06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Sürətin nəbzini tut!” mövzusunda ikigünlük təlim başlayıb

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşkilatçılığı ilə yanvarın 24-də Formula-1 idmanından yazan jurnalistlər üçün “Sürətin nəbzini tut!” mövzusunda ikigünlük təlim başlayıb.Azərtac xəbər verir ki, təlimin birinci günündə beynəlxalq təcrübəyə malik jurnalist və multimedia mütəxəssisi Dan Manson idmanın bu növünün işıqlandırılması qaydalarından danışıb.Təlimin keçirilməsində məqsəd azərbaycanlı idman jurnalistlərinə avtoidman sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərin təcrübəsindən faydalanmağı təmin etməkdir. Bu təlim həmişə inkişaf edən idman aləmi, xüsusən də Formula-1 haqqında xəbər hazırlamaqla bağlı iştirakçılara zəngin təcrübə qazandıracaq. Təlim zamanı təqdim olunacaq multimedia layihəsi çərçivəsində iştirakçılar əldə etdikləri bilik və bacarıqları qrup şəklində nümayiş etdirmək fürsətinə sahib olacaqlar.Təlimi uğurla başa vuran iştirakçılara BŞH, Akademiya və Dan Mason Media Şirkətinin diplomu təqdim ediləcək.xeber100.com

Yanvar 25, 2017 12:45

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə…

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) paracüdo üzrə milli komandası IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə olimpiyaçı cüdoçularla birlikdə Avstriyada təlim-məşq toplanışında iştirak edib. Toplanış uğurla başa çatıb və idmançılarımız artıq vətənə qayıdıblar.AMPK-dən Azərtac-a bildiriblər ki, Azərbaycanda paracüdo idmanının inkişafı və geniş vüsət alması məqsədilə milli komandanın heyətinə kişi və qadın idmançılar cəlb olunub. Kişilərdən ibarət milli komandanın məşqçisi İbrahim İbrahimov, qadınlardan ibarət milli komandanın məşqçisi isə London Paralimpiya Oyunlarının çempionu Ramin İbrahimovdur.Paracüdo üzrə respublika çempionatı fevralda keçiriləcək.xeber100.com  

Yanvar 25, 2017 12:38

Rusiya Futbol İttifaqının açıqlamasına əsasən…

Birlik Kubokunun yenidən təşkili ilə bağlı azərbaycanlı həmkarlarımızdan tutarlı təkliflər almışıq.Azərtac xəbər verir ki, bunu “sport-weekend” qəzetinə müsahibəsində Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko Birlik Kubokunun gələcək taleyi ilə bağlı açıqlamasında deyib.V.Mutko mövzu ilə bağlı UEFA prezidenti Aleksander Çeferinlə fikir mübadiləsi apardığını da gizlətməyib: “Əgər klubları yenidən Birlik Kubokuna cəlb etmək istəyiriksə, bunun necə təşkil olunması haqda düşünmək lazımdır. Məsələn, yarışı cənubda keçirmək olar. Bunlardan bir variantı Soçidir. Azərbaycandan olan həmkarlarımızdan da tutarlı təkliflər almışıq. Mükafat fondu məsələsini yenidən gündəmə gətirib artırmaq olar. Turnirin gənclərdən ibarət yığmalar arasında keçirməsi isə uğursuz variantdır”.xeber100.com

Yanvar 24, 2017 11:29

Beynəlxalq avtomobil sərgisində…

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) nümayəndə heyəti Formula-1 Azərbaycan Qran-prisini ilk dəfə Beynəlxalq avtomobil sərgisində dünya ictimaiyyətinə təqdim etmək üçün ötən həftə İngiltərənin Birmingem şəhərində səfərdə olub.BŞH-dən Azərtac-a bildiriblər ki, sayca 27-ci dəfə təşkil edilən sərgi Avropada Formula-1 mövsümündən əvvəl qapalı məkanda keçirilən ən böyük avtomobil sərgisi hesab olunur. Ötən illərdə olduğu kimi, bu il də sərgidə müxtəlif sürət yarışlarında yer alan avtomobillərin nümayişi ilə yanaşı, bütövlükdə avtoidman və avtomobil sektorunda baş verən ən son yeniliklər ictimaiyyətə təqdim edilib.xeber100.com

Yanvar 24, 2017 11:24

“Mançester Siti” futbol klubu təkzib edib

“Mançester Siti” futbol klubunun baş məşqçisi Xosep Qvardiola hücumçu Serxio Aqueronu satacaqları ilə bağlı xəbərləri təkzib edib.Azərtac xəbər verir ki, o, argentinalı futbolçu ilə müqavilənin müddətini uzatdıqlarını, lakin bunun rəsmi şəkildə açıqlanmadığını söyləyib. Ehtimal edilir ki, müqavilənin müddəti ötən il artırılıb.Qeyd edək ki, cari mövsüm 15 oyuna 11 qol vuran 28 yaşlı oyunçunun “Real”a keçəcəyi barədə məlumatlar yayılmışdı.xeber100.com

