08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günü…

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günü Bakı Olimpiya Stadionuna gələn tamaşaçılar mərasim bitdikdən sonra “Koroğlu” metro stansiyasına pulsuz daxil olacaqlar.Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Azərtac-a eksklüziv olaraq deyib.O bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günü Bakı Olimpiya Stadionundan çıxan tamaşaçılar yaradılmış koridor vasitəsilə stansiyaya yönələcəklər. Bu mərasimi izləməyə gələn tamaşaçılar üçün tətbiq edilən xüsusi proqramdır: “İnsanların rahatlığı üçün tətbiq edilən bu proqram həm də təhlükəsizlik baxımından əlverişlidir. Tamaşaçıların təhlükəsizliyi üçün koridora kənardan heç bir şəxs buraxılmayacaq. Stadiona daxil olarkən insanlar yoxlanıldığı üçün stansiyaya daxil olduqda təkrar yoxlamağa ehtiyac yaranmayacaq”, - deyə N.Paşayev vurğulayıb.xeber100.com

Aprel 22, 2017 11:56

Beynəlxalq cüdo yarışı keçirilib

Aprelin 20-də Bakı İdman Sarayında aprel döyüşlərinə həsr edilmiş 21 yaşadək cüdoçular arasında beynəlxalq komanda yarışı keçirilib.Azərtac xəbər verir ki, 101 idmançının (82 oğlan, 19 qız) iştirak etdiyi beynəlxalq turnirdə 12 komanda qalib adı uğrunda mübarizə aparıb.“Aran-Qarabağ”, “Gəncə”, “Judo 2012”, “Masallı”, “Neftçi İdman Klubu” İB, “Qəbələ”, “Sumqayıt”, “Şimal Qərb” zonası, Bakı UGİM-11, İOEUGİM-13 klubları ilə yanaşı, Rusiya və Gürcüstan milliləri də turnirdə iştirak ediblər.Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda “Neftçi” idman klubu və Rusiya yığması üçüncü olub.Final qarşılaşmalarından əvvəl yarışın açılış mərasimi keçirilib.Həlledici görüşdə Gürcüstan millisi ilə “Judo 2012” komandası qarşılaşıb. Gürcüstan millisi qalib gələrək beynəlxalq yarışın qalibi olub.xeber100.com

Aprel 21, 2017 11:41

İdman dırmanmasının boldrinq növü üzrə yarış keçiriləcək

Aprelin 29-da “ClimBaku” idman dırmanması mərkəzində Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA)  təşkilatçılığı ilə idman dırmanmasının boldrinq növü üzrə yarış keçiriləcək.Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından (FAIREX) Azərtac-a bildiriblər ki, aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunan yarış Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı reallaşdırılan “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” layihəsi çərçivəsində baş tutacaq.Yarışda aprel döyüşlərinin iştirakçıları, şəhidlərimizin ailə üzvləri və Qarabağ müharibəsinin veteranları, ictimaiyyətin nümayəndələri iştirak edəcəklər.Gənclər və İdman Nazirliyi, FAIREX, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yarışın keçirilməsinə təşkilati dəstək göstərirlər.xeber100.com

Aprel 21, 2017 11:37

Futbol üzrə “Elit Neon Cup” turnirinə start verilib

Yunanıstanın paytaxtı Afinada futbol üzrə "Elit Neon Cup" turnirinə start verilib.Azərtac xəbər verir ki, "Qəbələ" klubunun 15 yaşadək futbolçulardan ibarət komandası ilk oyun günündə iki matç keçirib. Baş məşqçi Famil Xəlilovun komandası əvvəlcə yerli "Apollon" klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə nəticələnib. "Qırmızı-qaralar"ın heyətində Samir Məhərrəmli fərqlənib."B" qrupunda mübarizə aparan "Qəbələ" II turda "Partizan"la görüşüb. Matç Serbiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.Qeyd edək ki, komandamız bu gün keçiriləcək III turda "Panatinaikos"la (Yunanıstan) görüşəcək.xeber100.com

Aprel 21, 2017 11:34

UEFA Çempionlar Liqasının püşkatma mərasimi olacaq

Aprelin 21-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının və Avropa Liqasının yarımfinal mərhələlərinin püşkatma mərasimi olacaq.Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da Çempionlar Liqasının, bir saat sonra isə Avropa Liqasının püşkü atılacaq.UEFA Çempionlar Liqasının yarımfinalçıları “Real Madrid”, “Atletiko Madrid”, “Yuventus” və “Monako” komandalarıdır.“Olimpik Lion”, “Mançester Yunayted”, “Ayaks” və “Selta Viqo” komandaları isə ötən gün keçirilən cavab qarşılaşmalarından sonra UEFA Avropa Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıblar.UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşləri mayın 2-də və 3-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.Avropa Liqasında isə yarımfinal mərhələsinin ilk oyunları mayın 4-də, cavab matçları mayın 11-də keçiriləcək.Çempionlar Liqasının final matçı iyunun 3-də Uelsin paytaxtı Kardifdə, Avropa Liqasının son oyunu mayın 24-də İsveçin paytaxtı Stokholmda baş tutacaq.xeber100.com

