Ağdamın “Qarabağ” futbol klubu 2017/2018-ci il mövsümünün hazırlığına start verib.Azərtac xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov mayın 5-dən - ölkə kubokunun finalından sonra futbolçulara istirahət vermişdi. Mövsümün ilk məşqi günorta saatlarında klubun bazasında start götürüb.Komandanın ilk məşqində Dino Ndlovu, Arif Daşdəmirov və Elvin Yunuszadə və əvəzedici heyətin bir neçə futbolçusu iştirak edib. Millimizin heyətində olan 8 futbolçu - Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Ağabala Ramazanov, Əfran İsmayılov, Qara Qarayev, Rahid Əmirquliyev və Riçard Almeyda, Bosniya və Herseqovina yığmasına dəvət alan İbrahim Şehiç və U-21 yığmamızın toplanışına dəvət alan Mahir Mədətov, Elgün Uluxanov və Eltun Turabov ilk məşqdə iştirak etməyiblər.Daha bir futbolçumuz Ansi Aqolli isə bir neçə gün sonra komandaya qoşulacaq.xeber100.com