05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Zirə” futbol klubu yoxlama oyunlarında qüvvəsini sınayacaq

Hazırlığın ikinci mərhələsini Antalyada keçirəcək “Zirə” futbol klubu yoxlama oyunlarında qüvvəsini sınayacaq.Klubdan Azərtac-a bildiriblər ki, komandamızın daha bir rəqibi məlum olub. Belə ki, yanvarın 18-də keçiriləcək ilk qarşılaşmada “qartallar” Qırğızıstan təmsilçisi “Dordoy”la (Bişkek) üz-üzə gələcək.“Zirə” yanvarın 22-də Bolqarıstan təmsilçisi “Lokomotiv”lə (Qorna) qarşılaşacaq.xeber100.com

Yanvar 10, 2017 3:45

“Qarabağ” futbol klubu təlim-məşq toplanışını davam etdirir

Ağdamın “Qarabağ” futbol klubu Antalyada qış təlim-məşq toplanışını davam etdirir.Klubdan Azərtac-a bildiriblər ki, bu gün komandanın heyətinə yeni futbolçu qoşulub. Rusiyanın “Amkar” (Perm) komandasının yetirməsi olan Rinat Hüseynov baxışa dəvət edilib. Yoxlama oyunlarında sınanıldıqdan sonra məşqçilər heyətinin rəyinə əsasən, futbolçu haqda son qərar veriləcək. İyirmi yaşlı futbolçu mərkəz müdafiəçisidir.R.Hüseynov cari mövsüm “Amkar”ın gənclər komandasında 16 oyuna çıxıb və 2 qolla yadda qalıb.Qeyd edək ki, müdafiəçi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının da üzvüdür.xeber100.com

Yanvar 10, 2017 3:42

2018-ci il dünya çempionatının seçmə mərhələsində…

Futbol üzrə Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində keçirəcəyi növbəti oyunun biletləri satışa çıxarılıb.Azərtac xəbər verir ki, martın 26-da oynanılacaq Almaniya ilə qarşılaşmanın biletləri bu gündən onlayn satışdadır.Bundestimlə matçı izləmək istəyənlərə 7 kateqoriyalı biletlər təklif olunur.xeber100.com

Yanvar 10, 2017 1:15

Avropa Oyunları Azərbaycanda keçiriləcək

2019-cu ildə yeniyetmələr arasında Avropa Oyunları Azərbaycanda keçiriləcək.Azərtac xəbər verir ki, bunu Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Janez Kocijançiç yanvarın 10-da Azərbaycan Milli Olimpiya Komitəsində keçirilən mətbuat konfransında deyib.Y.Kocijançiç bildirib ki, Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarına və Formula-1 Avropa Qran-prisinə yüksək səviyyədə ev sahibliyi edib. Bu mötəbər yarışlar Azərbaycan idmanının uğurlu inkişafından xəbər verir.xeber100com

Yanvar 10, 2017 1:10

Əməkdaşlıq memorandumu imzalanıb

Yanvarın 10-da Formula-1 Azərbaycan Qran-prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) ilə “ASAN Radio” arasında informasiya və digər sahələrdə əməkdaşlığa dair memorandum imzalanıb.Azərtac xəbər verir ki, memorandumu BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və “ASAN Radio”nun direktoru Emin Musəvi imzalayıblar.xeber100.com

Yanvar 10, 2017 1:04

Dünya çempionatında 48 yığma komanda iştirak edəcək

FİFA İcraiyyə Şurası dünya futbol tarixində ilk dəfə meqaçempionat keçirmək barədə qərar qəbul edib. İlk dəfə 2026-cı ildə keçiriləcək geniş tərkibli dünya çempionatında 48 yığma komanda iştirak edəcək. Çempionat hər birində 3 komanda olmaqla 16 qrupda təşkil olunacaq.Almaniya başda olmaqla bir sıra ölkələr hazırkı formatın dəyişdirilməsinə qarşı ciddi müqavimət göstərir. Lakin FİFA-nın yeni rəhbəri Cianni İnfantino öz vədlərindən birini yerinə yetirməyə nail oldu.Xatırladaq ki, C.İnfantino FİFA-nın prezidenti seçildiyi vaxt dünya çempionatlarında iştirakçıların sayını artırmaqla nisbətən kiçik ölkələrin də mundialda iştirak edə bilmələrinin vacibliyini qeyd etmişdi.xeber100.com

Yanvar 10, 2017 12:55

“Przegląd Sportowy” qəzetinin reytinqinə əsasən…

Disk tullayan Anita Vlodarçik “Przegląd Sportowy” qəzetinin və Polşa TV-nin ənənəvi reytinqinə əsasən, ötən il bu ölkənin ən yaxşı idmançısı elan edilib.Polşanın populyar “Przegląd Sportowy” idman nəşrinin oxucularının və TVP tamaşaçılarının çoxu Anita Vlodarçikin namizədliyinə səs verib. İkinci yeri Polşa yığmasının kapitanı və Münxenin “Bavariya” klubunun forvardı Robert Levandovski, üçüncü yeri Rio-de-Janeyro Olimpiadasının gümüş mükafatçısı, disk tullayan Pyotr Malaxovski tutublar.xeber100.com

Yanvar 10, 2017 10:34

“Neftçi” futbol klubu ilk yoxlama oyununu keçirib

Bakının “Neftçi” futbol klubu Antalyada təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız Türkiyənin “Sivasspor” klubu ilə qarşılaşıb.Görüşdə qapılara qol vurulmayıb. Komandamızın üstünlüyü şəraitində keçən oyunun 50-ci dəqiqəsində hakimin təyin etdiyi şübhəli penalti zərbəsini qapıçımız Maksim Vaylo dəf edibxeber100.com

Yanvar 9, 2017 11:00

Voleybolun yeni texnikaları sınaqdan keçirilib

Azərbaycanda 14 günlük idman mübadiləsində iştirak etmək üçün ölkəmizdə səfərdə olan 12 kolumbiyalı voleybolçu qız ölkələrinə geri dönüblər. Bakıda səfərdə olan idmançılar Milli Voleybol Federasiyasının mənzil-qərargahında təlim keçməklə bərabər, Naxçıvan, Gəncə, Göygöl, Qax və Şəki şəhərlərini də ziyarət ediblər.Azərtac xəbər verir ki, regionlara səfərləri zamanı voleybolçulara ölkədə idmanın inkişafı istiqamətində görülən işlər haqda məlumat verilib.Hər iki ölkənin idmançıları voleybolun yeni texnikalarını sınaqdan keçiriblər.xeber100.com

Yanvar 9, 2017 10:58

Beynəlxalq Şahmat Festivalının qalibi müəyyənləşdi

Azərbaycan şahmatçısı Eltac Səfərli Bazel şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.Azərtac xəbər verir ki, E.Səfərli 9 turun nəticələrinə görə 7 xal toplayaraq birinci yeri tutub. Son turda o, həmyerlisi Nicat Abbasovla heç-heçə oynayıb. Şahmatçımız çinli Cin Şi Bay və fransalı Kristian Bauerlə eyni xal toplasa da əlavə göstəricilərə görə qalib elan olunub.Yanvarın 2-8-də keçirilən Beynəlxalq Şahmat Festivalına 107 şahmatçı qatılıb. Azərbaycanı, həmçinin Nicat Abbasov və Vüqar Əsədli təmsil ediblər.xeber100.com

Yanvar 9, 2017 10:48
    Page 765 of 830« First«...102030...763764765766767...770780790...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az