04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Şahmat üzrə 35-ci open-turnir davam edir

Fransanın Mets şəhərində şahmat üzrə 35-ci open-turnir davam edir.Azərtac xəbər verir ki, 73 şahmatçının, o cümlədən 11 qrossmeysterin iştirak etdiyi bu yarışmada Azərbaycanı beynəlxalq dərəcəli qrossmeyster Namiq Quliyev təmsil edir.Üç turdan sonra hərəyə 3 xal toplamış Namiq Quliyev, almaniyalı İqor Qlek, Ukrayna nümayəndələri Petro Qolubka, Vitali Sivuk və Fransa təmsilçisi Andrey Şekaçev liderlik edir.İsveçrə sistemi üzrə keçirilən open-turnir 9 turdan ibarət olacaq.xeber100.com

Aprel 11, 2017 10:41

“Bakı-2017”nin könüllüləri arasında velosiped yarışı keçirilib

Aprelin 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə “Bakı-2017”nin könüllüləri arasında velosiped yarışı keçirilib.Azərtac xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd sağlam həyat tərzini təbliğ etmək, gənclər arasında idmana həvəsi artırmaq, eləcə də “Bakı-2017” könüllülərinin asudə vaxtlarının səmərəli təşkili olub.Bakı Ağ Şəhər bulvarında keçirilən velosiped yarışında 150-dən çox könüllü mübarizəyə qoşularaq bir kilometr məsafə qət edib və bacarıqlarını nümayiş etdiriblər. Yarışın təsnifat mərhələsi hər birində 13 könüllünün iştirak etdiyi turlardan ibarət olub. Bu turların qalibləri final mərhələsində yarışmaq hüququ əldə ediblər. Gərgin mübarizə şəraitində keçən final mərhələsinin sonunda finiş xəttinə ilk çatan beş könüllü qalib elan olunub.xeber100.com

Aprel 10, 2017 12:04

41-ci marafon qaçışı keçirilib

Parisdə 41-ci marafon qaçışı keçirilib. Marafonda ölkəmizi Elşən Quliyev təmsil edib.146 ölkədən 57 min iştirakçının qatıldığı və “Yelisey Çölləri” küçəsindən start verilən marafon 42,195 kilometr məsafəni əhatə edib. Bastiliya meydanı, Məryəm Ana kilsəsi, Konkord meydanı, Eyfel Qülləsi və Bulony meşəsindən keçən marafon paytaxtın mərkəzində başa çatıb.42,195 km məsafəni qət edib finişə çatan Elşən Quliyev digər atletlərlə birgə medala layiq görülüb.xeber100.com

Aprel 10, 2017 12:00

Topaz Premyer Liqasının 25-ci turunun ikinci matçında…

Aprelin 9-də Topaz Premyer Liqasının 25-ci turunun ikinci matçında çempionatın liderləri qarşılaşıb.Azərtac xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda çempionatın lideri Ağdamın “Qarabağ” klubu ikinci pillədə qərarlaşan “Qəbələ”ni qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda hesab açılmayıb – 0:0.Beləliklə, bu heç-heçə ilə komandalar arasındakı 4 xallıq fərq dəyişməyib.Qeyd edək ki, turnir cədvəlinə 52 xalla “Qarabağ” başçılıq edir. “Qəbələ” liderdən 4 xal geri qalır. Üçüncü pillədə qərarlaşan “İnter”in isə 42 xalı var.xeber100.com

Aprel 10, 2017 11:54

XVI Beynəlxalq şahmat turnirinə start veriləcək

Bu gün Bakıda uşaqlar arasında XVI Beynəlxalq şahmat turnirinə start veriləcək.Azərtac xəbər verir ki, aprelin 14-dək davam edəcək yarışlarda Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Fransa, Portuqaliya və Qazaxıstandan 50-dən çox şahmatçı iştirak edəcək.Turnirin direktoru Gennadi Gelman bildirib ki, İsveçrə sistemi üzrə keçiriləcək turnir 7 turdan ibarət olacaq. Yarış «Gənclik» şahmat klubu, Azərbaycan Şahmat Federasiyası və Azərbaycandakı Fransız İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycanda Frankofoniya həftələri çərçivəsində keçiriləcək.Yarışın qalibi Parisdə təşkil olunacaq şahmat turnirində iştirak etmək hüququ qazanacaq.Qaliblər üçün mükafatlar “Bakcell”, “Bestcom” və “McDonalds” tərəfindən təqdim ediləcək.xeber100.com

