edilsin.Daha bir ideya irəli sürülüb: futbolçu bilərəkdən əli ilə qol vurubsa və ya topu qapı xəttinə əli ilə yönəldibsə həmin futbolçu meydandan çıxarılsın. Əgər oyunçu topu boş qapıdan əli ilə çıxararsa, bu halda qol sayılması təklif olunur.Xatırladaq ki, İFAB futbol oyunu qaydalarının hazırlanması və tənzimlənməsi ilə məşğul olan beynəlxalq təşkilatdır. İFAB çərçivəsində hazırlanan dəyişikliklərin qüvvəyə minməsi üçün həmin dəyişikliklər Beynəlxalq Futbol Federasiyası (FİFA), habelə İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya futbol federasiyaları tərəfindən bəyənilməlidir.xeber100.com

İyun 20, 2017 11:33

Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində

Yerli kosmetik vasitələrinin istehsalçısı “Gazelli Group” şirkəti bu il Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Marşal Klubuna dəstək göstərəcək.Azərtac xəbər verir ki, əldə olunan razılığa əsasən, “Gazelli Group” iyunun 23-25-də Bakıda baş tutacaq Azərbaycan Qran-Prisində fəaliyyət göstərəcək marşalları öz məhsulları ilə təmin edəcək.“Gazelli Group” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı ölkəmizdə keçirilən yarışa dəstək göstərməkdən böyük məmnunluq duyduqlarını bildirərək deyib: “Şirkətimiz Azərbaycanda keçirilən əksər ictimai, mədəni və idman tədbirlərinə hər zaman öz dəstəyini göstərir. Azərbaycan Qran-Prisinə də istehsal etdiyimiz məhsullarla töhfə verəcəyimizə görə olduqca şadıq. Biz növbəti illərdə də oxşar tədbirlərə dəstək verməkdə davam edəcəyik”.“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin idman əməliyyatları şöbəsinin direktoru və qurumun tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubunun rəhbəri Çingiz Mehdiyev göstərilən əməkdaşlığa görə təşəkkürünü bildirib: “Marşallar müxtəlif hava şəraitində təlim keçirək yarışa hazırlaşırlar. Xüsusən də uzun çəkən yarış sessiyaları zamanı əksər hallarda günəşdən qorunma vasitələrinə ehtiyac duyurlar. İnsan amili Bakı Marşal Klubunun başlıca dəyərlərindəndir. Biz bunu rəhbər tutaraq marşallarımız üçün hər zaman ən keyfiyyətli vasitələri seçirik. Bu il yarış zamanı marşallarımız “Gazelli Group” şirkətinin bizə təqdim etdiyi xüsusi kosmetik vasitələri istifadə edəcəklər. Biz də öz növbəmizdə göstərilən diqqətə və dəstəyə görə “Gazelli Group” şirkətinə dərin minnətdarlığımızı bildiririk”.xeber100.com

İyun 19, 2017 12:07