08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən…

İdman tarixində ən güclü atletlərdən hesab olunan yamaykalı Usain Boltun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 4x100 metr yarışında qazandığı qızıl medal onun komanda yoldaşının dopinq testinin nəticələrinin müsbət çıxması ilə əlaqədar əlindən alınıb.Azərtac xəbər verir ki, testlər nəticəsində Pekin Olimpiadasında U.Boltun komanda yoldaşı Nesta Karterin qadağan olunan preparatlardan istifadə etdiyi müəyyənləşib. Buna görə də Beynəlxalq Olimpiya Komitəsi həmin yarışda çıxış edən dörd idmançının hamısının - U.Bolt və N.Karterlə birlikdə Asafa Pauellin və Maykl Fraterin də medallarının alınması barədə qərar qəbul edib.Bu qərardan sonra U.Boltun Olimpiya Oyunlarında qazandığı medalların sayı 9-dan 8-ə düşüb. Həmçinin 2008-ci, 2012-ci və 2016-cı illərdə keçirilən olimpiadalarda 100, 200 və 4x100 metr yarışlarında ardıcıl üç medal qazanaraq tarixə düşən U.Boltun bu göstəricisi də qüvvədən düşüb.xeber100.com

Yanvar 26, 2017 12:30

Bədii gimnastika üzrə beynəlxalq hakimlik kursları başlayıb

Yanvarın 26-da Bakıda bədii gimnastika üzrə beynəlxalq hakimlik kursları başlayıb. Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təşkil olunan kurslar yanvarın 30-dək davam edəcək.Azərbaycan Gimnastika Federasiyasından (AGF) Azərtac-a bildiriblər ki, kursların açılışında FIG-in nümayəndəsi Yunis Lebre iştirakçılara təşkilat komitəsinin üzvlərini təqdim edib. Yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirən Y.Lebre hakimlərə uğurlar arzulayıb.AGF-in baş katibi Fərid Qayıbov ötən həftə Bakıda Beynəlxalq Gimnastika Federasiyasının qitələrarası hakimlik kursunun keçirildiyini xatırladıb. Bədii gimnastika üzrə beynəlxalq hakimlik kurslarının Azərbaycanda ilk dəfə təşkil edildiyini vurğulayan F.Qayıbov iştirakçılara uğurlar arzulayıb. O, kursların uğurla keçəcəyinə ümidvar olduğunu bildirib.Kurslarda 17 ölkənin milli federasiyasından 58 hakim iştirak edir. Tədbirdə Azərbaycanı 20 hakim təmsil edir.xeber100.com

Yanvar 26, 2017 12:20

“Azərreyl” və “Telekom” klubları növbəti oyunlarını keçiriblər

Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” və “Telekom” klubları Çempionlar Liqasında növbəti oyunlarını keçiriblər.Azərtac xəbər verir ki, “C” qrupunda mübarizə aparan Azərbaycan çempionu “Azərreyl” dördüncü tur çərçivəsində Fransada “Sen-Rafael” komandası ilə qarşılaşıb. Görüş “Azərreyl”in qələbəsi ilə başa çatıb-3:1. Qrupun digər oyununda “Fənərbağça” Polşada “Dombrova Qurniça”nı eyni hesabla üstələyib.Beləliklə, üç oyundan sonra doqquz xal yığan Türkiyənin “Fənərbağça” komandası qrupda liderdir.“Azərreyl” altı xalla ikinci, “Dombrova Qurniça” üç xalla üçüncü, xalı olmayan “Sent-Rafael” dördüncü pillədə qərarlaşıb.Turnirdə “A” qrupunda mübarizə aparan “Telekom” isə “Modena”nın (İtaliya) qonağı olub. Qarşılaşmada ev sahibləri hər üç seti qələbə ilə başa vurublar. Qrupun digər oyununda İtaliyanın digər təmsilçisi “İmoko” Polşada “Ximik”ə qalib gəlib-3:2.Üç turdan sonra “Modena” səkkiz xalla birinci, “İmoko” altı xalla ikinci, “Ximik” dörd xalla üçüncüdür. Aktivində xal olmayan “Telekom” isə qrupda sonuncu pillədə yer alıb.xeber100

Yanvar 26, 2017 12:15

Avropa çempionatının püşkatma mərasimi keçirilib

Yanvarın 26-da İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ildə İtaliyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.Azərtac xəbər verir ki, püşkün nəticəsinə əsasən, beşinci qrupda mübarizə aparacaq Azərbaycan yığması seçmə mərhələdə Almaniya, İsrail, Norveç, İrlandiya və Kosovo komandaları ilə qarşılaşacaq.xeber100.com

Yanvar 26, 2017 11:35

“Real Madrid” klubu yeni qərar qəbul edib

Dünyanın və İspaniyanın futbol nəhəngi “Real Madrid” klubunun rəhbərliyi Yaxın Şərqdə satışa çıxardığı formaların üzərindəki loqodan xaç işarəsinin çıxarılması barədə qərar qəbul edib.Azərtac xəbər verir ki, klub rəhbərliyinin qərarında Yaxın Şərqin müsəlman əhalisinin bu məsələ ilə əlaqədar həssaslığı nəzərə alınıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Marka” firması ilə razılığa gələn “Real Madrid” klubu öz məhsullarını yeni əməkdaşlıq vasitəsilə bu ölkə ilə yanaşı, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və İordaniyada satışa çıxaracaq.Bu, Madrid klubunun 1908-ci ildən bəri istifadə etdiyi loqodan xaç işarəsini çıxardığı ikinci haldır. Belə ki, “Real Madrid” klubu “Emirates” şirkəti ilə sponsorluğa dair 2014-cü ildə Əbu-Dabi Milli Bankı ilə imzaladığı müqaviləyə əsasən loqodakı xaç işarəsini götürmüşdü.xeber100.com

