“A”, “B” və “H” qruplarında növbəti qarşılaşmalar oynanılıb

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının Avropa qitəsi üzrə seçmə mərhələsi çərçivəsində “A”, “B” və “H” qruplarında növbəti qarşılaşmalar oynanılıb.Azərtac xəbər verir ki, “A” qrupunun lideri Fransa yığması səfərdə Lüksemburqu 3:1 hesabı ilə məğlub edib. Qrupda ikinci sırada olan İsveç millisi Belarus yığmasının qapısından dörd cavabsız top keçirib. Digər oyunda isə Bolqarıstan doğma divarlar arxasında Hollandiya üzərində 2:0 hesabı ilə qələbə qazanıb.Hazırda bu qrupa 13 xalla Fransa yığması başçılıq edir. İsveç 10 xalla ikinci, Bolqarıstan isə 9 xalla üçüncüdür. Qrupda dördüncü sırada qərarlaşan Hollandiya yığmasının 7 xalı var. Sonrakı yerləri isə 2 xalla Belarus və aktivində bir xal olan Lüksemburq tutur.“B” qrupunun lideri İsveçrə millisi Latviya yığmasını minimal hesabla məğlub edəcək ardıcıl beşinci görüşü də qələbə ilə başa vurub. Portuqaliya yığması isə Macarıstan futbolçularını topu üç dəfə mərkəzdən başlamağa məcbur ediblər – 3:0. Andorra və Farer adaları milliləri arasında görüşdə isə qapılara top vurulmayıb – 0:0.Beləliklə, beş turdan sonra isveçrəlilər 15 xalla qrupda birinci, portuqaliyalılar isə 12 xalla ikinci yerdə qərarlaşıblar. Macarıstan yığmasının 7, Farer adalarının 5, Latviyanın 3, Andorranın isə 1 xalı var.“C” qrupunda beşinci turun nəticələri liderlik uğrunda mübarizəni daha da gərginləşdirib. Belə ki, Bosniya və Herseqovina millisi Estoniya yığmasını 5:0 hesabı ilə məğlub edərək xalını 10-a çatdırdığı halda, qrup birincisi belçikalılar son dəqiqələrdə vurduqları qolla ikinci sıradakı yunanlarla heç-heçəyə nail ola biliblər – 1:1. Qrupun digər görüşündə - Kipr-Estoniya qarşılaşmasında da qalib müəyyənləşməyib – 0:0.Bu qrupa aktivində 13 xal olan Belçika yığması başçılıq edir. Yunanıstan millisi 11 xalla ikinci, Bosniya və Herseqovina 10 xalla üçüncü sıradadır. Kipr (4 xal) dördüncü, Estoniya (4 xal) isə beşinci pillədə qərarlaşıb. Hesabında xal olmayan Cəbəllütariq yığması isə sonuncu pillədədir.Dünya çempionatının Avropa qitəsi üzrə seçmə mərhələsi çərçivəsində martın 26-da “C”, “E” və “F” qruplarında görüşlər keçiriləcək.“C” qrupunda mübarizə aparan Azərbaycan yığma komandası Tofiq Bəhramov adına Respublika stadionunda qrupun lideri, hazırkı dünya çempionu Almaniya millisi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20.00-də başlayacaq.xeber100.com

