05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Güləş üzrə U-23 dünya çempionatı davam edir

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.Dördüncü yarış günündə 3 qadın güləşçimiz mübarizəyə qoşulub. Gültəkin Şirinova (53 kiloqram) 1/8 finalda türkiyəli Zeynep Yetgillə bacarmayıb – 0:10. Birgül Soltanova (62 kiloqram) ilk mərhələdə venesuelalı Astrid Xirinosa “tuş”la məğlub olub. Nigar Mirzəzadə (65 kiloqram) təsnifat mərhələsində ispaniyalı Nerea Blankoya şans tanımayıb – 7:1. Güləşçimiz 1/4 finalda qazaxıstanlı Dariqa Abenə “tuş”la qalib gəlib.Yarımfinalda italiyalı Elena Espositonu 3:2 hesabı ilə məğlub edən N.Mirzəzadə finala yüksəlib.Nigar Mirzəzadə sabah həlledici görüşdə sentyabrda böyüklər arasında dünya çempionu olmuş Mişa Morikava ilə qarşılaşacaq.Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah Bakı vaxtı ilə 20:00-da başlayacaq.xeber100.com

Oktyabr 21, 2022 2:17

İtaliyanın Sardiniya adasında dünya çempionatı davam edir

İtaliyanın Sardiniya adasında gənc qızlar arasında dünya çempionatı davam edir.Azərbaycan şahmatçısı Gövhər Beydullayeva IX tur çərçivəsində Ermənistan təmsilçisi Məryəm Mkrtçyanla qarşılaşıb.Ağ fiqurlarla oynayan 19 yaşlı qrosmeysterimiz 47-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.Bu qələbə ilə xallarının sayını 8-ə yüksəldən G.Beydullayeva ən yaxın rəqibini 1 xal qabaqlayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.Dünya çempionatındakı digər azərbaycanlı şahmatçı Ləman Hacıyeva isə qazaxıstanlı Assel Serikbay ilə heç-heçəyə edib.O, hazırda 6,5 xalla 6-cı pillədə qərarlaşıb.Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən turnir 11 turdan ibarətdir. Yarışa 22 oktyabrda yekun vurulacaq.xeber100.com

Oktyabr 21, 2022 2:12

Bakı İdman Sarayında Şərq əlbəyaxa döyüş növləri festivalı keçiriləcək

Oktyabrın 21-23-də Bakı İdman Sarayında Müstəqilliyin Bərpası Gününə həsr olunmuş Şərq əlbəyaxa döyüş növləri festivalı keçiriləcək.“Arpaçay” İdman Birliyinin təşkilatçılığı ilə təşkil ediləcək festivalda 14 idman növü üzrə federasiyalar, ictimai birlik və klubların üzvləri iştirak edəcəklər.Yarışda ümumilikdə iki minə yaxın 18 yaşa qədər yeniyetmə və gəncin iştirakı planlaşdırılıb.xeber100.com

Oktyabr 21, 2022 2:10

Beynəlxalq Boks Assosiasiyası yeni reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Boks Assosiasiyası yeni reytinq cədvəlini açıqlayıb.25 çəki dərəcəsi (13 kişi, 12 qadın) üzrə açıqlanan siyahıda Azərbaycanın yeddi boksçusu yer alıb. Belə ki, milli komandanın heyətində ən yaxşı nəticə dünya çempionu, Avropa Oyunlarının qalibi, Tokio Olimpiadasının bürünc medalçısı Alfonso Dominqesə məxsusdur. O, 86 kiloqram çəki dərəcəsində dünyanın ikinci ən güclü boksçusudur. Dominqesin aktivində 2000 xalı var.Yığma üzvü çəkisi 80 kiloqram çəki dərəcəsində olan idmançıların reytinqində də yer alıb. Olimpiya Oyunlarında bürünc medalı 81 kiloqramda qazanan milli üzvü bu siyahıda 1300 xalla dördüncü pillədə qərarlaşıb.Dünya çempionatında üçüncü yeri tutan Sərxan Əliyev (71 kq) də öz çəki dərəcəsində dördüncü yerdədir. O, 1300 xala malikdir. Mindialın digər bürünc medalçısı Məhəmməd Abdullayev (+92 kq) komanda yoldaşı ilə eyni xala sahibdir və yeddinci pillədədir. O, bu yeri qazaxıstanlı Kamşibek Kunkabayevla birgə bölüşür.Siyahıda ümumilikdə 120 ölkə yer alıb. Azərbaycan komanda olaraq bu siyahıda 30-cu pilləni tutur və aktivində 7400 xalı var. Cədvələ isə 34950 xalla ABŞ başçılıq edir.Qeyd edək ki, Beynəlxalq Boks Assosiasiyasında reytinq cədvəli uzun müddətdən sonra bərpa olunub.xeber100.com