Aprel 10, 2017 11:52

Beynəlxalq turnirə start verilib

Aprelin 9-da Ukraynada qadın həndbolçulardan ibarət komandalar arasında beynəlxalq turnirə start verilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a verilən xəbərə görə, qadınlardan ibarət Azərbaycan yığmasının da qatıldığı beynəlxalq yarışın ilk günü komandamız üçün uğurlu olub. Həndbolçularımız bu il Ukrayna çempionatında bürünc mükafata sahib olan “HC Dnepryanka” (Xerson) komandasını 31:25 hesabı ilə məğlub ediblər.Azərbaycan komandası növbəti oyunu “HC Qaliçanka” (Lvov) komandasına qarşı keçirəcək.xeber100.com

Aprel 10, 2017 11:49

Cüdo Federasiyasının məlumatına görə…

Çex Respublikasında keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışına yekun vurulub. Azərbaycan milli komandası yarışın sonuncu günü aktivinə daha iki medal yazdırıb.Bu barədə Azərtac-a Azərbaycan Cüdo Federasiyasından bildiriblər.Ölkəmizi 90 kiloqramdan yuxarı çəki dərəcəsində təmsil edən Məhəmməd Abdullayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Cəfər Əkbərli (90 kq) isə mötəbər turnirin bürünc medalına sahib olub.Bununla da 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında birinci yeri tutub.Qeyd edək ki, 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa kuboku yarışında Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunub.xeber100.com

Aprel 10, 2017 11:47

Güləş üzrə beynəlxalq turnir start götürüb

Bolqarıstanın Ruse şəhərində güləş üzrə böyüklər arasında ənənəvi Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq turnir start götürüb.Azərtac xəbər verir ki, sayca 55-ci dəfə keçirilən turnirdə sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət yığma komandalarımızın üzvləri iştirak edirlər.Qadın güləşçilərin yarışında baş məşqçi Semyon Çterevin və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Anjela Doroqan (53 kq), İrina Netreba, Nataliya Sinişin (hər ikisi - 58 kq) və Elis Manolova (69 kq) mübarizə aparırlar.Yunan-Roma güləşçiləri yığma komandanın böyük məşqçisi İlqar Abdulovun başçılığı ilə yarışa qatılıblar. Heyətdə Taleh Məmmədov, Kərim Cəfərov (hər ikisi - 59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev və Həsən Əliyev (hər ikisi - 71 kq) yer alıblar.Sərbəst güləşçilərin mübarizəsində Mahir Əmiraslanov (57 kq), Məhəmməd Müslümov, Gitinomaqomed Hacıyev (hər ikisi - 65 kq), Ruslan Dibirhacıyev (70 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qüvvəsini sınayırlar. Komanda məşqçilər Sadurddin Ayqubov və Əsgərxan Novruzovun başçılığı altında yarışda iştirak edir.Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edir.xeber100.com

Aprel 9, 2017 11:21

Beynəlxalq şahmat turnirində blits-turnir keçirilib

“Dubay open-2017” beynəlxalq şahmat turnirində blits-turnir keçirilib.AZƏRTAC xəbər verir ki, 104 şahmatçının, o cümlədən 20 qrossmeysterin iştirak etdiyi blits-turnirdə 9 mümkün xaldan 7,5 toplamış Gürcüstan nümayəndəsi Levan Pantsulaya qalib gəlib. Azərbaycanlı qrossmeyster Eltac Səfərli də L. Pantsulaya ilə eyni sayda xal toplayıb, lakin əlavə göstəricilər nəzərə alınmaqla Gürcüstan nümayəndəsi qalib hesab edilib.Beş şahmatçı: Ər Salem (Dubay), Anton Korobov (Ukrayna), Bartoş Soçko (Polşa), Sergey Jiqalko (Belarus) və Havain Cons (İngiltərə) hərəsi liderdən yarım xal az toplayıb.xeber100.com

Aprel 9, 2017 11:16

Futzal üzrə qrup oyunları çərçivəsində…

Futzal üzrə Avropa çempionatının əsas mərhələsinin qrup oyunları çərçivəsində aprelin 8-də Bakı İdman Sarayında Azərbaycan milli komandası Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Qarşılaşma 5:4 hesabı ilə millimizin xeyrinə başa çatıb.Azərtac xəbər verir ki, baş məşqçi Biro Jadenin rəhbərlik etdiyi yığmamızın heyətində Teles Martins Tyaqo het-trik edib. Eduardo Mello Borges və Kardoso Everton isə hərəyə bir dəfə fərqləniblər.Oyunu Timo Onatsu (Finlandiya), Lars Van Leuven (Hollandiya) və Kostas Nikolaou (Kipr) idarə ediblər.Qrupdakı digər oyunda Macarıstan millisi Albaniya yığmasını 4:3 hesabı ilə məğlubiyyətə uğradıb.Komandamız növbəti oyununu aprelin 9-da saat 18:30-da Bakı İdman Sarayında Albaniya yığmasına qarşı keçirəcək.xeber100.com

Aprel 9, 2017 11:12
    Page 721 of 830« First«...102030...719720721722723...730740750...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az