“Qəbələ” idman klubu 3 illik müqavilə imzalayıb

“Qəbələ” idman klubu ilə braziliyalı futbol əfsanəsi Ronaldinyonun adını daşıyan akademiya arasında müqavilə imzalanıb.Azərtac “Qəbələ”yə istinadla xəbər verir ki, mərasim Dubayda təşkil olunub.Əvvəlcə “Qəbələ”nin kommersiya direktoru Mustafa Aztopal təqdimatında tədbir iştirakçılarına Azərbaycan futbolu, o cümlədən ölkəmizdəki idman hərəkatı haqqında məlumat verib.Sonra 2016-cı ilin oktyabrında Bakıda memorandum imzalayan tərəflər bu dəfə 3 illik anlaşmanı rəsmiləşdiriblər. Müqaviləyə “Qəbələ” tərəfdən klubun vitse-prezidenti Fariz Nəcəfov, “Ronaldinho Soccer Academy” tərəfdən isə Ronaldinyo imza atıb.Tədbirdə çıxış edən Fariz Nəcəfov layihənin ölkəmizdə futbolun inkişafına və kütləviləşməsinə verəcəyi təkandan bəhs edib. Lisenziya xarakteri daşıyan bu müqavilə ilə “Qəbələ” əfsanəvi futbolçunun adını daşıyan akademiyanın Azərbaycandakı eksklüziv hüquqlarına yiyələnib. Müqaviləyə əsasən klubumuzun üzərinə məktəbin fəaliyyəti üçün baza, təsislər təqdim etmək, şirkətin marka dəyərini qorumaq vəzifələri düşür. “Ronaldinho Soccer Academy” isə eksklüziv ad hüququnu verəcək və lazım olan dəstəyi göstərəcək.“Qəbələ” və “Ronaldinho Soccer Academy” arasında müqavilənin sentyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub. Qarşıdakı 1 il ərzində yeni akademiyanın bazasının hazır vəziyyətə gətirilməsi planlaşdırılır.xeber100.com

Mart 16, 2017 12:04

“Yuventus” Portuqaliya təmsilçini 1:0 hesabı ilə məğlub edib

Martın 14-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsi çərçivəsində “Yuventus” komandası “Portu”, “Lester Siti” klubu isə “Sevilya” ilə cavab oyunu keçiriblər.Azərtac xəbər verir ki, Turində keçirilən oyunda “Yuventus” Portuqaliya təmsilçini 1:0 hesabı ilə məğlub edib. Turinlilərin heyətində Dibala matçın 42-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. İlk oyunda 2:0 hesabı ilə qalib gələn “Yuventus” iki görüşün nəticəsinə görə dörddəbir finala vəsiqə qazanıb. Bununla da İtaliya təmsilçisi onuncu dəfə dörddəbir finalda oynamaq hüququ əldə edib.İlk görüşdə İspaniyada “Sevilya” komandasına 1:2 hesabı ilə məğlub olan “Lester Siti” doğma meydanda əzmkarlıq nümayiş etdirərək 2:0 hesabı ilə qalib gəlib. Oyunun 27-ci dəqiqəsində Morqanın və 54-cü dəqiqəsində Olbraytonun qolları lesterliləri dörddəbir finala çıxarıb.UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə bu gün keçiriləcək “Atletiko Madrid”-“Bayer Leverkuzen” və “Monaco”-“Mançester Siti” görüşləri ilə yekun vurulacaq. “Bavariya”, “Real Madrid”, “Barselona” və “Borussiya Dortmund” dörddəbir finala vəsiqəni artıq təmin ediblər.Dörddəbir final mərhələsinin püşkü martın 17-də İsveçrənin Nyon şəhərində atılacaq.xeber100.com

Mart 15, 2017 11:11