Güləş üzrə U-23 Avropa çempionatı start götürəcək

Martın 28-də Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürəcək.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, çempionatda 19-23 yaş arası idmançılar mübarizə aparacaqlar.Çempionatda xalça üzərinə əvvəlcə sərbəst güləşçilər çıxacaqlar. Yığma komandanın böyük məşqçisi Zəlimxan Hüseynovun və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə (61 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq), İsmayıl Abdullayev (74 kq), Kənan Əliyev (86 kq), Pərviz Axundov (97 kq) və Umar İsrailov (125 kq) ölkəmizi təmsil edəcəklər.Böyük məşqçi Aslan Ağayevin və məşqçi Rövşən Umudovun rəhbərliyi altında turnirdə 7 qadın güləşçimiz iştirak edəcək. Qadınlardan Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) mübarizə aparacaqlar.Avropa çempionatının sonuncu iki günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Şaban Donatın və məşqçi Zöhrab Abbasovun rəhbərliyi ilə Murad Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), İslambek Dadov (71 kq), Ruhin Mikayılov (75 kq), Elton Vəzirzadə (80 kq), Arif Niftullayev (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (125 kq) xalça üzərinə çıxacaqlar.Aprelin 2-dək keçiriləcək çempionatda görüşlərin idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.xeber100.com

Mart 28, 2017 6:46

“A”, “B” və “H” qruplarında növbəti qarşılaşmalar oynanılıb

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının Avropa qitəsi üzrə seçmə mərhələsi çərçivəsində “A”, “B” və “H” qruplarında növbəti qarşılaşmalar oynanılıb.Azərtac xəbər verir ki, “A” qrupunun lideri Fransa yığması səfərdə Lüksemburqu 3:1 hesabı ilə məğlub edib. Qrupda ikinci sırada olan İsveç millisi Belarus yığmasının qapısından dörd cavabsız top keçirib. Digər oyunda isə Bolqarıstan doğma divarlar arxasında Hollandiya üzərində 2:0 hesabı ilə qələbə qazanıb.Hazırda bu qrupa 13 xalla Fransa yığması başçılıq edir. İsveç 10 xalla ikinci, Bolqarıstan isə 9 xalla üçüncüdür. Qrupda dördüncü sırada qərarlaşan Hollandiya yığmasının 7 xalı var. Sonrakı yerləri isə 2 xalla Belarus və aktivində bir xal olan Lüksemburq tutur.“B” qrupunun lideri İsveçrə millisi Latviya yığmasını minimal hesabla məğlub edəcək ardıcıl beşinci görüşü də qələbə ilə başa vurub. Portuqaliya yığması isə Macarıstan futbolçularını topu üç dəfə mərkəzdən başlamağa məcbur ediblər – 3:0. Andorra və Farer adaları milliləri arasında görüşdə isə qapılara top vurulmayıb – 0:0.Beləliklə, beş turdan sonra isveçrəlilər 15 xalla qrupda birinci, portuqaliyalılar isə 12 xalla ikinci yerdə qərarlaşıblar. Macarıstan yığmasının 7, Farer adalarının 5, Latviyanın 3, Andorranın isə 1 xalı var.“C” qrupunda beşinci turun nəticələri liderlik uğrunda mübarizəni daha da gərginləşdirib. Belə ki, Bosniya və Herseqovina millisi Estoniya yığmasını 5:0 hesabı ilə məğlub edərək xalını 10-a çatdırdığı halda, qrup birincisi belçikalılar son dəqiqələrdə vurduqları qolla ikinci sıradakı yunanlarla heç-heçəyə nail ola biliblər – 1:1. Qrupun digər görüşündə - Kipr-Estoniya qarşılaşmasında da qalib müəyyənləşməyib – 0:0.Bu qrupa aktivində 13 xal olan Belçika yığması başçılıq edir. Yunanıstan millisi 11 xalla ikinci, Bosniya və Herseqovina 10 xalla üçüncü sıradadır. Kipr (4 xal) dördüncü, Estoniya (4 xal) isə beşinci pillədə qərarlaşıb. Hesabında xal olmayan Cəbəllütariq yığması isə sonuncu pillədədir.Dünya çempionatının Avropa qitəsi üzrə seçmə mərhələsi çərçivəsində martın 26-da “C”, “E” və “F” qruplarında görüşlər keçiriləcək.“C” qrupunda mübarizə aparan Azərbaycan yığma komandası Tofiq Bəhramov adına Respublika stadionunda qrupun lideri, hazırkı dünya çempionu Almaniya millisi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20.00-də başlayacaq.xeber100.com

Mart 26, 2017 11:26