08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Çempionlar Liqasında V turun qarşılaşmalarına start veriləcək

Fevralın 21-də qadın voleybolçular arasında Çempionlar Liqasında V turun qarşılaşmalarına start veriləcək.Azərtac xəbər verir ki, Azərbaycan klublarından “Telekom” komandası Polşada “Ximik”in qonağı olacaq.Liqadakı digər komandamız “Azərreyl” isə fevralın 22-də İstanbulun “Fənərbağça” klubunu qəbul edəcək.xeber100.com

Fevral 21, 2017 11:52

Formula-1 Qran-prisi akkreditasiya prosesinə start verilib

Formula-1 Azərbaycan Qran-prisinə mətbuat nümayəndələrinin akkreditasiya prosesinə fevralın 20-də start verilib.Bu sözləri Azərtac-a müsahibəsində “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.N.Arpadarai bildirib ki, akkreditasiya prosesi ilə bağlı təşkil olunmuş tədbirdə media nümayəndələrinə qeydiyyat barədə ətraflı məlumat verilir. Həmçinin mətbuat nümayəndələrinə xüsusi media bələdçiləri paylanılıb.Akkreditasiya prosesinə martın 31-də yekun vurulacağını diqqətə çatdıran N.Arpadarai ötən mövsüm ilə müqayisədə builki yarışa qeydiyyat müddətinin daha uzun olduğunu deyib.xeber100.com

Fevral 20, 2017 10:32

Həndbol Federasiyasının məlumatına əsasən…

Həndbol üzrə respublika çempionatında birinci dövrəyə yekun vurulub.Azərtac Azərbaycan Həndbol Federasiyasına istinadla xəbər verir ki, ilk dövrənin sonuncu günündə iki matç baş tutub. Kişilər arasında oynanılan qarşılaşmalarda Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası “Nəsimi”yə 26:23, “Məhsul” klubu isə “Təhsil”ə 32:16 hesabı ilə qalib gəlib.İlk dövrənin nəticələrinə əsasən, qadın komandalar arasında “Azəryol” 6 xalla turnir cədvəlinə liderlik edir. “Nur” 4 xalla ikinci, “Qarabağ” 2 xalla üçüncüdür. Xal toplamayan “Gənclər Birliyi” sonuncu pillədə qərarlaşıb. Kişi həndbol komandalarından isə aktivində 6 xal olan “Məhsul” klubu turnir cədvəlinin birincisidir. “Təhsil” 4 xalla ikinci, 2 xala malik RİOEUGİM üçüncü pillədədir. Sonuncu yerdə qərarlaşan “Nəsimi” komandasının isə aktivində xal yoxdur.Həndbol üzrə ölkə çempionatının ikinci dövrəsinə martda start veriləcək.xeber100.com

Fevral 20, 2017 9:41

Türkiyə millisi dünya çempionatının seçmə mərhələsində…

Futbol üzrə Türkiyə millisi dünya çempionatının seçmə mərhələsində Kosovo ilə səfər oyununu neytral meydanda keçirəcək.Azərtac xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytında məlumat yerləşdirilib.Məlumatda bildirilir ki, yayda keçiriləcək qarşılaşma Albaniyada oynanılacaq. Buna səbəb isə Kosovoda UEFA-nın tələblərinə cavab verən stadionun olmamasıdır.Qeyd edək ki, Kosovo–Türkiyə oyunu iyunun 11-də keçiriləcək.xeber100.com

Fevral 20, 2017 9:29

Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçirilir

İspaniyanın Sevilya şəhərində eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçirilir.Azərtac AFFA-ya istinadla xəbər verir ki, turnirdə eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında Azərbaycan çempionatının qalibi “Ulduz” futzal komandası iştirak edir.Püşkün nəticəsinə görə, ilkin qrup mərhələsində təmsilçimizin rəqibləri İsveçin “Stokholm”, Fransanın “Reims” və Almaniyanın “Ausburg” komandaları olacaq.Təmsilçimiz fevralın 21-də “Stokholm” və “Ausburg”, fevralın 22-də isə “Reims” komandası ilə qarşılaşacaq.xeber100.com

