05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə Premyer Liqasının XIX turuna start verilib

Fevralın 18-də futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turuna start verilib.AZƏRTAC xəbər verir ki, turun açılış oyununda “İnter” komandası “Zirə”ni qəbul edib. Matçın 40-cı dəqiqəsində “İnter”in futbolçusu Denis Silva avtoqol müəllifi olub. Yeddi dəqiqə sonra Rauf Əliyev bərabərlik qolunu vurub. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib – 1:1.Hesabındakı xalların sayını 33-ə çatdıran “İnter”in turnir cədvəlində 3-cü pillədəki mövqeyi dəyişməyib. “Zirə” isə 23 xalla 4-cü pilləyə yüksəlib.Günün ikinci oyununda “Neftçi” komandası “Kəpəz”i qəbul edəcək. Tura fevralın 19-da keçiriləcək “Sumqayıt”-AZAL və “Qəbələ”-“Qarabağ” oyunu ilə yekun vurulacaq.xeber100.com

Fevral 19, 2017 11:21

XIX tur çərçivəsində növbəti görüş keçirilib

Fevralın 18-də futbol üzrə Topaz Premyer Liqasında XIX tur çərçivəsində növbəti görüş keçirilib.Azərtac xəbər verir ki, baş hakim Rauf Cabbarovun idarə etdiyi günün ikinci oyununda “Neftçi” komandası “Bakcell Arena”da “Kəpəz”i qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda hesab açılmayıb. Beləliklə, flaqman çempionatda ardıcıl üçüncü qələbəsini qazana bilməyib.Bu oyundan sonra “Neftçi” xallarının sayını 17-yə çatdıraraq altıncı sırada qərarlaşıb.Aktivində 16 xal olan “Kəpəz” isə yeddinci pillədədir. Komandaların turnir cədvəlindəki mövqeləri isə dəyişməyib.Turun digər görüşləri fevralın 19-da oynanılacaq. “Sumqayıt” komandası “AZAL”ı, “Qəbələ” isə Qarabağ”ı qəbul edəcək.xeber100.com

Fevral 19, 2017 11:08

Super Liqanın IV dövrəsinə start verilib

Fevralın 17-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IV dövrəsinə start verilib.Azərtac xəbər verir ki, günün mərkəzi matçı Azərbaycan Voleybol Mərkəzində “Telekom” və “Azəryol” komandaları arasında keçirilib.Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Azəryol” komandası 3:0 hesabı ilə qalib gəlib.Hazırda Super Liqaya 29 xalla “Telekom” başçılıq edir. “Azərreyl” 23 xalla ikinci, “Azəryol” isə 19 xalla üçüncü yerdə qərarlaşıb.xeber100.com

Fevral 18, 2017 2:07

“Southwest Class Championships 2017” şahmat turniri başlanıb

ABŞ-ın Fort-Uerte şəhərində “Southwest Class Championships 2017” şahmat turniri başlanıb. Turnirin proqramında digər yarışlarla yanaşı Masters də yer alıb.Azərtac xəbər verir ki, yarışda 75 şahmatçı, o cümlədən 13 qrossmeyster iştirak edir. Azərbaycanı qrossmeyster Namiq Quliyev təmsil edəcək. Yarış cədvəlində fransalı şahmatçı Laurent Fressinet liderlik edir.xeber100.com

Fevral 18, 2017 1:55

“Karabükspor” futbol klubu UEFA tərəfindən sərt cəzalandırılıb

Türkiyənin “Karabükspor” futbol klubu UEFA tərəfindən sərt cəzalandırılıb.Azərtac xəbər verir ki, Super Liqa təmsilçisi avrokuboklardan kənarlaşdırılıb. Buna səbəb klubun maliyyə “fair-play”inin tələblərini pozmasıdır. Uzun müddət “Karabükspor”la bağlı araşdırma aparan UEFA klubu 2 il beynəlxalq yarışlardan kənarlaşdırılıb.“Karabükspor” 2016-2017-ci və 2017-2018-ci il mövsümlərində avrokuboklara vəsiqə qazansa, turnirdə iştirak edə bilməyəcək.xeber100.com

