05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin məlumatı

Bu il iyunun 23-25-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-prisinə biletlərin 30 faizədək endirimli qiymətlərlə satışı kampaniyası bir həftə sonra - yanvarın 31-də başa çatacaq.Azərtac xəbər verir ki, Azərbaycanda Formula-1 yarışının təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) endirimli qiymətlərlə bilet satışı kampaniyasının başa çatmasına bir həftənin qalması ilə əlaqədar yarış həvəskarlarını bir daha bu fürsətdən yararlanmağa çağırır.BŞH ötən dekabrın 2-dən etibarən 30 faizədək endirimli dördgünlük biletləri məhdud sayda təklif edir. Bu kampaniya cari il yanvarın 31-dək davam edəcək. Kampaniya başa çatdıqdan sonra biletlərin satışı tam qiymətlərlə aparılacaq.Dördgünlük biletlər azarkeşlərə trekdə üç gün müddətində davam edəcək yarışlarla yanaşı, trekdən kənarda əyləncə tədbirlərinə qatılmaq, həmçinin iyunun 22-də keçiriləcək “Pit yolu” yürüşündə iştirak imkanı verir.xeber100.com

Yanvar 27, 2017 11:36

Cüdo üzrə Bakı birinciliyinə start verilib

Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində kiçikyaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı birinciliyinə start verilib.Azərtac xəbər verir ki, iki gün davam edəcək yarışın ilk günündə 282 yeniyetmə cüdoçu (281 oğlan, 11 qız) qüvvəsini sınayır.Yarışın birinci günündə qızlar 32, 36, 40, 44, oğlanlar isə 34, 38, 42, 46 və 50 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.xeber100.com

Yanvar 27, 2017 11:29

“Avro-2019”dakı oyunlarının təqvimi müəyyənləşib

Xəbər verdiyimiz kimi, yanvarın 26-da İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ildə İtaliyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.Azərtac xəbər verir ki, püşkün nəticəsinə əsasən, yığmamız seçmə mərhələnin 5-ci qrupunda Almaniya, İsrail, Norveç, İrlandiya və Kosovo yığmaları mübarizə aparacaq.Yığmamızın oyunlarının təqvimi müəyyənləşib. Təqvimi təqdim edirik: 2017-ci il 31 avqust İsrail – Azərbaycan 5 sentyabr Azərbaycan – İrlandiya 6 oktyabr Almaniya – Azərbaycan 9 noyabr Azərbaycan – Almaniya 14 noyabr Azərbaycan – Kosovo 2018-ci il 22 mart Kosovo – Azərbaycan 27 mart İrlandiya – Azərbaycan 6 sentyabr Azərbaycan – İsrail 11 sentyabr Azərbaycan – Norveç 16 oktyabr Norveç – Azərbaycan.xeber100.com

Yanvar 27, 2017 11:21

“Neftçi” nin U-17 və U-14 kollektivləri təlim-məşq toplanışında olublar

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalara fasilə verildiyindən “Neftçi İdman Klubu”nun U-17 və U-14 futbol kollektivləri Gürcüstanın Çakvi şəhərində təlim-məşq toplanışında olublar.Klubdan Azərtac-a bildiriblər ki, hazırlıq prosesi çərçivəsində U-17 komandamız 3 yoldaşlıq oyunu keçirib. Komandamız “Kabuleti”, “Dinamo” və “Bobokvati” kollektivləri ilə qarşılaşıb və rəqiblərini müvafiq olaraq 6:1, 2:1 və 6:2 hesabı ilə məğlub edib.U-14 komandamız isə həmin şəhərdə təşkil olunan turnirə qatılıb və bütün görüşləri qələbə ilə başa vuraraq qalib olub. Futbolçularımız “Momavali” (6:1), “Kaspi” (2:1), “Ozurgeti” (3:1) və “Bobokvati” (1:0) komandaları ilə keçirdikləri oyunların hər birində əldə etdikləri inamlı qələbə sayəsində turniri birinci pillədə başa vurublar.Çakvi şəhər bələdiyyəsi tərəfindən keçirilən turnirin qaliblərinə kubok, medal və diplomlar təqdim olunub.xeber100.com

Yanvar 27, 2017 11:05

AFFA-dan FİFA-ya müraciət ünvanlanıb

Hazırda Almaniyada çıxış edən futbolçu Renat Dadaşov AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini qeyd etmiş, bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq Almaniya Futbol İttifaqı bildirmişdi ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb.Azərtac xəbər verir ki, AFFA onun müvafiq qaydalara uyğun olaraq Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət ünvanlamışdı. FIFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı məktubda bildirilir ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və Renat Dadaşovun FIFA-ya müraciəti təmin olunsun və futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququna sahibdir.xeber100.com