Yanvar 24, 2017 11:19

“Qarabağ” futbol klubu iki yoxlama oyunu keçirib

Ağdamın “Qarabağ” futbol klubu keçirdiyi iki yoxlama oyunu ilə Antalya qış təlim-məşq toplanışına yekun vurub.Klubdan Azərtac-a bildiriblər ki, komandamız günün ilk oyununda Qazaxıstanın “Atırau” klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi erkən dəqiqələrdə qapısında qol görüb. Daha sonra oyunda üstünlüyü ələ alan komandamız hücumlarının sayını artırıb. Bir neçə qol epizodunda isə rəqib qapıçı yaxşı oynayıb. Qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.Günün ikinci oyununda komandamız Polşanın “Termalika” klubu ilə qarşılaşıb. Komandamız oyuna sürətli başlayıb. Qarşılaşmanın 5-ci dəqiqəsində Ağabala Ramazanov dəqiq zərbə ilə hesabı açıb. Bu qoldan 8 dəqiqə sonra Ansi Aqollinin cinahdan ötürməsini Dino Ndlovu dəqiq baş zərbəsi ilə tamamlayıb. Rəqib 26-cı dəqiqədə hesab arasındakı fərqi azaldıb. Qarşılaşmada növbəti qol matçın 76-cı dəqiqəsinə təsadüf edib. Bədavi Hüseynov fərqlənərək hesabı 3:1 edib. Bu qoldan 5 dəqiqə sonra rəqib yenidən fərqi minimuma endirib. Beləliklə, qarşılaşma 3:2 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb.xeber100.com

Yanvar 24, 2017 11:16

Zona yarışları keçiriləcək

Yanvarın 26-dan fevralın 1-dək Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə zona yarışları keçiriləcək.Azərtac xəbər verir ki, yarışların keçirilməsində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda yanvarın 26-27-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan atletlər mübarizəyə qoşulacaqlar. Yanvarın 29-30-da Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, fevralın 1-2-də Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər yarışacaqlar.xeber100.com

Yanvar 24, 2017 11:13

“Barselona” komandası La Liqanın 19-cu turunda…

İspaniyanın “Barselona” komandası La Liqanın 19-cu turunda səfərdə “Eybar” komandasını 4:0 hesabı ilə darmadağın edib.Azərtac xəbər verir ki, oyun “Barselona”nın “qızıl üçlüyü”nün – Lionel Messi, Luis Suares və Neymarın gözəl oyunu ilə yadda qalıb. Kataloniya təmsilçisinin ilk qolunu matçın 31-ci dəqiqəsində Denis Suarez vurub. Fasilədən sonra oyunda üstünlüyü tamamilə ələ alan “Barselona”nın heyətində Lionel Messi (50), Luis Suarez (68) və Neymar (90+1) “Eybar” üzərində çoxqollu qələbəni rəsmiləşdiriblər.Bu matçda vurduğu qol Neymarın “Barça”nın heyətində 94-cü qolu olub. Bununla da o, həmyerlisi Ronaldinyonun “Barselona”dakı göstəricisini təkrarlayıb. Ronaldinyo 94 qolu 207 oyunda vurduğu halda, Neymar buna 164 oyunda nail olub.“Eybar” üzərində qələbədən sonra xallarının sayını 41-ə çatdıran “Barselona” bir oyun az keçirən “Real Madrid”dən iki, “Sevilya”dan isə bir xal geridədir.Bu tur çərçivəsində yanvarın 21-də lider “Real Madrid” “Santyaqo Bernabeu”da “Malaqa”nı (2:1), “Sevilya” isə səfərdə autsayder “Osasuna”nı (4:3) məğlub edib.xeber100.com

Yanvar 23, 2017 11:37

Voleybol yarışı keçirilib

Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 138 nömrəli tam orta məktəbin idman zalında məktəblilərin XXIX Spartakiadasının proqramına daxil olan qızlar arasında voleybol üzrə yarış keçirilib.Azərtac xəbər verir ki, yarışda rayonun 10 məktəbinin komandası iştirak edib.Yarışda birinci yeri 138, ikinci yeri 17, üçüncü yeri 269 nömrəli tam orta məktəblərin komandaları tutublar.lomları ilə mükafatlandırılıblar.Qeyd edək ki, rayon mərhələsində qalib gələn 138 nömrəli tam orta məktəbin komandası Bakı məktəbliləri arasında keçiriləcək XXIX Spartakiadanın qızlar arasında voleybol üzrə yarışında rayonu təmsil etmək hüququ qazanıb.xeber100.com

Yanvar 23, 2017 11:33

“Zirə” futbol klubu ikinci yoxlama oyununu keçirib

“Zirə” futbol klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.Klubdan Azərtac-a bildiriblər ki, komandamız Bolqarıstan təmsilçisi “Lokomotiv”lə üz-üzə gəlib.Qarşılaşmanın ilk dəqiqələrindən etibarən “qartallar” rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaratsalar da, fasiləyə qədər hesab açılmayıb. Oyunun ikinci hissəsində də topa nəzarət daha çox komandamızın tərəfində olub. Oyunun 70-ci dəqiqəsində Aleksandr Şemonayevlə rəqib oyunçu arasında yaranan mübahisə hər iki futbolçunun qırmızı vərəqə alması ilə nəticələnib. Son dəqiqələrdə isə Bolqarıstan təmsilçisi cərimə zərbəsi ilə hesabı açıb. Bu qol oyunda yeganə olub və “Zirə” yoxlama oyununda uduzub – 0:1.xeber100.com

Yanvar 23, 2017 11:29
    Page 758 of 830« First«...102030...756757758759760...770780790...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az