Oktyabr 21, 2022 2:08

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.AFFA-nın rəsmi saytı xəbər verir ki, bu gün keçiriləcək turun ilk oyununda “Qarabağ” komandası “Turan Tovuz”la qarşılaşacaq. Oyun “Azersun Arena”da 19:00-da başlayacaq. “Qarabağ” komandası 27 xalla liderdir, Tovuz təmsilçisi isə 12 xalla altıncı pilləni tutur. Matçın baş hakimi Vüqar Həsənli olacaq.XI turun növbəti oyunları oktyabrın 22-23-də keçiriləcək. Belə ki, “Qəbələ” - “Kəpəz”, “Sumqayıt” – “Zirə” görüşləri oktyabrın 22-də, “Səbail” - “Şamaxı” və “Neftçi” - “Sabah” qarşılaşmaları isə oktyabrın 23-də baş tutacaq.xeber100.com

Oktyabr 20, 2022 2:27

“Paris-2024” Paralimpiya Oyunlarının açılış mərasiminin planı bəlli olub

“Paris-2024” Paralimpiya Oyunlarının (28 avqust-8 sentyabr 2024) açılış mərasiminin planı bəlli olub.“Paris-2024” Olimpiya və Paralimpiya Oyunları Təşkilat Komitəsinin (COJOP) rəhbərliyi Paralimpiya Oyunlarının açılış mərasiminin Konkord meydanında keçiriləcəyini elan edib.Bildirilib ki, açılış mərasimi Paralimpiya Oyunlarının ambisiyalarını göstərmək üçün xüsusi bir məqamdır və bu mərasim Konkord meydanında təşkil edildiyindən Yelisey Çölləri prospektinin bir hissəsini də əhatə edəcək.Paralimpiya Oyunlarının açılış mərasimini 65 min tamaşaçı izləyə biləcək ki, onlardan 35 mininə ödənişli oturacaq yerləri quraşdırılacaq. 30 min tamaşaçı mərasimi ödənişsiz izləyə biləcək. Sena çayının sahillərində açılış mərasimini izləmək üçün böyük ekranlar yerləşdiriləcəyi bildirilir.Xatırladaq ki, “Paris-2024” Olimpiya Oyunlarının açılış mərasimi isə Sena çayı boyunca xüsusi paradın keçirilməsi ilə baş tutacaq.xeber100.com

Oktyabr 20, 2022 2:25

XXIX respublika çempionatının püşkatma mərasimi keçirilib

Oktyabrın 20-də Azərbaycan Həndbol Federasiyasında (AHF) XXIX respublika çempionatının püşkatma mərasimi keçirilib.Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, tədbirdə federasiyanın məsul işçiləri və komandaların baş məşqçiləri iştirak ediblər.Əvvəlcə yarışın direktoru İsgəndər Əsgərov 2022-2023-cü illər üzrə respublika çempionatının noyabrın 12-dən aprelin 30-dək “AHF Arena” da keçiriləcəyini bildirib. Qeyd olunub ki, yarış dairəvi üsulla dörd dövrədən ibarət olacaq.Həmçinin çempionatın reqlamenti, qaydalardakı son dəyişikliklər, oyun cədvəli və digər məsələlər barədə məlumat verilib.Yarışlarda iştirak edəcək komandaların adları açıqlanıb.Ümumilikdə, 7 kişi (Bakı, Təhsil, Məhsul, İdman Akademiyası, Dinamo, RİOEUGİM, U-16), 5 qadın (Azəryol, Qarabağ, İdman Akademiyası, Azərsu, U-16) komandalarının çıxış edəcəyi diqqətə çatdırılıb.Yarışların püşkü atıldıqdan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.xeber100.com

