28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Gənclər və İdman Nazirliyinin dəstəyilə keçirilən turnir başa çatıb

Gənclər və İdman Nazirliyinin dəstəyilə 21 yaşadək oğlanlar və qızlar arasında cüdo üzrə klub komandaları arasında keçirilən "Raquf Orucov Kuboku" beynəlxalq turniri başa çatıb.Azərtac xəbər verir ki, Bakı İdman Sarayında keçirilən turnirin rəsmi açılış mərasimində dövlət qurumlarının, ictimai təşkilatlarının nümayəndələri, ziyalılar, tanınmış idmançılar və Qarabağ müharibəsi veteranları iştirak ediblər.Xatırladaq ki, turnirdə Azərbaycandan 10, Rusiya və Gürcüstanın hər birindən bir komanda mübarizə aparıb. Seçmə mərhələnin yekununda Rusiya, Gürcüstan, "Judo Club 2012" idman klubu və "Neftçi" komandaları yarımfinala çıxıblar.Yarımfinal qarşılaşmalarından sonra Gürcüstan və “Judo Club 2012” komandaları finala vəsiqə qazanıblar.Maraqlı idman mübarizəsi şəraitində keçən final görüşündə qalib gələn Gürcüstan komandası "Raquf Orucov Kuboku"nun ilk sahibi olub.xeber100.com

Aprel 24, 2017 11:27

Həndbol oyunlarının təqvimi açıqlanıb

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək qadın həndbolçulardan ibarət Azərbaycan millisinin keçirəcəyi oyunların təqvimi açıqlanıb.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, milli komandamız mayın 9-da Özbəkistan, 10-da Kamerun, 11-də Kot d`İvuar yığmaları ilə üz-üzə gələcək. Qadın həndbolçularımız sonuncu matçını isə mayın 13-də Türkiyə millisinə qarşı keçirəcək.Bütün görüşlər “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.xeber100.com

Aprel 23, 2017 1:45

Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib

İsraildə təlim-məşq toplanışında olan kişi voleybolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşan yığma komandamız İsrailin “İlabur” klubu ilə qarşılaşıb.Voleybolçularımızın üstünlüyü şəraitində keçən oyunda yığmamız 4:0 hesablı qələbə qazanıb.Millimiz ilk yoxlama oyununda digər İsrail klubu “Yehuda”ya 4:1 hesabı ilə qalib gəlmişdi.xeber100.com

Aprel 23, 2017 1:40

Cüdo üzrə fərdi yarışlara yekun vurulub

Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa çempionatında fərdi yarışlara yekun vurulub. Yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha bir qızıl medal əlavə edib.AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.Xatırladaq ki, cüdoçumuz 2013-cü ildə dünya çempionu tituluna yiyələnmişdi.Digər cüdoçularımız – Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) isə beşinci yeri tutublar.Bununla da, Azərbaycan milli komandası iki qızıl, üç bürünc medal qazanaraq Avropa çempionatını kişilər arasında fərdi yarışları ikinci yerdə başa vurub.Qeyd edək ki, qitə çempionatının ilk iki yarış günündə Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medala sahib olub.Aprelin 23-də cüdoçularımız komanda yarışlarında mübarizə aparacaqlar. Bu yarışlarda digər idmançılarımızla yanaşı, Vüqar Şirinli (66 kq) və Tural Səfquliyev (90 kq) də tatami üzərinə çıxacaq.xeber100.com

Aprel 23, 2017 1:00

Sumo Yapon Güləşi üzrə Avropa çempionatı keçirilir

Tbilisidə Sumo Yapon Güləşi üzrə Avropa çempionatı keçirilir.“Sumo-2017” Avropa çempionatında Azərbaycan 17 güləşçi, 2 nümayəndə və 2 hakimlə təmsil olunur.Çempionatin ilk günündə 21 yaşlı güləşçilərimizdən Məhərrəm Eyvazov (60 kq), Camal Feyziyev (+115kq) və 23 yaşlılardan Çingiz Səmədov (92kq) çempionatın bürünc medallarını qazanıblar. Hələlik Azərbaycan komanda sıralamasında 3-cü yerdədir.Bu gün bir qadın güləşçimiz məğlubiyyətlə üzləşsə də, daha dörd kişi güləşçimiz doxo (xalça) üzərinə çıxacaq.xeber100.com

