03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Onlayn şahmat seriyasının səkkizinci mərhələsinə start veriləcək

Bu gün “Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsinə start veriləcək.“Aimchess Rapid” adlanan mərhələ yarışının birinci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov hazırkı dünya çempionu norveçli Maqnus Karlsenlə mübarizə aparacaq.Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı pley-offa vəsiqə qazanacaq.xeber100.com

Oktyabr 14, 2022 11:58

UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirilən “Qarabağ” - “Olimpiakos” oyununun birinci hissəsi başa çatıb.Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan matçın birinci hissəsində hesab açılmayıb.Qrupun digər görüşündə Almaniyanın “Frayburq” klubu Fransada “Nant” komandasının qonağıdır. Hazırda Almaniya klubu 1:0 hesabı ilə öndədir.xeber100.com

Oktyabr 13, 2022 1:23

“Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində

Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib.Bu Ağdam təmsilçisinin Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda Yunanıstanın "Olimpiakos" komandası ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub.Xallarının sayını 7-yə çatdıran ölkə çempionu G qrupunda üçüncü yeri rəsmiləşdirib.Beləliklə, Azərbaycan çempionu tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ əldə edib.xeber100.com

Oktyabr 13, 2022 1:20

Bosniya və Herseqovinada keçirəcək oyunlar üçün ilkin heyəti açıqlanıb

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovinada keçirəcək oyunlar üçün ilkin heyəti açıqlanıb.AFFA-nın rəsmi saytı xəbər verir ki, hazırlıq prosesinə Osman Hüseynov (“Riqa” Latviya), Sadiq Məmmədzadə (“Səbail”), Nahid Əliyev, Musa Məmmədov, Elton Mikayılov, Davud Mənsumov (hamısı “Qarabağ”), Hüseyn Hüseynov (“Turan Tovuz”), Taleh Mahmudzadə, Murad Məmmədov (hər ikisi “Neftçi”), Ceyhun Bağırzadə (“Gaziantep” Türkiyə), Hüseyn Hüseynli, Nihad Əhmədzadə, Sənan Muradlı (hamısı “Sumqayıt”), Məsud Əlişanlı (EFA), Əhməd Tarverdiyev, İlkin Cəfərli, Teymur Mirzəyev, Anar Hüseynov, Niyazi Osmanov (hamısı “Sabah”), İlkin Budaqov (“Qəbələ”), Əşrəf Ələkbərli (İUEGM), Mehdi Həşumov (“Qaradağ Lökbatan”) dəvət olunublar.Millimiz seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 13-dən 20-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək. Bakı toplanışından sonra Avropa çempionatında iştirak edəcək yekun heyət müəyyənləşəcək.xeber100.com

Oktyabr 12, 2022 10:19

UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində

UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) – “Olimpiakos” (Yunanıstan) oyunu üçün cəmi 2 min bilet qalıb.Satışa çıxarılmış 29 min biletin hamısı satılıb. Son 2 min bilet isə oktyabrın 12-dən satışda olacaq.Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29 və 38-ci sektorlar üçün nəzərdə tutulmuş biletləri yalnız kassalardan almaq mümkündür.Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.xeber100.com

Oktyabr 12, 2022 10:17

“Zirə” futbol klubu heyətinə yeni futbolçu cəlb edib

Bakının “Zirə” klubu heyətinə yeni futbolçu cəlb edib. Klubun saytı xəbər verir ki, Bakı təmsilçisi İssa İbrahim Cibrila ilə anlaşıb.İyirmi yeddi yaşlı vingerlə 2,5 illik müqavilə imzalanıb. Əldə edilmiş razılığa görə, sözləşmə 2023-cü il yanvarın 1-də qüvvəyə minəcək.Qeyd edək ki, Niger millisinin də üzvü olan İssa İbrahim Cibrilanın son klubu Türkiyənin “Keçiörengücü” komandası olub.xeber100.com

Oktyabr 12, 2022 10:15

Azərbaycan Gimnastika Federasiyasının məlumatı

Çex Respublikasının Yablones nad Nisou şəhərində batut gimnastikası üzrə “Friendship-2022” beynəlxalq turniri keçirilib.Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, 17 ölkədən 262 idmançının iştirak etdiyi yarışda ölkəmizi yığma komandamızın üzvləri Selcan Mahsudova, Maqsud Mahsudov və Hüseyn Abbasov təmsil ediblər.Sinxron cütlüklər proqramında təsnifat mərhələsini birinci pillədə başa vuran idmançılarımız Maqsud Mahsudov və Hüseyn Abbasov həlledici mərhələdə də bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıblar.xeber100.com

