08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“İnter” futbol klubunun təlim-məşq toplanışı davam edir

Bakının “İnter” futbol klubunun Antalyada təlim-məşq toplanışı davam edir.Klubdan Azərtac-a bildiriblər ki, komandamız hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununu keçirib.Qazaxıstanın “Ordubaşı” komandası ilə qarşılaşan Bakı təmsilçisi meydandan qolsuz heç-heçə ilə ayrılıb.xeber100.com

Yanvar 16, 2017 10:43

Stolüstü tennis üzrə paytaxt çempionatı keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Xəzri” idman klubunda stolüstü tennis üzrə paytaxt çempionatı keçirilib.Azərtaqc xəbər verir ki, oğlanlar arasında şəxsi hesabda R.Hacılı, qoşa yarışlarda R. Hacılı və R.Hacılı, qarışıq qoşa yarışlarda isə S.Gülmətov və N.Yarova qızıl medal qazanıblar.Qızlar arasında şəxsi yarışlarda Ə.Mahmudova çempion adına sahib olub. Qoşa növdə isə F.Quliyeva və A.Musadirova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.xeber100.com

Yanvar 15, 2017 11:14

Beynəlxalq turnirdə millimizin rəqibi bəlli olub

Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə çıxış edən 1999-cu il təvəllüdlü futbolçulardan ibarət millimizin növbəti rəqibi bəlli olub.Azərtac xəbər verir ki, “C” qrupunda 3 oyundan sonra 1 xalla sonuncu sırada qərarlaşan komandamız İran yığması ilə qarşılaşacaq.Cənub qonşularımız son matçda moldovalı həmyaşıdlarına 5:0 hesabı ilə qalib gələrək qrupda 3-cü yeri tutub və 9-16-cı yerlər uğrunda mübarizədə millimizə rəqib olub.xeber100.com

Yanvar 15, 2017 11:10

Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə…

Yanvarın 14-də Azərbaycan Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə gənclər arasında sablya üzrə ölkə birinciliyi keçirilib.Azərtac xəbər verir ki, yarışın açılış mərasimində Federasiyanın vitse-prezidenti Y.Məmmədov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Y.Hüseynov turnirin əhəmiyyətini yüksək qiymətləndirib.Gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə oğlanların yarışında 12 nəfər mübarizə aparıb. Yekunda X.Əsədov qalib gələrək birinci yeri tutub.On bir idmançının gücünü sınadığı qızların yarışında isə Fatimə İbrahimova rəqiblərinə qalib gələrək çempion olub.Qaliblər Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən diplom və mükafatla təltif edilib.xeber100.com

Yanvar 15, 2017 10:43

Güləş Federasiyasının təşkilatçılığı ilə…

Yanvarın 13-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının (AGF) təşkilatçılığı ilə keçirilən yarışda 18 yaşı tamam olan və yuxarı yaşlı idmançılar iştirak ediblər. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyət, klub və təşkilatlarının, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan güləşçilər mübarizə aparıblar.Çempionatın sonuncu günündə yunan-Roma güləşi yarışlarında 75, 80, 85, 98 və 130 kiloqram çəki dərəcələri üzrə 84 idmançı mübarizə aparıb.xeber100.com  

Yanvar 14, 2017 12:59

Futbol üzrə XVI turun oyunları keçirilir

Futbol üzrə İran çempionatında XVI turun oyunları keçirilir.Azərtac xəbər verir ki, Təbrizi təmsil edən “Traktorsazi” bu tur səfərdə “İstiqlal” (Xuzestan) komandasının qonağı olub. Oyun təbrizlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.“Traktorsazi” bu qələbə sayəsində xallarının sayını 33-ə çatdıraraq, turnir cədvəlinin zirvəsinə yüksəlib.xeber100.com

Yanvar 14, 2017 12:47

“Arsenal” klubu müqaviləni uzadıb

İngiltərənin “Arsenal” klubu üç futbolçusu ilə müqaviləni uzadıb.Azərtac xəbər verir ki, fransalı oyunçular Olivye Jiru, Loran Kosyelni və Fransis Koklenlə müqavilənin müddəti artırılıb. Amma müddətin nə qədər artırıldığı haqda məlumat verilməyib.Müqavilənin imzalanması prosesində klubun baş məşqçisi Arsen Venger də iştirak edib.xeber100.com

Yanvar 14, 2017 12:43

Futbol üzrə dünya çempionatında…

FIFA-nın 2026-cı ildən başlayaraq futbol üzrə dünya çempionatında komandaların sayının artırılması ilə bağlı çıxardığı qərar hələ də idman ictimaiyyətində birmənalı qarşılanmır.“Sportbild” xəbər verir ki, məsələyə münasibət bildirən Münxenin “Bavariya” futbol klubunun prezidenti Uli Höness də ali futbol qurumunun qərarını qınayanlar arasında yer alıb: “Hesab edirəm ki, bu, icrası mümkün olmayan qərardır. Düşünmürəm ki, mundialda 48 güclü komanda olacaq. Bundan başqa, əsas məsələ futbolçuların sağlamlığıdır. Onların belə formatda oynaya biləcəkləri şübhə doğurur”.Almaniyanın ən titullu klubunun təmsilçisi hələ qərar qəbul olunmazdan əvvəl Avropa Klublar Assosiasiyasının adından FIFA-ya etiraz məktubu göndərmişdi. Ancaq “Barselona” və “Real” bu məktubla razılaşmadıqlarını ifadə etmişdilər.xeber100.com

Yanvar 14, 2017 12:18

“İnter” futbol klubunun təlim-məşq toplanışı davam edir

Bakının “İnter” futbol klubunun Antalyada təlim-məşq toplanışı davam edir.Klubdan Azərtac-a bildiriblər ki, komandamızın hazırlıq prosesi çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib. Belə ki, “İnter” yanvarın 15-də “Ordubaşı” (Qazaxıstan), üç gün sonra “Botoşani” (Rumıniya), yanvarın 19-da “İstiqlol” (Tacikistan) və yanvarın 21-də “Orenburq” (Rusiya) komandaları ilə yoxlama oyununda gücünü sınayacaq.xeber100.com

Yanvar 14, 2017 11:50

Azərbaycan yığması yoxlama oyunu keçirib

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.AFFA-dan Azərtac-a bildiriblər ki, yığmamız Almaniyanın “Rot Veis Erfurt” komandası ilə qarşılaşıb.Görüşdə hesab açılmayıb.xeber100.com

Yanvar 13, 2017 11:39
    Page 763 of 831« First«...102030...761762763764765...770780790...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az