05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

İFFHS-in keçirdiyi sorğuya əsasən…

2016-cı ilin ən yaxşı qadın futbol klubunun adı müəyyənləşib.Azərtac xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən ənənəvi sorğunun qalibi “Lion” klubu olub.Fransa təmsilçisi (241 səs) ən yaxın izləyicisi “Volfsburq”u (Almaniya) 140 səs qabaqlayıb. Siyahıda üçüncü yeri isə “Bavariya” (Almaniya, 34 səs) tutub.xeber100.com

Dekabr 28, 2016 11:46

“Qalatasaray”a 20 milyon avroluq təklif…

Türkiyənin “Qalatasaray” futbol klubunun hücumçusu Lukaş Podolski Çinin “Guangzhou Evergrande” komandasının transfer marağına düşüb.Azərtac xəbər verir ki, bu barədə Almaniyanın “Sport bild” qəzeti məlumat yayıb. Məlum olub ki, Çinin çempion klubu 31 yaşlı almaniyalı forvard üçün “sarı qırmızılara” 20 milyon avro təklif edib. Bundan başqa, “Guangzhou Evergrande” tərəfindən Podolskinin özünə isə ildə 9 milyon avro ödəməyə hazır olduqları açıqlanıb.Hazırda Podolskinin İstanbul təmsilçisi ilə müqavilə müddəti 2017/2018-ci il mövsümünün sonunadək nəzərdə tutulub.Carı mövsümdə “Qalatasaray”ın heyətində bütün turnirlərdə 12 oyunda meydana çıxan Polşa əsilli futbolçu 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

Dekabr 28, 2016 11:41

“Neftçi” Georgi Navalovskini heyətinə cəlb edib

Namiq Ələsgərovu heyətinə qatan “Neftçi” daha bir futbolçu ilə güclənib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın budəfəki transferi legioner olub.Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov əməkdaşımızla söhbətində bildirib ki, “Neftçi” Gürcüstan yığmasının üzvü Georgi Navalovskini heyətinə cəlb edib. Tərəflər arasında münasibətlər artıq rəsmiləşdirilib.Azərbaycan Navalovski üçün yad ölkə deyil. Belə ki, 30 yaşlı müdafiəçi 2010-cu ildə icarə əsasında Bakı “İnter”inin formasını geyinib.Qeyd edək ki, 2008-ci ildən Gürcüstan yığmasına çağırılan Navalovskinin son klubu Yunanıstan təmsilçisi “Veria” olub. xeber100.com

Dekabr 27, 2016 10:54

“Barselona”nın futbolçusuna transfer təklifi

Çinin “Quançjau” klubu “Barselona”nın futbolçusu Arda Turanı transfer etmək istəyir.Azərtac xəbər verir ki, Çin təmsilçisi türk yarımmüdafiəçiyə 3 ilinə 50 milyon avro qazanacağı müqavilə təklif edib.Qeyd edək ki, A.Turan Kataloniya klubunda ilinə 5 milyon avro qazanır.xeber100.com

Dekabr 27, 2016 10:48

İFFHSin keçirdiyi sorğuya əsasən…

2016-cı ilin ən yaxşı futbol hakimlərinin adı müəyyənləşib.Azərtac xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi Mark Klattenburq olub.Qurumun internet saytında 56 ölkədən olan jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğuda, İngiltərə referisi 141 səs toplayıb. O, ən yaxın izləyicisi olan italiyalı Nikola Ritsolini 76 səs qabaqlayıb. Üçüncü yerə isə 55 səslə macarıstanlı hakim Viktor Kaşşai layiq görülüb. Türkiyəli FİFA referisi Cüneyt Çakır 28 səslə beşinci pillədə qərarlaşıb.İlin ən yaxşı qadın futbol hakimi də bilinib. Macarıstanlı Katalin Kulçsar 58 səslə birinci olub. Növbəti yerləri 53 səs toplayan ukraynalı Katarina Monzul və Bibiana Steynhaus bölüşüblər.xeber100.com

Dekabr 27, 2016 10:44

Futzal üzrə yoxlama oyunu keçirilib

Futzal üzrə Türkmənistan millisi Bakıda təlim-məşq toplanışı çərçivəsində dördüncü yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, Bakının “Xəmsə” komandası ilə qarşılaşan Türkmənistan millisi 8:6 hesabı ilə qalib gəlib.Xatırladaq ki, Türkmənistan millisi daha əvvəl “Araz” komandasına 3:4 hesabı ilə məğlub olub, “Neftçi” ilə heç-heçə (5:5) edib, “Yasamal”a (8:3) isə qalib gəlib.xeber100.com