Oktyabr 12, 2022 10:12

COVID-19 infeksiyasına 92 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 92 yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.İndiyədək ölkədə ümumilikdə 822 min 278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 min 821 nəfər müalicə olunaraq sağalıb, 9 min 931 nəfər vəfat edib. Aktiv xəstə sayı 526 nəfərdir.Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 313, bu günə qədər isə ümumilikdə 7 milyon 277 min 812 test icra olunub.xeber100.com

Oktyabr 11, 2022 10:30

Stolüstü tennis üzrə paytaxt kuboku yarışına yekun vurulub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Şüa İdman Sağlamlıq Mərkəzinin idman zalında stolüstü tennis üzrə paytaxt kuboku yarışına yekun vurulub.BŞGİBİ-nin saytı xəbər verir ki, turnirdə 40 idmançı iştirak edib.Kişilər arasında keçirilən fərdi yarışlarda Rüstəm Hacılı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vaqif Fatehi ikinci, Xəyal Həşimli üçüncü yeri tutublar.Qadınların fərdi yarışında isə Ləman Abdulhəmidova və Rüfət Əliyeva, müvafiq olaraq, birinci və ikinci yerləri tutublar. Xədicə Əsilzadə isə üçüncü yerlə kifayətlənib.Kişilərin qoşa yarışlarında Xəyal Həşimli və Rüstəm Əliyev turnirin qalibi olublar. Rüfət Hacılı - Seymur Bağıyev dueti yarışı ikinci, Emin Məmmədov - Kənan Pənahov cütlüyü isə ilk üçlüyü tamamlayıblar.Qadınların qoşa yarışlarında Xədicə Əsilzadə və Şəbnəm Mansurova bütün rəqiblərindən üstün olublar. Səbinə Məmmədova - Jalə Quliyeva ikinci, Ülkər Quliyeva - Fatimə Şirəliyevadan ibarət cütlük isə yarışları üçüncü pillədə başa vurublar.Qoşa qarışıq yarışlarda Rüstəm Əliyev - Xədicə Əsilzadə cütlüyü qızıl medal qazanıb.Qaliblərə Baş İdarə tərəfindən medal və müvafiq dərəcəli diplomlar təqdim olunub.xeber100.com  

Oktyabr 11, 2022 10:28

Azərbaycan Triatlon Federasiyasının təşkilatçılığı ilə…

Azərbaycan Triatlon Federasiyasının (ATF) təşkilatçılığı ilə ilk dəfə ölkə kuboku yarışı keçirilib.Pirallahı adasındakı Nərəkənd kompleksində təşkil olunan turnirin proqramına triatlon və duatlon, həmçinin, uşaqlar üçün qaçış üzrə yarışlar daxil edilib.Ölkə kuboku yarışında 130-dan çox idmançı iştirak edib. Kişilər arasında Olimpiya məsafəsində keçirilən triatlon yarışında Azərbaycan yığmasının lideri Rostislav Pevtsov qalib gəlib. Toğrul Məmmədli gümüş, Kam Bular bürünc medal qazanıb.Qadınların yarışında Rəbiyə Orucova birinci yeri tutub. Alis Atkins gümüş, Marina Belan isə bürünc medala yiyələniblər.Estafet yarışında birinci yerin sahibləri Denis Karçaşkin, Cəmşid Kassimov və Vüqar Abdullah olublar. Cəfər Məmmədov, Giyom Kler Mari və Tapdıq Dadaşov ikinci, Elçin Bəkirov, Yusif Nəcəfov və Samir Məcidov isə üçüncü yerlə kifayətləniblər.Duatlon yarışında oğlanlar arasında Səid Zairov qələbə qazanıb. Teymur Cəfərov gümüş, Əli Rzazadə isə bürünc medala sahib çıxıblar.Qızların mübarizəsində isə Medisa Tasbihi, Elisa Skalabri və Milana Xəlilova ilk üçlükdə yer alıblar.Yaş kateqoriyaları üzrə qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən diplomlarla təltif olunublar.xeber100.com

Oktyabr 11, 2022 10:26
    Page 76 of 830« First«...102030...7475767778...90100110...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az