Aprel 21, 2017 11:32

“Shamkir Chess-2017” şahmat turnirində…

Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess-2017" şahmat turnirində bütün partiyalar canlı yayımlanacaq.Azərtac xəbər verir ki, turnirin rəsmi saytı vasitəsilə oyunları canlı izləmək mümkün olacaq.Partiyaları Azərbaycan və ingilis dillərində müvafiq olaraq Əməkdar məşqçi, beynəlxalq usta Anar Allahverdiyev, eləcə də qrossmeyster İqor Henkin şərh edəcəklər.Onlayn rejimdə partiyalarla yanaşı, şahmatçıların mətbuat konfransları da göstəriləcək.xeber100.com

Aprel 21, 2017 11:29

Sambo üzrə Avropa birinciliyi davam edir

Çexiyanın paytaxtı Praqada yeniyetmələr arasında sambo üzrə Avropa birinciliyi davam edir.Azərtac xəbər verir ki, qitə birinciliyinin ikinci günündə Azərbaycan milli komandası daha 1 medal qazanıb.Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Abdulla Abdullayev (65 kq) bürünc medal qazanıb.Turnirin ilk günündə Yaşar Nəcəfov (60 kq) və Emin Hüseynov (62 kq) bürünc medala sahib olublar.Aprelin 21-də yekun vurulacaq yarışda 23 ölkədən 282 samboçu birincilik uğrunda mübarizə aparır.xeber100.com

Aprel 21, 2017 11:25

“Bakı Metropoliteni” QSC-nin məlumatına görə…

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar rəsmi akkreditasiyadan keçmiş şəxslər və fəaliyyət göstərən könüllülər may ayının 1-dən 30-dək Bakı metrosundan pulsuz istifadə edəcəklər.Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Azərtac-a eksklüziv olaraq deyib.O bildirib ki, artıq vəsiqələrin nümunələri metronun stansiyalarına paylanılıb. May ayının 1-dən etibarən vəsiqələri göstərməklə metrodan pulsuz istifadə etmək mümkündür.xeber100.com

Aprel 21, 2017 11:15

Cüdo üzrə Avropa çempionatı start götürəcək

Aprelin 20-də Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı start götürəcək.Azərbaycan Cüdo Federasiyasından Azərtac-a bildiriblər ki, dörd gün davam edəcək yarışda ölkəmiz 13 idmançı ilə təmsil olunacaq.Çempionatın ilk iki günündə cüdoçularımız fərdi yarışlarda mübarizə aparacaqlar. Aprelin 23-də isə millimiz komanda yarışında qüvvəsini sınayacaq.Fərdi yarışlarda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı), Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) mübarizə aparacaqlar.Komanda yarışlarında isə Vüqar Şirinli (66 kq) və Tural Səfquliyev (90 kq) digər cüdoçularımızla birgə güclərini sınayacaqlar.xeber100.com

Aprel 20, 2017 12:30

UEFA Çempionlar Liqasında 100 qol vuran ilk futbolçu…

Futbol üzrə Portuqaliya millisinin və “Real Madrid” klubunun şərəfini qoruyan Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında 100 qol vuran ilk futbolçu olub.Azərtac xəbər verir ki, K.Ronaldo UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində “Bavariya” ilə cavab oyununda het-trik edərək 100 qol vuran ilk futbolçu kimi adını tarixə yazdırıb.O, bu qollardan 18-ni “Mançester Yunayted”in, qalanını isə “Real Madrid”in heyətində vurub.K.Ronaldonun bu göstərici üzrə ən yaxın izləyicisi Lionel Messidir. O, Çempionlar Liqasında 114 oyuna 94 qol vurmağı bacarıb. Real Madridin əfsanələrindən olan və iki il əvvəl futbolla vidalaşan Raul Qonzales isə 142 oyunda 71 dəfə fərqlənərək ilk üçlükdə yer alıb.Qeyd edək ki, portuqaliyalı ulduz bundan əvvəl UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində “Bavariya” ilə keçirilən ilk qarşılaşmada “dubl” edərək Avrokuboklarda 100 qol vuran ilk futbolçu olub.xeber100.com

Aprel 20, 2017 12:28
    Page 715 of 831« First«...102030...713714715716717...720730740...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az