Yanvar 27, 2017 11:01

Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən…

İdman tarixində ən güclü atletlərdən hesab olunan yamaykalı Usain Boltun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 4x100 metr yarışında qazandığı qızıl medal onun komanda yoldaşının dopinq testinin nəticələrinin müsbət çıxması ilə əlaqədar əlindən alınıb.Azərtac xəbər verir ki, testlər nəticəsində Pekin Olimpiadasında U.Boltun komanda yoldaşı Nesta Karterin qadağan olunan preparatlardan istifadə etdiyi müəyyənləşib. Buna görə də Beynəlxalq Olimpiya Komitəsi həmin yarışda çıxış edən dörd idmançının hamısının - U.Bolt və N.Karterlə birlikdə Asafa Pauellin və Maykl Fraterin də medallarının alınması barədə qərar qəbul edib.Bu qərardan sonra U.Boltun Olimpiya Oyunlarında qazandığı medalların sayı 9-dan 8-ə düşüb. Həmçinin 2008-ci, 2012-ci və 2016-cı illərdə keçirilən olimpiadalarda 100, 200 və 4x100 metr yarışlarında ardıcıl üç medal qazanaraq tarixə düşən U.Boltun bu göstəricisi də qüvvədən düşüb.xeber100.com

Yanvar 26, 2017 12:30

Bədii gimnastika üzrə beynəlxalq hakimlik kursları başlayıb

Yanvarın 26-da Bakıda bədii gimnastika üzrə beynəlxalq hakimlik kursları başlayıb. Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təşkil olunan kurslar yanvarın 30-dək davam edəcək.Azərbaycan Gimnastika Federasiyasından (AGF) Azərtac-a bildiriblər ki, kursların açılışında FIG-in nümayəndəsi Yunis Lebre iştirakçılara təşkilat komitəsinin üzvlərini təqdim edib. Yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirən Y.Lebre hakimlərə uğurlar arzulayıb.AGF-in baş katibi Fərid Qayıbov ötən həftə Bakıda Beynəlxalq Gimnastika Federasiyasının qitələrarası hakimlik kursunun keçirildiyini xatırladıb. Bədii gimnastika üzrə beynəlxalq hakimlik kurslarının Azərbaycanda ilk dəfə təşkil edildiyini vurğulayan F.Qayıbov iştirakçılara uğurlar arzulayıb. O, kursların uğurla keçəcəyinə ümidvar olduğunu bildirib.Kurslarda 17 ölkənin milli federasiyasından 58 hakim iştirak edir. Tədbirdə Azərbaycanı 20 hakim təmsil edir.xeber100.com

Yanvar 26, 2017 12:20

“Azərreyl” və “Telekom” klubları növbəti oyunlarını keçiriblər

Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” və “Telekom” klubları Çempionlar Liqasında növbəti oyunlarını keçiriblər.Azərtac xəbər verir ki, “C” qrupunda mübarizə aparan Azərbaycan çempionu “Azərreyl” dördüncü tur çərçivəsində Fransada “Sen-Rafael” komandası ilə qarşılaşıb. Görüş “Azərreyl”in qələbəsi ilə başa çatıb-3:1. Qrupun digər oyununda “Fənərbağça” Polşada “Dombrova Qurniça”nı eyni hesabla üstələyib.Beləliklə, üç oyundan sonra doqquz xal yığan Türkiyənin “Fənərbağça” komandası qrupda liderdir.“Azərreyl” altı xalla ikinci, “Dombrova Qurniça” üç xalla üçüncü, xalı olmayan “Sent-Rafael” dördüncü pillədə qərarlaşıb.Turnirdə “A” qrupunda mübarizə aparan “Telekom” isə “Modena”nın (İtaliya) qonağı olub. Qarşılaşmada ev sahibləri hər üç seti qələbə ilə başa vurublar. Qrupun digər oyununda İtaliyanın digər təmsilçisi “İmoko” Polşada “Ximik”ə qalib gəlib-3:2.Üç turdan sonra “Modena” səkkiz xalla birinci, “İmoko” altı xalla ikinci, “Ximik” dörd xalla üçüncüdür. Aktivində xal olmayan “Telekom” isə qrupda sonuncu pillədə yer alıb.xeber100

Yanvar 26, 2017 12:15

Avropa çempionatının püşkatma mərasimi keçirilib

Yanvarın 26-da İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ildə İtaliyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.Azərtac xəbər verir ki, püşkün nəticəsinə əsasən, beşinci qrupda mübarizə aparacaq Azərbaycan yığması seçmə mərhələdə Almaniya, İsrail, Norveç, İrlandiya və Kosovo komandaları ilə qarşılaşacaq.xeber100.com

Yanvar 26, 2017 11:35

“Real Madrid” klubu yeni qərar qəbul edib

Dünyanın və İspaniyanın futbol nəhəngi “Real Madrid” klubunun rəhbərliyi Yaxın Şərqdə satışa çıxardığı formaların üzərindəki loqodan xaç işarəsinin çıxarılması barədə qərar qəbul edib.Azərtac xəbər verir ki, klub rəhbərliyinin qərarında Yaxın Şərqin müsəlman əhalisinin bu məsələ ilə əlaqədar həssaslığı nəzərə alınıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Marka” firması ilə razılığa gələn “Real Madrid” klubu öz məhsullarını yeni əməkdaşlıq vasitəsilə bu ölkə ilə yanaşı, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və İordaniyada satışa çıxaracaq.Bu, Madrid klubunun 1908-ci ildən bəri istifadə etdiyi loqodan xaç işarəsini çıxardığı ikinci haldır. Belə ki, “Real Madrid” klubu “Emirates” şirkəti ilə sponsorluğa dair 2014-cü ildə Əbu-Dabi Milli Bankı ilə imzaladığı müqaviləyə əsasən loqodakı xaç işarəsini götürmüşdü.xeber100.com

Yanvar 26, 2017 11:29
    Page 757 of 830« First«...102030...755756757758759...770780790...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az