30 İyul 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

AZAL futbol klubunu tərk edəcək futbolçuların adı açıqlanıb

Bu mövsümdə AZAL futbol klubunu tərk edəcək altı futbolçunun adı açıqlanıb.Azərtac xəbər verir ki, Brayan Fok, Adan Koronado, Mirzağa Hüseynpur, David Canelidze, Taqim Novruzov və Qvanzav Maqomedov ölkə çempionatının qış fasıləsində komandadan ayrılacaqlar.Adan Koronado ilə müqavilə futbolçunun ailə vəziyyətinə görə qarşılıqlı şəkildə pozulub.xeber100.com

Dekabr 25, 2016 11:23

Beynəlxalq turnirə yekun vurulub

Ağır atletika üzrə beynəlxalq turnir başa çatıb.Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Azərtac-a bildiriblər ki, turnirdə körpücük üzərinə son olaraq veteran atletlər çıxıblar.Qeyd edək ki, yarışın təşkilində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, F.Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletikanın təbliği və inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması olub.Turnirdə ümumilikdə 13 ölkədən atletlər mübarizə aparıb.xeber100.com

Dekabr 24, 2016 12:31

Beynəlxalq şahmat turniri çərçivəsində…

Beynəlxalq şahmat turniri çərçivəsində 10 yaşına qədər uşaqlardan ibarət qrupun turnirinin qalibi olub.Azərtac xəbər verir ki, Vüqar Həşimov adına Şahmat Akademiyasında keçirilən turnirdə 34 gənc şahmatçı iştirak edib.Açıq turnirdə 3 ölkədən - Azərbaycan, İran və Fransadan 89 şahmatçı iştirak edir.Turnirin baş hakimi FIDE-nin arbitri Cavanşir Bağırovdur.xeber100.com

Dekabr 24, 2016 12:19

Futbol üzrə Superkubokun qalibi müəyyənləşib

Futbol üzrə İtaliya Superkubokunun qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, Qətərin paytaxtı Dohada kubok uğrunda oyunda “Yuventus”-“Milan” qarşılaşması baş tutub.Görüşün əsas və artırılmış əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan “Milan” yekunda qələbə qazanıb-4:3.xeber100.com

Dekabr 24, 2016 12:04

Hava və Ekstremal İdman Növləri Federasiyasının məlumatı…

Gələn il yanvarın 14-15-də idman dırmanmasının sürət və çətinlik növləri üzrə ölkə çempionatı keçiriləcək.Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından (FAİREX) Azərtac-a bildiriblər ki, çempionatın nəticələri 2016 və 2017-ci illərin hər ikisi üçün nəzərə alınacaq. Yarışda 19 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər.Çempionatın keçirilməsində əsas məqsəd Azərbaycanda dırmanma idman növünü geniş yaymaq, gəncləri və yeniyetmələri bu idman növünə cəlb etməkdir. Yarışlar FAİREX-ə məxsus “CLIMBAKU” İdman Dırmanması Kompleksində keçiriləcək.Ümumi nəticələrə əsasən müəyyən olunmuş qaliblər federasiya tərəfindən hədiyyələr və Gənclər və İdman Nazirliyinin müvafiq diplomları ilə mükafatlandırılacaqlar.xeber100.com

Dekabr 24, 2016 11:58

Yeni idman obyektləri tikiləcək

Avropa Oyunları üçün Minskdə yeni idman obyektləri tikiləcək. BELTA xəbər verir ki, bunu Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Andrey Şorets bildirib.A.Şorets deyib: “Əsas məsələ açılış mərasimi üçün “Dinamo” adlı yüngül atletika stadionu inşa etməkdir. Biz onu gələn ilin sonu üçün işə salacağıq”.O məlumat verib ki, Oyunların keçirilməsi üzrə təşkilat komitəsi yaradılıb, idman yarışlarının təşkilinə cəlb ediləcək obyektlər müzakirə edilir. Bu əlamətdar idman turnirinə hazırlıq zamanı 2014-cü ildə keçirilmiş xokkey üzrə dünya çempionatının müsbət təcrübəsi nəzərə alınacaq. Qonaqpərvərlik zonaları təşkil etmək də nəzərdə tutulur.Şəhərin hakimiyyət orqanları ümid edirlər ki, həmin dövrdə Minskə çoxlu qonaq gələcək.2019-cu ildə ikinci Avropa Oyunlarının keçirilməsi hüququ Belarusa Avropa Olimpiya Komitələrinin Baş Assambleyasının bu ilin oktyabrında Minskdə keçirilən 45-ci iclasında verilib. Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Azərbaycanın paytaxtında keçirilib.xeber100.com

Dekabr 23, 2016 12:06

Futzal turniri başlayıb

Dekabrın 22-də AFFA-nın dəstəyi və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turniri başlayıb.Azərtac xəbər verir ki, Daxili İşlər Nazirliyinin idman sarayında təşkil olunan yarışda ilk turun oyunları keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunlarda “Birlik” komandası “Şimşəy”i 9:3, “Ümid” klubu isə “Zirvə”ni 15:0 hesabı ilə məğlub edib.Yarışa dekabrın 27-də yekun vurulacaq.xeber100.com

Dekabr 23, 2016 11:58

Hənbolçularımız III təsnifat mərhələsində…

Bakının qadın həndbolçulardan ibarət ABU klubunun “Çelenc Cup” turnirinin səkkizdəbir final mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.Azərtac xəbər verir ki, ABU komandası “Kram Start Elblaq” klubu ilə hər iki oyununu Polşada keçirəcək. Qarşılaşmalar gələn il fevralın 10-da və 11-də oynanılacaq.İlk oyunda Rəfiqə Şabanovanın komandası nominal meydan sahibi kimi çıxış edəcək.Xatırladaq ki, hənbolçularımız III təsnifat mərhələsində Belçikanın “Femina Vize” klubunu mübarizədən kənarlaşdırıblar.xeber100.com

Dekabr 23, 2016 11:50

2015-2016-cı il mövsümündə seçilən klublarının siyahısı açıqlanıb

ABŞ-ın nüfuzlu CNN telekanalı 2015-2016-cı il mövsümündə dünyanın ən yaxşı dəstəklənən klublarının siyahısını açıqlayıb.Azərtac kanalın rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, ilk pillənin sahibi 80,761 nəfər orta göstərici ilə Almaniyanın “Borussiya Dortmund” futbol komandasıdır.Siyahıda sonrakı yerləri “Barselona” (İspaniya), “Mançester Yunayted” (İngiltərə), “Bavariya” (Almaniya) və “Real Madrid” (İspaniya) klubları tutur.xeber100.com

Dekabr 23, 2016 11:37

“Tottenhem” futbol komandası müqaviləni yeniləyib

İngiltərənin “Tottenhem” futbol komandası qapıçısı Yuqo Lloris ilə müqaviləni yeniləyib.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, 29 yaşlı futbolçu ilə 2022-ci ilədək müqavilə imzalanıb.2012-ci ildə “Lion”dan London təmsilçisinə transfer olunan Fransa millisinin qolkiperi cari mövsümdə komandasının heyətində İngiltərə çempionatında 15 oyunda meydana çıxıb və 11 top buraxıb.xeber100.com

Dekabr 23, 2016 11:30
    Page 772 of 831« First«...102030...770771772773774...780790800...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az