06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

2016-cı ilin son oyunları keçirilib

Dekabrın 17-də futbol üzrə Azərbaycan Premyer Liqasında 2016-cı ilin və ikinci dövrənin son oyunları keçirilib.Azərtac xəbər verir ki, XIV tura “Qarabağ”–“İnter” görüşü ilə yekun vurulub.Qarlı havada oynanılan qarşılaşmada qapılara qol vurulmayıb.Beləliklə, Azərbaycan Premyer Liqasında ikinci dövrə başa çatıb. XIV turdan sonra 32 xal toplayan “Qarabağ” ili birinci pillədə yekunlaşdırıb. “Qəbələ” 31 xalla ikinci, Bakının “İnter” klubu isə 25 xalla üçüncü yerdə qərarlaşıb. Sumqayıtın eyniadlı təmsilçisi 17 xalla dördüncü, “Kəpəz” 15 xalla beşinci pillədə yer alıb. Hesabında 15 xal olan “Zirə” isə bir pillə geriləyərək 6-cı olub. “Neftçi” 9 xalla yeddinci, AZAL 8 xalla sonuncu pillədə qərarlaşıb.Qeyd edək ki, Premyer Liqada qış fasiləsi başlayıb. XV turun matçları isə 2017-ci ilin yanvarın 28-də oynanılacaq.xeber100.com

Dekabr 18, 2016 12:24

İngiltərə Premyer Liqasının XVII turunda…

Dekabrın 17-də Avropanın aparıcı ölkələrinin futbol çempionatlarında maraqlı qarşılaşmalar keçirilib.Azərtac xəbər verir ki, İngiltərə Premyer Liqasının XVII turunda “Çelsi” səfərdə “Kristal Palas” klubunu Dieqo Kostanın qolu ilə 0:1 hesabı ilə məğlub edib. Son çempion “Lester” klubu “Stok Siti”nin qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. Çempionluğa iddialı “Mançester Yunayted” isə səfərdə “Vest Bromviç” ilə qarşılaşıb. Z.İbrahimoviçin oyunda vurduğu iki qol qarşılaşmanın taleyini həll edib - “Vest Bromviç” 0 – 2 “Mançester Yunayted”.Almaniya Bundesliqasında XV turda çempionluğa iddialı iki komandanın qarşılaşmasında “Leyptsiq” klubu “Herta”nı 2:0 hesabı ilə məğlub edib.Fransa birinci liqasında XVIII tur çərçivəsində PSJ səfərdə “Genqam”a 1:2 hesabı ilə məğlub olub.İspaniya La Liqasında XVI turda bir sıra maraqlı qarşılaşmalar keçirilib. Turnir cədvəlində ilk üçlükdə yer alan “Sevilya” klubu “Malaqa”nı böyük hesabla məğlub edib - 4:0. “Atletiko” isə “Las Palmas” klubuna 1:0 hesabı ilə qalib gəlib.xeber100.com

Dekabr 18, 2016 12:20

Beynəlxalq turnirin püşkü atılıb

Sankt-Peterburqda FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq turnirin püşkü atılıb.Azərtac xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edəcək 19 yaşadək futbolçulardan ibarət milli komanda “C” qrupuna düşüb. Təbriz Həsənovun rəhbərlik etdiyi komanda Litva, Slovakiya və Qazaxıstana rəqib olub.Tacikistan, Yunanıstan, Bolqarıstan və Estoniya “A”, Latviya, Belarus, Rusiya və Hindistan “B”, Moldova, Sloveniya, İran və Sankt-Peterburq isə “F” qrupunda yer alıblar. Oyunların təqvimi yaxın günlərdə açıqlanacaq.Qeyd edək ki, turnir 2017-ci il yanvarın 7-dən 22-dək Sankt-Peterburq İdman-Konsert Kompeksində təşkil olunacaq.xeber100.com

Dekabr 17, 2016 12:50

“Zenit” – “Atletiko Paranaense” arasında müqavilə imzalanıb

Sankt-Peterburqun “Zenit” klubu Braziliyanın “Atletiko Paranaense” komandasının futbolçusu Ernanini heyətinə cəlb edib.Azərtac xəbər verir ki, futbolçu ilə beşillik müqavilə imzalanıb.Başa çatmış Braziliya çempionatında Ernani 24 oyunda meydana çıxıb və 4 qol vurub.Bu transferin reallaşmasından sonra “Zenit” belçikalı futbolçusu Vitseli “Yuventus”a sata bilər.xeber100.com

Dekabr 17, 2016 12:40

“Avro-2020”nin növbəti loqotipi təqdim edilib

2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarını qəbul edəcək daha bir şəhər loqotipini təqdim edib. Azərtac xəbər verir ki, bu şəhər Hollandiyanın paytaxtı Amsterdam olub. Bütün emblemlərdə olduğu kimi, loqotipin mərkəzində körpü yer alıb. Paytaxtda yerləşən "Amsterdam Arena" qrupun üç oyunu və dörddəbir final mərhələsinin bir matçını qəbul edəcək.Xatırladaq ki, “Avro-2020” Bakı da daxil olmaqla Avropanın on üç şəhərində keçiriləcək. Paytaxtımız loqotipini cari il sentyabrın 30-da Bakı Olimpiya Stadionunda təqdim edib.xeber100.com

