08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Afrika Millətlər Kubokunda daha 2 oyun keçirilib

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinin daha 2 oyunu keçirilib.Apasport.az saytının məlumatına görə, günün ilk oyununda qrup mərhələsini lider kimi başa vurmuş Konqo DR ikinci kimi 1/4 finala adlamış Qana ilə qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn Qana final üçün yarışacaq.Mərhələnin son oyununda isə qrupu birinci pillədə tamamlamış Misir Şimali Afrikanın digər təmsilçisi Mərakeşlə üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Mahmud Kahrabanın sona 2 dəqiqə qalmış vurduğu qol Misiri yarımfinala çıxarıb.Qeyd edək ki, daha əvvəl Kamerun və Burkina Faso yarımfinala vəsiqə qazanmışdı. Beləliklə, yarımfinalda Misir Burkina Faso ilə, Kamerun isə Qana ilə qarşılaşacaq. İlk yarımfinal matçı fevralın 1-də, digər qarşılaşma isə bir gün sonra keçiriləcək.xeber100.com Afrika Millətlər Kuboku 1/4 final 29 yanvar Konqo DR - Qana 1:2 Qol: Pol-Joze Mpoku, 68 - Cordan Ayyu, 63. Andre Ayyu, 78-pen. Misir - Mərakeş 1:0 Qol: Mahmud Kahraba, 88.

Yanvar 31, 2017 10:44

Premyer Liqasında XVI turun oyun cədvəli müəyyənləşib

Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qarşıdakı turun görüşləri iki günü əhatə edəcək.Mərkəzi oyun hesab edilən “Neftçi” – “Qəbələ” görüşü fevralın 3-də baş tutacaq. Turnir cədvəlində 3-4-cü yerlərdə qərarlaşan “İnter”lə “Sumqayıt” isə ertəsi gün üz-üzə gələcək.xeber100.com Azərbaycan Premyer Liqası XVI tur 3 fevral (cümə) 16:00. AZAL – “Qarabağ” “AZAL Arena” 18:30. “Neftçi” – “Qəbələ” “Bakcell Arena” 4 fevral (şənbə)  14:00. “Kəpəz” – “Zirə” Gəncə şəhər stadionu 16:30. “Sumqayıt” – “İnter” “Kapital Bank Arena”

Yanvar 31, 2017 10:24

XV turun mərkəzi matçı “Qarabağ” ilə “Neftçi” arasında oynanılıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü dövrəsinin növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, çempionatın XV turunun mərkəzi matçı “Qarabağ” ilə “Neftçi” arasında oynanılıb.Ağdamın “Qarabağ” klubu ən yaxın izləyicisi “Qəbələ”nin xal itirməsindən yararlana bilməyib. Çempionatın lideri Azərbaycan futbolunun flaqmanı ilə heç-heçə edib - 1:1. “Neftçi”nin heyətində Cavid İmamverdiyev birinci hissədə hesabı açıb. “Qarabağ”ın Cənubi Afrika Respublikasından olan hücumçusu D.Ndlovu on bir metrlik cərimə zərbəsindən bərabərlik qolunu vurub.On beş turdan sonra “Qarabağ” 33 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Qəbələ” 32 xalla ikinci, “İnter” isə 28 xalla üçüncüdür.xeber100.com

Yanvar 30, 2017 11:10

AFFA-nın məlumatına görə…

Futbol üzrə Azərbaycan milli komandası fevralın 9-da Qətər yığması ilə səfərdə yoldaşlıq oyunu keçirəcək.AFFA-dan Azərtac-a bildiriblər ki, bununla əlaqədar olaraq, iki futbol qurumu arasında ilkin razılıq əldə olunub.xeber100.com

Yanvar 30, 2017 11:05

Şahmat üzrə beynəlxalq turnir davam edir

İranda şahmat üzrə “Fajr Sabalan Cup” beynəlxalq turniri davam edir.Azərtac xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Azər Mirzəyev növbəti qələbəsini qazanıb. Üçüncü turda ağ fiqurlarla oynayan A.Mirzəyev yerli idmançı Nima Hüseynzadəyə qalib gəlib.Hesabında 3 xal olan Azərbaycan şahmatçısı iranlı idmançı Ehsan Qaem Məqmi ilə 1-2-ci pilləni bölüşür.xeber100.com

