08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futzal üzrə yoxlama oyunu keçirilib

Futzal üzrə Türkmənistan millisi Bakıda təlim-məşq toplanışı çərçivəsində dördüncü yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, Bakının “Xəmsə” komandası ilə qarşılaşan Türkmənistan millisi 8:6 hesabı ilə qalib gəlib.Xatırladaq ki, Türkmənistan millisi daha əvvəl “Araz” komandasına 3:4 hesabı ilə məğlub olub, “Neftçi” ilə heç-heçə (5:5) edib, “Yasamal”a (8:3) isə qalib gəlib.xeber100.com

Dekabr 27, 2016 10:40

“Qarabağ” 4 yoxlama oyunu keçirməyi planlaşdırır

Ağdamın “Qarabağ” futbol klubu Azərbaycan Premyer Liqasının III dövrəsinin hazırlığına Antalyada start verəcək.Klubdan Azərtac-a bildiriblər ki, yanvarın 5-də səfərə yollanacaq “Qarabağ” “IC Santaı” otelində məskunlaşacaq.“Qarabağ” bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Belə ki, Ağdam təmsilçisi yanvarın 15-də Türkmənistanın “Aşqabad”, üç gün sonra Rumıniyanın “Styaua”, yanvarın 22-də Qazaxıstanın “Atırau” (Qazaxıstan) və Polşanın “Termalitse” komandaları üz-üzə gələcək.xeber100.com

Dekabr 27, 2016 10:27

Dörddəbir final mərhələsinin cavab oyunundan sonra…

Azərbaycan kubokunun dörddəbir final mərhələsinin cavab oyunundan sonra “Kəpəz” futbol klubu istirahətə buraxılıb. Qış fasiləsinə çıxan əsas komandanın üzvləri gələn il yanvarın 8-də bir araya gələcəklər. “Sarı-göylər” Bakıda toplaşıb əvvəlcə tibbi müayinədən keçəcəklər.Klubdan Azərtac-a bildiriblər ki, hazırlıq planına əsasən, Gəncə klubu yanvarın 11-də məşqlərə başlayacaq. İkigünlük çalışmalardan sonra komanda yanvarın 13-də təlim-məşq toplanışına start verəcək.Yanvarın 20-də çempionatın ikinci yarısı üçün hazırlığın əsas hissəsini başa vuracaq “sarı-göylər” bir gün istirahətə buraxılacaq. Bundan sonra “Kəpəz” təqvim oyununa hazırlaşacaq.xeber100.com

Dekabr 26, 2016 11:25

IX turun oyunları keçirilib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında IX turun oyunları keçirilib.Azərtac xəbər verir ki, liderlər turu itkisiz başa vurublar. Belə ki, “Neftçi” klubu “Nəqliyyatçı”ya asanlıqla qalib gəlib-3:0. “Lokomotiv” komandası “Naxçıvan”ı yenə də “quru hesabla” məğlub edib. MOİK isə “Sumqayıt”a şans verməyib. 3:0 hesabı ilə qələbə qazanan “hərbçilər” aktivindəki xalların sayını 13-ə çatdırıblar. Bununla da MOİK turnir cədvəlində üçüncü pilləyə yüksəlib. Turnir cədvəlinə 27 xalla “Neftçi” başçılıq edir. Liderdən iki xal geri qalan “Lokomotiv isə ikinci pillədə qərarlaşıb.xeber100.com

Dekabr 26, 2016 11:13

Kapoeyra Federasiyasının təşkilatçılığı ilə…

Kapoeyra Federasiyasının təşkilatçılığı ilə dekabrın 25-də idmanın bu növü üzrə X ölkə çempionatı keçirilib.Azərtac xəbər verir ki, Kapoeyra Federasiyasının prezidenti T.Orucov tədbirdə çıxış edərək ölkəmizdə idmanın bu növünün tarixindən və inkişafından danışıb. Bildirib ki, Azərbaycan idmançıları kapoeyra üzrə beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər.Sonra çempionat açıq elan edilib və yarışlara start verilib.Çempionatda iştirakçılar 4-6, 7-9, 10-12, 13-15 və 16-dan yuxarı yaş qruplarında məharətlərini göstəriblər. Peşəkar idmançıların mübarizəsi 35-55, 56-65, 66-75, 75 kiloqramdan yuxarı çəki dərəcələrində aparılıb. Qızlar arasında yarışlar isə 4-12, 13-17 və 18-dən yuxarı yaş təşkil olunub.xeber100.com