Dekabr 17, 2016 12:35

“Neftçi” makedoniyalı müdafiəçi ilə müqaviləyə xitam verib

“Neftçi” daha bir futbolçu ilə yollarını ayırıb.Azərtac xəbər verir ki, paytaxt təmsilçisi yenə əcnəbi oyunçu ilə vidalaşıb. Söhbət mövsümlərarası fasilədə komandaya gətirilən Vançe Şikovdan gedir. Makedoniyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.“Austriya” klubundan transfer edilən 31 yaşlı oyunçu “Neftçi”nin heyətində 9 oyunda meydana çıxıb.Qeyd edək ki, Vançe Şikovadək “Neftçi” Katalin Tira, Denilson Pereyra və Dario Melnyakla yollarını ayırmışdı.xeber100.com

Dekabr 16, 2016 11:56

Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyun keçirilib

Dekabrın 15-də Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu keçirib.Azərtac xəbər verir ki, “Azərreyl” komandası Azərbaycan Voleybol Mərkəzində Polşanın “Dabrova Qornitsa” komandasını qəbul edib.Serbiyalı baş hakim İvan Lazareviçin idarə etdiyi oyunun ilk seti Bakı təmsilçisinin 25:21 hesablı üstünlüyü ilə başa çatıb.İkinci setdə “Dabrova Qornitsa” hesaba tarazlıq gətirib – 25:15.Təşəbbüsü ələ alan Bakı təmsilçisi ardıcıl iki setdə - 25:21 və 28:26 hesablı qələbə qazanıb.Beləliklə, görüş 3:1 hesabı ilə “Azərreyl”in xeyrinə başa çatıb.“C” qrupunun digər oyununda Fransanın “Sen-Rafael” komandası Türkiyənin “Fənərbağça” klubunu qəbul edəcək.xeber100.com

Dekabr 16, 2016 11:52

“Avro-2020”nin final mərhələsinin daha bir loqotipi təqdim olunub

“Avro-2020”nin final mərhələsinin daha bir loqotipi İspaniyada təqdim olunub.Azərtac xəbər verir ki, yarışa ev sahibliyi edəcək 13 şəhərdən biri olan Bilbao təqdimat mərasimi keçirən 11-ci şəhər olub.Bütün loqolarda olduğu kimi bu şəhərin rəmzində də körpü əks olunub. Bu, ölkələr və azarkeşlər arasında birlik nişanəsidir. Körpü ilə yanaşı Müqəddəs Antoni kilsəsi də loqoda yer alıb.Qeyd edək ki, Bilbao şəhəri qrup mərhələsinin üç, səkkizdəbir finalın bir oyununu qəbul edəcək.xeber100.com

Dekabr 16, 2016 11:46

VII beynəlxalq turnir start götürüb

Bu gün Dağıstanın Kaspiysk şəhərində dünya və beşqat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir start götürüb.Bu barədə Azərtac-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.Dekabrın 17-dək davam edəcək turnirdə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun rəhbərliyi altında yığma komandanın 19 üzvü mübarizə aparacaq.xeber100.com

Dekabr 16, 2016 11:38

Gimnastika Federasiyasının məlumatına görə…

Belçikanın Antverpen şəhərində 18-ci GYMGALA (gimnastika üzrə qala gecəsi) keçirilib.Azərbaycan Gimnastika Federasiyasından Azərtac-a bildiriblər ki, tədbirin təşkilatçıları tərəfindən dəvət olunmuş ölkəmizin qrup hərəkətləri komandası da bu şouda maraqlı çıxışı ilə yadda qalıb. Belə ki, GYMGALA-nın yeganə bədii gimnastika təmsilçiləri olan Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celepden ibarət qrupumuzun 5 lent, o cümlədən 3 gürz və 2 halqa ilə icra etdikləri kompozosiyalar Lotto Arenasına toplaşmış tamaşaçılara zövqlü anlar yaşadıb.Şounun ulduz idmançıları arasında bu il Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının idman gimnastikası üzrə çempionları Oleq Vernyayev və Sanne Vevers, həmçinin batut gimnastikası üzrə qızıl medalçısı Vladislav Qonçarov da yer alıblar.Ümumilikdə tədbirdə Azərbaycanla yanaşı, Belçika, Böyük Britaniya, Rusiya, Ukrayna, İsrail, Danimarka və Niderlanddan olan tanınmış gimnastlar çıxış ediblər.xeber100.com

Dekabr 16, 2016 11:31
    Page 774 of 830« First«...102030...772773774775776...780790800...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az