Yanvar 26, 2017 11:29

Mətbuat nümayəndələrinin akkreditasiya prosesinə start veriləcək

Fevralın 20-də Formula-1 Azərbaycan Qran-prisinə mətbuat nümayəndələrinin akkreditasiya prosesinə start veriləcək.Bu sözləri Azərtac-a müsahibəsində "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.N.Arpadarai bildirib ki, akkreditasiya prosesi ilə bağlı təşkil olunacaq tədbirdə media nümayəndələrinə qeydiyyat barədə ətraflı məlumat veriləcək. Həmçinin media nümayəndələrinə xüsusi bələdçilər paylanacaq.Akkreditasiya prosesinə martın 31-də yekun vurulacağını diqqətə çatdıran N.Arpadarai ötən mövsüm ilə müqayisədə builki yarışa qeydiyyat müddətinin daha uzun olduğunu deyib.xeber100.com

Yanvar 25, 2017 1:37

ATGTİ-nin məlumatına görə…

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudovun gənclərlə görüşü keçirilib.ATGTİ-dən Azərtac-a bildiriblər ki, görüşdə ittifaqın sədri Ş.İsmayılov gənclərlə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O, Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycanın əməkdar məşqçisi Firdovsi Umudovun 2012-ci ildə dünyanın, 2009, 2012 və 2015-ci illərdə isə Azərbaycanın ən yaxşı məşqçisi seçildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.Tələbə gənclərin çoxsaylı suallarını cavablandıran Firdovsi Umudov onlara idmançıların yarışdan öncə fiziki və psixoloji hazırlıq, aparılan fərdi söhbətlər barədə ətraflı məlumat verib.xeber100.com

Yanvar 25, 2017 1:33

“Qəhrəmanların döyüşü” devizi altında…

Azərbaycan idmançısı Şikar Bədəlov “Qəhrəmanların döyüşü” devizi altında Düsseldorfda keçirilən kikboksinq üzrə Avropa çempionatının qalibi olub.Azərtac xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Ş.Bədəlovun rəqibi pakistanlı idmançı olub.Ş.Bədəlov jurnalistlərə açıqlamasında bildirib ki, bu, peşəkar döyüşlərdə böyük uğurlar qazanan pakistanlı idmançının ilk məğlubiyyəti olub. O, mayın 27-də Almaniyada keçiriləcək və 15 ölkədən 50-yə yaxın idmançının qatılacağı “Fight Fijen 5” yarışında da Azərbaycanı uğurla təmsil etmək üçün səylə hazırlaşdığını diqqətə çatdırıb.Xatırladaq ki, azərbaycanlı idmançı keçirdiyi üç peşəkar döyüşün ikisində qalib gəlib və yalnız bir görüşdə məğlub olub.

Yanvar 25, 2017 12:55

“Sürətin nəbzini tut!” mövzusunda ikigünlük təlim başlayıb

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşkilatçılığı ilə yanvarın 24-də Formula-1 idmanından yazan jurnalistlər üçün “Sürətin nəbzini tut!” mövzusunda ikigünlük təlim başlayıb.Azərtac xəbər verir ki, təlimin birinci günündə beynəlxalq təcrübəyə malik jurnalist və multimedia mütəxəssisi Dan Manson idmanın bu növünün işıqlandırılması qaydalarından danışıb.Təlimin keçirilməsində məqsəd azərbaycanlı idman jurnalistlərinə avtoidman sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərin təcrübəsindən faydalanmağı təmin etməkdir. Bu təlim həmişə inkişaf edən idman aləmi, xüsusən də Formula-1 haqqında xəbər hazırlamaqla bağlı iştirakçılara zəngin təcrübə qazandıracaq. Təlim zamanı təqdim olunacaq multimedia layihəsi çərçivəsində iştirakçılar əldə etdikləri bilik və bacarıqları qrup şəklində nümayiş etdirmək fürsətinə sahib olacaqlar.Təlimi uğurla başa vuran iştirakçılara BŞH, Akademiya və Dan Mason Media Şirkətinin diplomu təqdim ediləcək.xeber100.com

Yanvar 25, 2017 12:45

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə…

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) paracüdo üzrə milli komandası IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə olimpiyaçı cüdoçularla birlikdə Avstriyada təlim-məşq toplanışında iştirak edib. Toplanış uğurla başa çatıb və idmançılarımız artıq vətənə qayıdıblar.AMPK-dən Azərtac-a bildiriblər ki, Azərbaycanda paracüdo idmanının inkişafı və geniş vüsət alması məqsədilə milli komandanın heyətinə kişi və qadın idmançılar cəlb olunub. Kişilərdən ibarət milli komandanın məşqçisi İbrahim İbrahimov, qadınlardan ibarət milli komandanın məşqçisi isə London Paralimpiya Oyunlarının çempionu Ramin İbrahimovdur.Paracüdo üzrə respublika çempionatı fevralda keçiriləcək.xeber100.com  

Yanvar 25, 2017 12:38
    Page 758 of 831« First«...102030...756757758759760...770780790...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az