Fevral 18, 2017 1:50

Dünya kuboku yarışları başlayıb

Bakıda Milli Gimnastika Arenasında yeni Olimpiya dövrünün batut gimnastikası və tamblinq üzrə ilk dünya kuboku yarışı başlayıb. Yarışda 15 ölkədən 85 batutçu və tamblinqçi iki gün ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə aparacaq.Azərtac xəbər verir ki, dünya kubokunun birinci günündə təsnifat yarışları keçirilir.xatırladaq ki, ölkəmizdə 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə mötəbər tədbir - dünya kuboku artıq ikinci dəfədir təşkil olunur. Tamblinq üzrə dünya kuboku isə Azərbaycanda ilk dəfə keçirilir.xeber100.com  

Fevral 18, 2017 1:46

Həndbol üzrə növbəti oyunlar keçirilib

Həndbol üzrə respublika çempionatında növbəti oyunlar keçirilib.Azərtac Azərbaycan Həndbol Federasiyasına istinadla xəbər verir ki, ikinci yarış günündə üç matç oynanılıb.Qadınlar arasında keçirilən qarşılaşmalarda “Nur” klubu “Gənclər Birliyi”nə 41:20, “Azəryol” komandası “Qarabağ”a 26:22 hesabı ilə qalib gəlib. Kişilər arasında oyunda isə “Məhsul” “Nəsimi”dən üstün olub - 30:28.Fevralın 18-də “Qarabağ”–“Nur”, “Azəryol”–“Gənclər Birliyi”, “Nəsimi”-“Təhsil”, “Məhsul”–RİOEUGİM qarşılaşmaları oynanılacaq.xeber100.com

Fevral 18, 2017 12:20

Bolqarıstanda keçirilən Avropa çempionatında…

Karate üzrə 14-15 yaşlı yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının üzvü Ayla Rzazadə (54 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.Azərtac xəbər verir ki, çempionatın birinci günündə medal əldə edən A.Rzazadə ilk dəfə qatıldığı rəsmi yarışda nəticə göstərməklə 2018-ci il Yeniyetmələrin Olimpiadasında iştirak etməyə real namizədlərdən biri kimi perspektivini ortaya qoyub.Yarışda Tale (52 kq) və Tural Yaqubov (63 kq) qardaşları və Ceyhun İsmayılov (kata) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsələr də, son anda mükafatçılar sırasına düşə bilməyiblər. Bu nəticə ilə Azərbaycan yarışın ilk günü medal qazana bilən 25 ölkə arasında 18-25-ci yerləri bölüşür.Avropa çempionatının növbəti iki yarış günündə 16-18 yaşlı gənclər və 21 yaşadək idmançılar mübarizəyə qatılacaqlar.Qitə çempionatında 50 ölkədən 1147 karateçi iştirak edir.xeber100.com

Fevral 18, 2017 12:15

Güləş üzrə dünya kuboku yarışları davam edir

İran İslam Respublikasının Kirmanşah şəhərində böyüklər arasında sərbəst güləş üzrə dünya kuboku yarışları davam edir.Azərtac xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə “A” yarımqrupunda mübarizə aparır.İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4:4 hesablı bərabərliklə bitiriblər. Ancaq xalların keyfiyyətinə görə, 32:29 hesabı ilə öndə olan yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.Növbəti görüşdə millimizin rəqibi ABŞ idmançılarıdır.xeber100.com

Fevral 17, 2017 11:24

UEFA Avropa Liqasında final mərhələsinin ilk oyunları keçirilib

Bu gün futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib.Azərtac xəbər verir ki, bu mərhələnin maraqlı görüşlərindən biri İspaniyada keçirilib. “Vilyareal” klubu İtaliyanın “Roma” komandasına 0:4 hesabı ilə məğlub olub. Sankt-Peterburqun “Zenit” klubu isə səfərdə “Anderlext”ə uduzub – 0:2.Azərbaycanlı azarkeşlər üçün böyük maraq kəsb edən “Hapoel” (Beer-Şeva, İsrail) – “Beşiktaş” (Türkiyə) matçında qonaqlar sevinən tərəf olub – 1:3.Digər oyunlar isə aşağıdakı kimi nəticələnib: “Atletik” (İspaniya) – APOEL (Kipr) – 3:2 “Legiya” (Polşa) – “Ayaks” (Hollandiya) – 0:0 “Mançester Yunayted” (İngiltərə) – “Sent-Etyenn” (Fransa) – 3:0 PAOK (Yunanıstan) – “Şalke” (Almaniya) – 0:3 Komandalar arasında cavab oyunları fevralın 23-də keçiriləcək.xeber100.com

Fevral 17, 2017 11:16
    Page 746 of 830« First«...102030...744745746747748...760770780...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az