Boksçular arasında beynəlxalq turnirdə yarımfinal döyüşləri keçirilib

Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirdə yarımfinal döyüşləri keçirilib.21 ölkədən 189 idmançının mübarizə apardığı yarışda Azərbaycan millisinin 2 üzvü finala yüksəlib.Kənan Babayev (48 kq) hindistanlı Tali Tabanın ardınca qazaxıstanlı Uslam Seksenbayevi də məğlub edib.Avropa çempionumuz döyüşü yenə 5:0 (29:28, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. O, finalda Vişvanat Sureşlə (Hindistan) üz-üzə gələcək.Millimizin ən ağır çəkili boksçusu Səbuhi Əlizadə (+92 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. 1/4 finalda Mikita Maliutaya (Ukrayna) qalib gələn təmsilçimiz yarımfinalda İvan Yermolenko (Qazaxıstan) üzərində də qələbə qazanıb – 4:1 (29:28, 28:29, 28:29, 28:29, 28:29). Əlizadə finalda Aleksandr Zelinski (Ukrayna) ilə döyüşəcək.Anke (Hindistan) və Mobir Trbiçi (Fransa) mübarizədən kənarlaşdıran Daniel Xolostenko (71 kq) finala gedən yolda qazaxıstanlı İslam Sovetovla münasibətinə aydınlıq gətirib. Rəqib mərhələ adladığından boksçumuz bürünc medalla kifayətlənib.Denis Dahlla (Norveç) döyüşün taleyinin ilk raundda həll edən Fətəli İsmayılov (80 kq) isə yarımfinalda ukraynalı Vladislav Dudarla qarşılaşıb. Finala rəqib yüksəldiyindən həmyerlimiz 3-cü yeri tutub.Qeyd edək ki, final döyüşləri sentyabrın 18-də olacaq.xeber100.com

Sentyabr 18, 2022 10:17

Belqradda keçirilən güləş üzrə dünya çempionatı başa çatıb

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı başa çatıb.İslam Bazarqanov (61 kq) 1/8 finalda iranlı Reza Atrinaqarçiyə uduzub - 0:4. Rəqib finaladək irəlilədiyi üçün Bazarqanov təsəlliverici görüşlərə çıxıb.İlk qarşılaşmada Şimali Makedoniya təmsilçisi Bəşir Əlidən güclü olan (5:1) İslam növbəti görüşdə bolqarıstanlı Georgi Vangelovla bacarmayıb - 0:4.Hacı Əliyev (65 kq) 1/8 finalda argentinalı Aqustin Destribatsdan 6:1 hesabı ilə üstün olub. Yığmanın kapitanı 1/4 finalda özbəkistanlı Abbas Rəhmanovdan güclü olub - 10:3. Titullu güləşçimiz yarımfinalda iranlı Rəhman Amuzadxəliliyə 2:9 hesabı ilə məğlub olub. Əliyev bürünc medal uğrunda macarıstanlı İsmayıl Musukayevlə qarşılaşıb və 2:4 hesabı ilə məğlub olaraq yarışı 5-ci pillədə başa vurub.Maqomedxan Maqomedov (97 kq) 1/8 finalda almaniyalı Erik Tieleyə qalib gəlib - 11:4. Avropa çempionumuz 1/4 finalda amerikalı dünya və olimpiya çempionu Kayl Snayderə müqavimət göstərə bilməyib - 0:10. Ancaq rəqib finala yüksəldiyi üçün Maqomedov təsəlliverici görüşə çıxıb və polşalı Zbiqniev Baranovskiyə tam üstünlüklə (11:0) qalib gəlib.Maqomedxan 3-cü yer uğrunda iranlı Məhəmmədhüseyn Məhəmmədianla mübarizə aparıb. Rəqibinə "tuşe" ilə qalib gələn M.Maqomedov dünya üçüncüsü olub.Beləliklə, sərbəst güləş millimiz DÇ-ni ötən il olduğu kimi, 2 bürünc medalla başa vurub.xeber100.com

Sentyabr 18, 2022 10:12