Dekabr 27, 2016 10:40

“Qarabağ” 4 yoxlama oyunu keçirməyi planlaşdırır

Ağdamın “Qarabağ” futbol klubu Azərbaycan Premyer Liqasının III dövrəsinin hazırlığına Antalyada start verəcək.Klubdan Azərtac-a bildiriblər ki, yanvarın 5-də səfərə yollanacaq “Qarabağ” “IC Santaı” otelində məskunlaşacaq.“Qarabağ” bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Belə ki, Ağdam təmsilçisi yanvarın 15-də Türkmənistanın “Aşqabad”, üç gün sonra Rumıniyanın “Styaua”, yanvarın 22-də Qazaxıstanın “Atırau” (Qazaxıstan) və Polşanın “Termalitse” komandaları üz-üzə gələcək.xeber100.com

Dekabr 27, 2016 10:27

Dörddəbir final mərhələsinin cavab oyunundan sonra…

Azərbaycan kubokunun dörddəbir final mərhələsinin cavab oyunundan sonra “Kəpəz” futbol klubu istirahətə buraxılıb. Qış fasiləsinə çıxan əsas komandanın üzvləri gələn il yanvarın 8-də bir araya gələcəklər. “Sarı-göylər” Bakıda toplaşıb əvvəlcə tibbi müayinədən keçəcəklər.Klubdan Azərtac-a bildiriblər ki, hazırlıq planına əsasən, Gəncə klubu yanvarın 11-də məşqlərə başlayacaq. İkigünlük çalışmalardan sonra komanda yanvarın 13-də təlim-məşq toplanışına start verəcək.Yanvarın 20-də çempionatın ikinci yarısı üçün hazırlığın əsas hissəsini başa vuracaq “sarı-göylər” bir gün istirahətə buraxılacaq. Bundan sonra “Kəpəz” təqvim oyununa hazırlaşacaq.xeber100.com

Dekabr 26, 2016 11:25

IX turun oyunları keçirilib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında IX turun oyunları keçirilib.Azərtac xəbər verir ki, liderlər turu itkisiz başa vurublar. Belə ki, “Neftçi” klubu “Nəqliyyatçı”ya asanlıqla qalib gəlib-3:0. “Lokomotiv” komandası “Naxçıvan”ı yenə də “quru hesabla” məğlub edib. MOİK isə “Sumqayıt”a şans verməyib. 3:0 hesabı ilə qələbə qazanan “hərbçilər” aktivindəki xalların sayını 13-ə çatdırıblar. Bununla da MOİK turnir cədvəlində üçüncü pilləyə yüksəlib. Turnir cədvəlinə 27 xalla “Neftçi” başçılıq edir. Liderdən iki xal geri qalan “Lokomotiv isə ikinci pillədə qərarlaşıb.xeber100.com

Dekabr 26, 2016 11:13

Kapoeyra Federasiyasının təşkilatçılığı ilə…

Kapoeyra Federasiyasının təşkilatçılığı ilə dekabrın 25-də idmanın bu növü üzrə X ölkə çempionatı keçirilib.Azərtac xəbər verir ki, Kapoeyra Federasiyasının prezidenti T.Orucov tədbirdə çıxış edərək ölkəmizdə idmanın bu növünün tarixindən və inkişafından danışıb. Bildirib ki, Azərbaycan idmançıları kapoeyra üzrə beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər.Sonra çempionat açıq elan edilib və yarışlara start verilib.Çempionatda iştirakçılar 4-6, 7-9, 10-12, 13-15 və 16-dan yuxarı yaş qruplarında məharətlərini göstəriblər. Peşəkar idmançıların mübarizəsi 35-55, 56-65, 66-75, 75 kiloqramdan yuxarı çəki dərəcələrində aparılıb. Qızlar arasında yarışlar isə 4-12, 13-17 və 18-dən yuxarı yaş təşkil olunub.xeber100.com

Dekabr 26, 2016 11:09
    Page 770 of 830« First«...102030...768769770771772...780790800...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az