Fevral 20, 2017 9:14

Futbol üzrə Premyer Liqasının XIX turuna start verilib

Fevralın 18-də futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turuna start verilib.AZƏRTAC xəbər verir ki, turun açılış oyununda “İnter” komandası “Zirə”ni qəbul edib. Matçın 40-cı dəqiqəsində “İnter”in futbolçusu Denis Silva avtoqol müəllifi olub. Yeddi dəqiqə sonra Rauf Əliyev bərabərlik qolunu vurub. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib – 1:1.Hesabındakı xalların sayını 33-ə çatdıran “İnter”in turnir cədvəlində 3-cü pillədəki mövqeyi dəyişməyib. “Zirə” isə 23 xalla 4-cü pilləyə yüksəlib.Günün ikinci oyununda “Neftçi” komandası “Kəpəz”i qəbul edəcək. Tura fevralın 19-da keçiriləcək “Sumqayıt”-AZAL və “Qəbələ”-“Qarabağ” oyunu ilə yekun vurulacaq.xeber100.com

Fevral 19, 2017 11:21

XIX tur çərçivəsində növbəti görüş keçirilib

Fevralın 18-də futbol üzrə Topaz Premyer Liqasında XIX tur çərçivəsində növbəti görüş keçirilib.Azərtac xəbər verir ki, baş hakim Rauf Cabbarovun idarə etdiyi günün ikinci oyununda “Neftçi” komandası “Bakcell Arena”da “Kəpəz”i qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda hesab açılmayıb. Beləliklə, flaqman çempionatda ardıcıl üçüncü qələbəsini qazana bilməyib.Bu oyundan sonra “Neftçi” xallarının sayını 17-yə çatdıraraq altıncı sırada qərarlaşıb.Aktivində 16 xal olan “Kəpəz” isə yeddinci pillədədir. Komandaların turnir cədvəlindəki mövqeləri isə dəyişməyib.Turun digər görüşləri fevralın 19-da oynanılacaq. “Sumqayıt” komandası “AZAL”ı, “Qəbələ” isə Qarabağ”ı qəbul edəcək.xeber100.com

Fevral 19, 2017 11:08

Super Liqanın IV dövrəsinə start verilib

Fevralın 17-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IV dövrəsinə start verilib.Azərtac xəbər verir ki, günün mərkəzi matçı Azərbaycan Voleybol Mərkəzində “Telekom” və “Azəryol” komandaları arasında keçirilib.Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Azəryol” komandası 3:0 hesabı ilə qalib gəlib.Hazırda Super Liqaya 29 xalla “Telekom” başçılıq edir. “Azərreyl” 23 xalla ikinci, “Azəryol” isə 19 xalla üçüncü yerdə qərarlaşıb.xeber100.com

Fevral 18, 2017 2:07

“Southwest Class Championships 2017” şahmat turniri başlanıb

ABŞ-ın Fort-Uerte şəhərində “Southwest Class Championships 2017” şahmat turniri başlanıb. Turnirin proqramında digər yarışlarla yanaşı Masters də yer alıb.Azərtac xəbər verir ki, yarışda 75 şahmatçı, o cümlədən 13 qrossmeyster iştirak edir. Azərbaycanı qrossmeyster Namiq Quliyev təmsil edəcək. Yarış cədvəlində fransalı şahmatçı Laurent Fressinet liderlik edir.xeber100.com

Fevral 18, 2017 1:55

“Karabükspor” futbol klubu UEFA tərəfindən sərt cəzalandırılıb

Türkiyənin “Karabükspor” futbol klubu UEFA tərəfindən sərt cəzalandırılıb.Azərtac xəbər verir ki, Super Liqa təmsilçisi avrokuboklardan kənarlaşdırılıb. Buna səbəb klubun maliyyə “fair-play”inin tələblərini pozmasıdır. Uzun müddət “Karabükspor”la bağlı araşdırma aparan UEFA klubu 2 il beynəlxalq yarışlardan kənarlaşdırılıb.“Karabükspor” 2016-2017-ci və 2017-2018-ci il mövsümlərində avrokuboklara vəsiqə qazansa, turnirdə iştirak edə bilməyəcək.xeber100.com

Fevral 18, 2017 1:50
    Page 746 of 831« First«...102030...744745746747748...760770780...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az