Mart 26, 2017 11:26

Dünya Güləş Birliyi qaydalarda dəyişikliklər edib

Güləş idman növünün daha da populyarlaşması və marağın artırılması məqsədilə Dünya Güləş Birliyi qaydalarda mütəmadi olaraq dəyişikliklər edir.Azərtac xəbər verir ki, yeni qaydalara əsasən, sərbəst güləşdə bütün qayda pozuntuları (xalçadan kənara qaçma, rəqiblə təmasdan qaçma, qaydalar zidd hərəkətlər) xəbərdarlıq və rəqibə 2 xal verilməsi ilə nəticələnəcək. Həmçinin sərbəst güləşdə ayaq üstə edilən və təhlükəli vəziyyətlə yekunlaşmayan bütün atmalar 2 xalla qiymətləndiriləcək.Sərbəst güləşdə yüksək amplituda ilə icra edilən fənd təhlükəli vəziyyətlə yekunlaşarsa 5 xal, təhlükəli vəziyyət qeydə alınmazsa 4 xalla qiymətləndiriləcək. Habelə 30 saniyə fəallıq vaxtı sonunda güləşçilərdən hər hansı biri xal almazsa passiv olan güləşçinin rəqibinə görüş dayandırılmadan 1 xal veriləcək, aktivlik vaxtı tətbiq olunan güləşçiyə xəbərdarlıq verilməyəcək.Yunan-Roma güləşində passivliyə görə tətbiq edilən parter qaydası ləğv edilib. Bu qaydada hər hansı dəyişiklik edilməyib.Görüş zamanı xalça hakimi və yan hakim səhv qərar verərsə, xalça rəhbəri qərarı müzakirə edərkən onlarla birgə video-təkrara baxa biləcək. Qanayan zədələnmələr zamanı həkimə müraciət üçün 4 dəqiqə vaxt ayrılacaq. Digər zədələnmələrdə əvvəlki qayda tətbiq ediləcək.Aprelin 8-9-da Bolqarıstanda təşkil olunacaq Dan Kolov-Nikola Petrov beynəlxalq turnirində passivliyə görə məcburi parter tətbiq edilməsi qaydası bir daha sınaqdan keçiriləcək və yekun qərar ondan sonra veriləcək. Martın 28-dən aprelin 2-dək Macarıstanda keçiriləcək 23 yaşadək güləşçilər arasında Avropa çempionatı isə partersiz sistem ilə təşkil olunacaq.xeber100.com

Mart 25, 2017 12:17

Dünya çempionatının növbəti oyunları keçirilib

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 24-də Avropa zonasında növbəti matçlar keçirilib.Azərtac xəbər verir ki, beşinci turun ilk oyun günündə "I", "G" və "D" qruplarında yer alan komandalar üz-üzə gəliblər.Azərbaycanlı futbolsevərlər üçün əsas maraq kəsb edən oyun "I" qrupunda Türkiyə və Finlandiya komandaları arasında qarşılaşma olub. Keçirdiyi dörd oyunda beş xal toplayaraq 4-cü pillədə qərarlaşan Türkiyə millisi mundiala vəsiqə qazanmaq imkanını əldə etmək üçün doğma meydandakı oyunda üç xal qazanmalı idi. Qardaş ölkənin komandası bu vəzifənin öhdəsindən layiqincə gəldi və rəqibini 2:0 hesabı ilə məğlub etdi. Finlandiya millisinin qapısına hər iki qolu oyunun 9-cu və 13-cü dəqiqələrində türkiyəli hücumçu Cenk Tosun vurdu."I" qrupunun digər görüşlərində lider Xorvatiya millisi evdə ikinci sıradakı Ukraynaya 1:0, üçüncü mövqedəki İslandiya səfərdə sonuncu pillədə qərarlaşan Kosovo yığmasına 2:1 hesabı ilə qalib gəldi. Bu qarşılaşmalardan sonra qrupa beş oyundan 13 xal toplayan Xorvatiya millisi başçılıq edir. Aktivində 10 xalı olan İslandiya yığması ikinci yerə yüksəldi. Ukrayna və Türkiyə yığmaları səkkiz xalla üçüncü-dördüncü yerləri bölüşürlər."G" qrupunun lider komandaları İspaniya və İtaliya yığmaları növbəti matçlarını doğma meydanlarında keçiriblər. Həmin kollektivlər İsrail və Albaniya milli komandalarından müvafiq olaraq 4:1 və 2:0 hesabı ilə üstün olublar. Makedoniya millisi isə Lixtenşteynə səfərdə 3:0 hesabı ilə qalib gəlib. Bu qrupun liderləri aktivlərində 13 xal olan və birinci-ikinci yerləri bölüşən İspaniya və İtaliya komandalarıdır."D" qrupunda Serbiya Gürcüstanı səfərdə 3:1, Avstriya isə öz meydanında Moldovanı 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. İrlandiya-Uels görüşü heç-heçə başa çatıb - 0:0. Qrupda ilk pillədə hərəyə 11 xal toplayan Serbiya və İrlandiya komandaları qərarlaşıb.xeber100.com

Mart 25, 2017 11:48