Yanvar 30, 2017 11:03

Milli komandaların yeni reytinq siyahısı açıqlanıb

Futzal üzrə Avropa çempionatının təsnifat mərhələsi başa çatdıqdan sonra milli komandaların yeni reytinq siyahısı açıqlanıb.Azərtac xəbər verir ki, planetin 10 ən güclü komandasının mövqeyi dəyişməz qalıb. Azərbaycan millisinin xal ehtiyatı dəyişməyib. Aktivində 1435 xal olan komandamız mövqeyini də qoruyub. Yığmamız yenə də planetin 10-cusudur.Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərimizin mövqeyinə gəlincə, Macarıstan 1192 xalla 30-cu, Bosniya və Herseqovina 1129 xalla 38-ci yerdə qərarlaşıb. Təsnifat mərhələsini adlayan Albaniya 843 xalla 77-ci yerdə ərarlaşıb.Reytinq cədvəlinə 1916 xalla Braziliya millisi liderlik edir. İspaniya 1893 xalla ikinci, Rusiya isə 1766 xalla üçüncü pillədə yer alıb.xeber100.com

Yanvar 30, 2017 11:00

Ağır atletika üzrə seçmə mərhələsi davam edir

Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının birinci seçmə mərhələsi davam edir.Azərtac xəbər verir ki, Abşeronda start götürən yarışlar hazırda Lənkəranda davam edir. Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı təmsil edən ağırlıqqaldıranlar körpücük üzərinə çıxırlar.Yarışların təşkilində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.Fevralın 1-2-də isə Samuxda Goranboy, Gəncə, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.xeber100.com

Yanvar 30, 2017 10:57

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində…

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan millisinin çıxış edəcəyi ikinci qrupda mübarizə aparacaq dördüncü komanda müəyyənləşib.Azərtac xəbər verir ki, ilkin seçmə mərhələnin “D” qrupunda 1-ci yeri tutmuş Albaniya yığması 2017-ci il aprelin 3-dən 12-dək Bakıda keçiriləcək əsas seçmə mərhələdə çıxış etmək hüququ qazanıb.Xatırladaq ki, millimizin digər rəqibləri Macarıstan və Bosniya və Herseqovina yığmalarıdır.xeber100.com

Yanvar 29, 2017 1:48

Premyer Liqasının üçüncü dövrəsinə start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü dövrəsinə start verilib.AZƏRTAC xəbər verir ki, çempionatın XV turu çərçivəsində ilk oyun Qəbələdə keçirilib.“Qəbələ” komandası “Sumqayıt”ı qəbul edib.Gərgin idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Qəbələ”nin heyətində Vitali Vernidub, rəqib komandadan isə Məhəmməd Qurbanov fərqləniblər.xeber100.com

Yanvar 29, 2017 12:37

Tennis üzrə açıq çempionat keçirilib

Amerikalı Serena Uilyams finalda böyük bacısı Vinusu məğlub edərək tennis üzrə Avstraliya açıq çempionatının qalibi olub.Azərtac xəbər verir ki, Melburn şəhərində keçirilən final görüşü 2:0 (6:4, 6:4) hesabı ilə Serenanın xeyrinə nəticələnib.Beləliklə, Serena Uilyams Avstraliya açıq çempionatında 7-ci, “Böyük dəbilqə” seriyasında isə 23-cü qələbəsini qazanaraq, alman tennisçisi Şteffi Qrafın (22) rekordunu təzələyib.Qeyd edək ki, turnirin kişilər arasında finalı yanvarın 29-da bolqar Qriqor Dimitrovu məğlub edən ispaniyalı tennisçi Rafael Nadal və həmyerlisi Stanislas Vavrinka üzərində qələbə qazanan isveçrəli Rocer Federer arasında keçiriləcək.xeber100.com

Yanvar 29, 2017 11:30
    Page 756 of 831« First«...102030...754755756757758...770780790...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az