08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Ağır atletika üzrə yarışlarının seçmə mərhələsinə yekun vurulub

omAzərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının birinci seçmə mərhələsinə yekun vurulub.Azərtac xəbər verir ki, son olaraq fevralın 1-2-də Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Şəki və Qaxı təmsil edən 150-yə yaxın atlet körpücük üzərinə çıxıblar.Yarışların təşkilində məqsəd regionlarda atletlərin hazırlıq vəziyyətinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.xeber100.com

Fevral 4, 2017 12:11

“Legends of Azerbaijan” adlı turnir keçiriləcək

Martın sonu və aprelin əvvəlində Bakıda K-1 döyüş növü üzrə “Legends of Azerbaijan” adlı turnir keçiriləcək.Azərtac xəbər verir ki, bu sözləri fevralın 4-də Bakıda təşkil olunan mətbuat konfransında K-1 döyüş növünün Azərbaycan və Yaxın Şərq üzrə rəsmisi Elnur Məmmədov deyib.E.Məmmədov bildirib ki, turnirə ölkəmizin güclü idmançıları ilə yanaşı, dünyanın tanınmış döyüşçüləri qatılacaqlar.Döyüşçülərimizin beynəlxalq arenada çıxışını yüksək qiymətləndirən E.Məmmədov K-1 döyüş növünün ölkəmizdə inkişaf istiqamətləri barədə məlumat verib.Sonra E.Məmmədov jurnalistlərin suallarını cavablandırıb.xeber100.com

Fevral 4, 2017 11:50

“Barselona” futbol klubuna yeni səfir təyin olunub

Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Ronaldinyo “Barselona” futbol klubunun səfiri təyin olunub.Azərtac xəbər verir ki, bu barədə Kataloniya klubu məlumat yayıb. Bildirilir ki, məşhur futbolçu ilə razılığa gəlinib və Ronaldinyo qarşıdakı illərdə “Barselona”nı müxtəlif tədbir və mərasimlərdə səfir kimi təmsil edəcək. “Barselona”nın yeni reklam üzü olacaq Ronaldinyo klubun dünya üzrə təşkil etdiyi keçmiş futbolçularla oyunlarda da meydançaya çıxacaq.Dünyanın ən yaxşı yarımmüdafiəçiləri arasında göstərilən 36 yaşlı “sambaçı” 2003–2008-ci illərdə “Barselona”da forma geyinib.xeber100.com

Fevral 3, 2017 12:00

Beynəlxalq Triatlon İttifaqı reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Triatlon İttifaqı idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsovun reytinq cədvəlindəki mövqeyi dəyişməyib. Belə ki, R.Pevtsov 3209,77 xalla 17-ci pillədədir.Reytinq cədvəlinə ispaniyalı Mario Molaya liderik edir. Böyük Britaniya təmsilçisi Conatan Braunli ikinci, digər ispaniyalı triatlonçu Fernando Alarza isə üçüncüdür.xeber100.com

Fevral 3, 2017 11:56

Açıq ölkə çempionatı keçiriləcək

Fevralın 4-5-də Qusarda buzadırmanma üzrə açıq ölkə çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, yarışda 16 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Çempionat ölkəmizdə ekstremal idman növlərini inkişaf etdirmək, gəncləri bu idman növlərinə cəlb etmək, beynəlxalq yarışlarda iştirak edəcək yığma komandanın formalaşması məqsədi daşıyır.Yarış çətinlik və sürət növü üzrə Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının qaydalarına əsasən keçiriləcək.xeber100.com

Fevral 3, 2017 11:52

Afrika Millətlər Kubokunun finalçıları müəyyənləşib

Qabonda keçirilən futbol üzrə Afrika Millətlər Kubokunun finalçıları müəyyənləşib.Azərtac xəbər verir ki, fevralın 5-də keçiriləcək final oyununda Misir və Kamerun milliləri qarşılaşacaqlar.Uqo Broosun baş məşqçisi olduğu Kamerun komandası finala gedən yolda Qana yığmasına iki cavabsız qolla qalib gəlib.Finaldan bir gün əvvəl üçüncü yer uğrunda görüşdə isə Qana və Burkina-Faso yığmaları üz-üzə gələcəklər.xeber100.com

Fevral 3, 2017 11:46

“Alpe Adrea” beynəlxalq turnir keçirilib

İtaliyanın Liqnano şəhərində cüdo idman növü üzrə ənənəvi “Alpe Adrea” beynəlxalq turnir keçirilib.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, Azərbaycanın yığma komandasının da iştirak etdiyi bu turnirdə Avropanın müxtəlif ölkələrindən mindən artıq cüdoçu mübarizə aparıb.İki gün davam edən turnirin nəticələrinə əsasən, Təhsil Nazirliyinin 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri yüksək nəticələr qazanıblar.xeber100.com

Fevral 3, 2017 11:24

IV İsam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı…

Bakıda keçiriləcək IV İsam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı bütün işlər həll olunub.Azərtac xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Gənclər və idman naziri A.Rəhimov məlumat verib.Nazir qeyd edib ki, 57 İslam ölkəsindən idmançıların IV İsam Həmrəyliyi Oyunlarında iştirakını təmin etmək əsas vəzifəmizdir. Artıq əlli ölkədən təsdiq cavabı almışıq və onlar iştirak edəcəklər. Qalan yeddi ölkənin bəzilərinin maliyyə məsələləri ilə bağlı müəyyən problemlər var. Çalışırıq ki, onlara da kömək edək və onları da oyunlara cəlb edək.A.Rəhimov bildirib ki, hazırlıq prosesində növbəti addımımız nəqliyyat sistemi ilə bağlı işlərdir. Bu, çox vacib bir sistemdir. Birinci Avropa Oyunlarında çoxlu avtobus sifariş olunmuşdu. Bu dəfə başqa yol axtarıb bunu həyata keçirməliyik.xeber100.com

Fevral 2, 2017 11:49

“Challenge Cup” turnirinin final mərhələsi çərçivəsində…

Bakının “ABU” həndbol komandası Polşanın “Kram Start Elblag” klubu ilə görüşəcək.Azərtac xəbər verir ki, qadın həndbolçulardan ibarət “ABU” komandası fevralın 10-11-də Polşanın Elblak şəhərində yerli “Kram Start Elblag” komandası ilə görüşəcək. Nəzərdə tutulan oyun Avropa Həndbol Federasiyasının keçirdiyi “Challenge Cup” turnirinin səkkizdəbir final mərhələsi çərçivəsində reallaşacaq.Qeyd edək ki, əvvəlki mərhələdə həndbolçularımız Belçikanın “Femina Vise” komandasına qalib gəlib.xeber100.com

Fevral 2, 2017 11:41

Yarımmüdafiəçi Munir Obbadi “Nitsa”ya keçib

"Lill" futbol klubunun yarımmüdafiəçisi Munir Obbadi "Nitsa"ya keçib.Azərtac xəbər verir ki, 33 yaşlı mərakeşli azad agent kimi yeni komandasına qoşulub.Bir müddət əvvəl verilən məlumata görə, Obbadi şəxsi məsələlərə görə komandasını dəyişib. 2016-cı ildə futbolçunun evi qarət edilmişdi.Cari mövsümdə Obbadi "Lill"in heyətində 7 oyunda meydana çıxıb.xeber100.com

Fevral 2, 2017 11:32
    Page 754 of 831« First«...102030...752753754755756...760770780...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az