Dekabr 26, 2016 11:09

“İlin ən yaxşı qapıçısı” üzrə sorğunun qalibi məlum olub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən “İlin ən yaxşı qapıçısı” üzrə sorğunun qalibi məlum olub.Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, Almaniyanın “Bayern Münxen” futbol komandasının qolkiperi Manuel Noyer 2016-cı ilin ən yaxşı qapıçısı seçilib.İFFHS-in rəsmi internet saytında 56 ölkənin media nümayəndələri və idman mütəxəssislərinin iştirakı ilə keçirilən sorğuda M.Noyer 156 xal toplayıb. Bununla da o, İtaliya millisinin və “Yuventus”un qapıçısı Canluici Buffon kimi ardıcıl dördüncü dəfə bu mükafatın sahibi olub. İtaliyalı əfsanə C.Buffon bu dəfə 91 xalla ikinci pillə ilə kifayətlənib. Portuqaliya milli komandasının və “Sportinq”in qolkiperi Rui Patrisio isə 50 xalla üçüncü yerdə qərarlaşıb.xeber100.com

Dekabr 26, 2016 11:03

“Qəbələ” futbol klubunun rəqibləri dəqiqləşib

“Qəbələ” futbol klubunun qış fasiləsində Türkiyədə keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri dəqiqləşib.Azərtac xəbər verir ki, “Qəbələ” Antalyadakı təlim-məşq toplanışında üç sınaq matçı keçirəcək. Komandamız ilk oyununu yanvarın 13-də Albaniyanın “Partizani” klubuna qarşı keçirəcək. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda yanvarın 18-də Rumıniyanın “Qaz Metan” klubu ilə qarşılaşacaq. Son oyunda isə “Qəbələ”nin rəqibi Makedoniyanın “Şkendiya” komandası olacaq. Bu matçın yanvarın 24-də oynanılacağı planlaşdırılır.“Qəbələ”nın Antalyadakı toplanışı yanvarın 9-dan 25-dək davam edəcək.xeber100.com

Dekabr 26, 2016 10:57

Şahmat festivalı çərçivəsində rapid turniri başlayıb

Dekabrın 24-də Şahmat Akademiyasında 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəylik Gününə həsr olunmuş şahmat festivalı çərçivəsində rapid turniri başlayıb.Azərtac xəbər verir ki, yarışlarda 48 Azərbaycan şahmatçısı, o cümlədən qrossmeysterlər, habelə İngiltərənin bir nümayəndəsi iştirak edib.Turnirin baş hakimi FIDE hakimi Cavanşir Bağırovdur.xeber100.com

Dekabr 25, 2016 12:04

Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə…

Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə “Multikulturalizm ili”nə həsr edilmiş veloyürüş keçirilib.AVİF-dən Azərtac-a bildiriblər ki, yürüşdə 150-yə yaxın peşəkar və həvəskar velosipedçi iştirak edib.Yürüşə Dövlət Bayrağı Meydanından start verilib. Qeyd edək ki, bu cür yürüşlərin keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin aşılanması, ekoloji cəhətdən təmiz nəqliyyat növü olan velosipedin gənclər arasında geniş təbliğ olunmasıdır.xeber100.com

Dekabr 25, 2016 11:47

AZAL futbol klubunu tərk edəcək futbolçuların adı açıqlanıb

Bu mövsümdə AZAL futbol klubunu tərk edəcək altı futbolçunun adı açıqlanıb.Azərtac xəbər verir ki, Brayan Fok, Adan Koronado, Mirzağa Hüseynpur, David Canelidze, Taqim Novruzov və Qvanzav Maqomedov ölkə çempionatının qış fasıləsində komandadan ayrılacaqlar.Adan Koronado ilə müqavilə futbolçunun ailə vəziyyətinə görə qarşılıqlı şəkildə pozulub.xeber100.com

Dekabr 25, 2016 11:23
    Page 771 of 831« First«...102030...769770771772773...780790800...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az