Aprel 23, 2017 12:52

U-16 komandası “İnter” klubu ilə qarşılaşıb

“Qəbələ” futbol klubunun U-16 komandası Tbilisidə keçirilən Vitali Dareseliya turnirində mübarizəyə start verib.Azərtac xəbər verir ki, “Qəbələ” “A” qrupunda İtaliyanın “İnter” komandası ilə gücünü sınayıb. Matç İtaliya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın qolunu Məhəmməd Məhərrəmov vurub.Baş məşqçi Şəhruz Mustafayevin komandası ikinci oyununda meydan sahibi Tbilisinin “Dinamo” klubu ilə qarşılaşacaq. “Qəbələ”nin qrupdakı digər rəqibi Belçika “Gent”i olacaq.xeber100.com

Aprel 22, 2017 2:00

Cüdo üzrə Avropa çempionatı davam edir

Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, yarışın ikinci günündə - aprelin 21-də Azərbaycan milli komandasının üç üzvü tatami üzərinə çıxıb. Onlardan ikisi aktivinə medal yazdırıb.Bütün rəqiblərinə qalib gələn Hidayət Heydərov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin çəki dərəcəsində çıxış edən digər cüdoçumuz, “Rio-2016”nın mükafatçısı Rüstəm Orucov bürünc medalla kifayətlənib.Qeyd edək ki, çempionatın ilk günündə millimizin üzvləri Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) bürünc medala sahib olublar.xeber100.com

Aprel 22, 2017 1:54

Beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin iclası keçirilib

Aprelin 21-də "Tour d'Azerbaidjan-2017" beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin geniş iclası keçirilib.AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Daxili İşlər, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı şəhər Baş Polis İdarəsinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəhbər vəzifəli şəxsləri, Bakı şəhərinin, habelə velosiped turunun marşrutlarının keçdiyi rayonların və şəhərlərin icra hakimiyyətləri başçılarının müavinləri, veloturun təşkilinə cəlb olunmuş digər qurumların nümayəndələri iştirak ediblər.Mayın 3-də start götürəcək "Tour d'Azerbaidjan-2017" beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçiriləcək. Qeyd olunub ki, bu günə "Tour d'Azerbaidjan-2017" yarışında 19 ölkədən 23 komandanın iştirakı təsdiqlənib. Onlardan da 6-sı pro-kontinental, "Synergy Baku" da daxil olmaqla, 17-si kontinental komandadır. İştirakçılar 1-ci mərhələdə Bakı-Sumqayıt (150 km), 2-ci mərhələdə Bakı-İsmayıllı (187 km), 3-cü mərhələdə Qəbələ-Şəki-Qəbələ (177 km), 4-cü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə ümumilikdə 836 kilometr məsafə qət edəcəklər.xeber100.com    

Aprel 22, 2017 1:37

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin məlumatı

Formula-1 yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) iyunun 23-25-də baş tutacaq Azərbaycan Qran-prisinə hazırlıqla əlaqədar yarışın keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini, həmçinin trekin asfalt örtüyünün yarışa tam hazır vəziyyətə gətirilməsi istiqamətində təmir-bərpa işlərini davam etdirir.BŞH-dən Azərtac-a bildiriblər ki, iyunun 22-si saat 09:00-dan iyunun 23-ü saat 18:00-dək Neftçilər prospekti ilə olan kəsişmələri arasındakı hissəsində təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən yolun həmin hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.xeber100.com

Aprel 22, 2017 12:31

Atçılıq Federasiyasının təşkilatçılığı ilə turnir keçirilir

Aprelin 22-də “Binə Atçılıq Mərkəzi”nin açıq manejində atçılığın konkur növü üzrə A**-S* kateqoriyalı “Murad kuboku” uğrunda turnir keçirilir.Azərtac xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı və “Murad” atçılıq klubunun sponsorluğu ilə keçirilən yarışda 15-dək idmançı və 30-a yaxın at iştirak edir.Turnirin ümumi mükafat fondu 5 min manatdır.xeber100.com

Aprel 22, 2017 12:27
    Page 714 of 831« First«...102030...712713714715716...720730740...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az