Oktyabr 20, 2022 2:23

Azərbaycan Badminton Federasiyasının məlumatı əsasında…

Avropa Badminton Konfederasiyası “Shuttle Time” layihəsi üzrə vebinar təşkil edib.Azərbaycan Badminton Federasiyasının saytı xəbər verir ki, vebinarda Avropa Badminton Konfederasiyasına üzv olan federasiyaların həmin layihə üzrə milli koordinatorları iştirak edib.Vebinarda ölkəmizin bu layihə üzrə uğurlu təcrübəsini bölüşmək üçün Azərbaycan Badminton Federasiyasının "Shuttle Time" üzrə milli koordinatoru Pərvin Piriyev dəvət olunub. O, iştirakçılara Azərbaycanda layihənin icrası haqqında ətraflı məlumat verib.Pərvin Piriyev qeyd edib ki, 2021-2022-ci illərdə layihə Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Qusar şəhərlərini əhatə edib, 400-dən çox idman müəllimi eləcə də 400-dən çox şagird badminton haqqında məlumatlandırılıb. Bildirilib ki, yaxın zamanda bu layihənin Sabirabad, Şamaxı, Tovuz, Qax və Naxçıvanda da icrası nəzərdə tutulub.Vebinardan sonra Dünya Badminton Federasiyasının inkişaf üzrə koordinatoru Erica Khoo tərəfindən Azərbaycanda bu sahədə qısa müddətdə uğurlu nəticələr əldə olunduğu vurğulanıb.Daha sonra Pərvin Piriyev tərəfindən iştirakçıların sualları cavablandırılıb.Vebinar zamanı Azərbaycanla yanaşı İrlandiya və İsveçrənin milli koordinatorları da uğurlu təcrübələrini bölüşüblər.xeber100.com

Oktyabr 20, 2022 2:19

Onlayn şahmat seriyasının səkkizinci mərhələsində növbəti görüşlər keçirilib

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsində növbəti görüşlərini keçirib.Ş.Məmmədyarov “Aimchess Rapid” adlanan mərhələ yarışının növbəti dörd oyununda Hindistan təmsilçiləri ilə qarşılaşıb. Belə ki, günün ilk görüşündə -9-cu turda rəqibi Arjun Eriqaisi üzərində qələbə qazanan şahmatçımız sonrakı oyunda Santoş Viditlə heç-heçə edib. Növbəti turda Dommaraju Qukeşə məğlub olan Ş.Məmmədyarov günün son qarşılaşmasını qələbə ilə başa vurub.Aktivində 23 xal olan Azərbaycan qrossmeysteri ikinci sırada qərarlaşıb.Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı pley-offa vəsiqə qazanacaq.xeber100.com

Oktyabr 17, 2022 11:54

Şahmat üzrə Qran-Pri turnirinə təmsilçilərimiz qələbə ilə başlayıblar

Rumıniyada şahmat üzrə Qran-Pri turnirinə Azərbaycan təmsilçiləri qələbə ilə başlayıblar.Turnirin birinci turunda şahmatçılarımız Misrətdin İsgəndərov almaniyalı İlya Gutkin, Ülvi Sadıqov isə ukraynalı Vladislav Fişçuku məğlub ediblər.Doqquz turdan ibarət olacaq yarış oktyabrın 23-dək davam edəcək.xeber100.com

Oktyabr 17, 2022 11:52
    Page 74 of 830« First«...102030...7273747576...8090100...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az