06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

2024-cü il Yay Olimpiya Oyunlarının namizədliyindən imtina edildi

İtaliya Milli Olimpiya Komitəsi (CONİ) Roma şəhərinin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini geri götürüb. Apasport.az saytının məlumatına görə, bu barədə rəsmi qərarı CONİ-nin prezidenti Covanni Malaqo açıqlayıb. O keçirdiyi mətbuat konfransında bildirib ki, artıq namizədliyi geri götürmək üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi məktub göndəriblər: “Bu gün səhər namizədlikdən imtina etdik”. Maloqo 2019-cu ildə BOK-un İcraiyyə Komitəsinin Milanda keçirilməsi istəyini də məktuba əlavə etdiklərini deyib. Nəticədə Oyunları keçirməyə namizəd kimi Budapeşt (Macarıstan), Los-Anceles (ABŞ) və Paris (Fransa) şəhərləri qalıb. 2024-cü ildə olacaq yarışın ev sahibinin adına isə 2017-ci il sentyabrın 13-də Perunun paytaxtı Limada aydınlıq gələcək. Qeyd edək ki, Roma 2020-ci ildə də Olimpiadaya ev sahibliyi etmək arzusunda olsa da, İtaliya hökuməti iqtisadi böhran səbəbindən namizədlikdən imtina etmişdi.xeber100.com

Oktyabr 12, 2016 10:21

UEFA kuboku yarışlarının seçmə mərhələsi çərçivəsində…

Oktyabrın 11-də Makedoniyada futzal üzrə UEFA kuboku yarışlarının seçmə mərhələsi çərçivəsində ikinci qrupda mübarizəyə start verilir. Azərtac xəbər verir ki, Azərbaycan çempionu “Araz” turnirdə yerli “Jelezareç”, Gürcüstanın “Tbilisi Universiteti” və Kosovonun "Feniks" klubları ilə mübarizə aparacaq. Azərbaycan çempionu ilk turda Gürcüstan təmsilçisi ilə qarşılaşacaq. Baş məşqçi Miltinyo Makedoniyada Anar Məmmədov, Rövşən Hüseynli, Emin Kürdov, Oqtay Rüstəmli, Eduardo, Rizvan Fərzəliyev, Vassura, Everton Kardoso, Fabio Poletto, Tyaqu, Fineo, Ramiz Çovdarov, Xətai Bağırov və İsa Atayevin xidmətindən yararlanacaq.xeber100.com

Oktyabr 11, 2016 11:01

Avropa çempionatının ilkin seçmə mərhələsində…

Futbol üzrə 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ikinci oyununu keçirib. Azərtac xəbər verir ki, Polşa komandası ilə qarşılaşan yığmamız 0:4 hesabı ilə məğlub olub. Komandamız turnirdə son oyununu oktyabrın 13-də Estoniya yığmasına qarşı keçirəcək.xeber100.com

Oktyabr 11, 2016 10:51

Avropa çempionatının iştirakçıları müəyyənləşib

2017-ci ildə Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının iştirakçılarının tam siyahısı müəyyənləşib. Azərtac xəbər verir ki, yarışda 16 komanda birincilik uğrunda mübarizə aparacaq. Avropa çempionatında ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, “Avro-2015”in mükafatçıları – Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk beşlikdə qərarlaşan Türkiyə və Almaniya yığmaları yarışacaq. İkinci seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus qoşulub. Pley-off mərhələsində Çexiya, Ukrayna və Macarıstan da onaltılıqda iştirak hüququ qazanıb. “Avro-2017”də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Quba, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın yarımfinal və final oyunları da paytaxtımızda təşkil olunacaq.xeber100.com

Oktyabr 10, 2016 10:08

Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə…

Oktyabrın 9-da Bakıda Heydər Əliyev Mərkəzinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “Red Bull Soapbox” yarışı keçirilib. Azərtac xəbər verir ki, yarışın qalibi adına “Bull & Co” komandası layiq görülüb. “Nostandart” komandası ikinci, “Angry Birds” isə üçüncü yeri tutub. Yarışın münsiflər heyətinə Azərbaycanın şou-biznes və incəsənət aləminin tanınmış simaları daxil idi. Münsiflər heyəti iştirakçıları yaradıcılıq və startdan öncə qurduqları səhnəciklər əsasında qiymətləndirib. Digər bir meyar isə arabanın finişədək bütün maneələri dəf edərək çatdığı vaxt olub. “Red Bull Soapbox” yarışları bütün dünyada şəhər yollarında keçirilir və komandalar yerli həvəskarlardan təşkil olunur. Yarışda 44 komanda öz dördtəkərli arabaları ilə iştirak edir. Arabalar heç bir texniki vasitə olmadan, yalnız insanın fiziki qüvvəsi ilə hərəkətə gətirilir. İlk “Red Bull Soapbox” yarışı 2000-ci ildə Belçikada təşkil edilib. O vaxtdan bəri bu yarış dünyanı fəth edərək 100-dən çox ölkədə keçirilib və böyük tamaşaçı rəğbəti qazanıb.xeber100.com

Oktyabr 10, 2016 10:03

NTV telekanalının məlumatına görə…

“Mercedes”in pilotları Niko Rosberq və Luis Hemilton Yaponiya Qran-prisində öz komandasına vaxtından əvvəl “Formula-1” konstruktorlarının kubokunu qazandırıb. Rusiyanın NTV telekanalı xəbər verir ki, birinci mövqedə start götürən Niko Rosberq liderliyini finişədək qoruyub saxlaya bilib və yürüşün qalibi olub. Onun komanda yoldaşı Luis Hemilton isə yürüşə ikinci çıxsa da, starta yol verdiyi səhv nəticəsində birinci onluğun axırına düşüb. Bununla belə, britaniyalı itirilmiş mövqelərin böyük hissəsini geri qaytarmağa nail olaraq, finişə üçüncü çatıb. Beləliklə Rosberq və Hemiltonun yığdıqları xallar “Mercedes” komandasının ardıcıl olaraq üçüncü dəfə “Formula-1” konstruktorlarının kubokunu qazanmasına kifayət edib.xeber100.com

Oktyabr 9, 2016 6:54

Avrasiya çempionatı keçiriləcək

Oktyabrın 16-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi və “Toğrul” şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə Bakıda kempo full və kempo submission idman növü üzrə Avrasiya çempionatı keçiriləcək. Azərbaycan Kempo Federasiyasının mətbuat xidmətinin rəhbəri Fuad Rəsulun Azərtac-a verdiyi məlumata görə, çempionatda Avropa və Asiyadan olan idmançıların iştirakı gözlənilir. Çempionat artıq ikinci dəfə Bakıda təşkil olunacaq. Avrasiya çempionatı Şağan Olimpiya İdman Kompleksində keçiriləcək.xeber100.com

Oktyabr 8, 2016 7:21

Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə…

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Taekvondo Federasiyasının (ATF) birgə təşkilatçılığı ilə yeniyetmələrin X Respublika Oyunlarının proqramında yer alan taekvondo üzrə zona yarışları keçiriləcək. Azərtac xəbər verir ki, yarışlar taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır. Yarış 2003-cü, 2004-cü və 2005-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil ediləcək. Turnirdə müxtəlif zona və bölgələrdə, o cümlədən Bakıda, Sabirabadda, Göyçayda, Balakəndə fəaliyyət göstərən taekvondo bölmələrinin yeniyetmə oğlan və qız idmançıları on çəki dərəcəsində qüvvələrini sınayacaqlar. Bu mərhələdə fərqlənmiş idmançılar noyabrın 26-dan 29-dək Tovuzda təşkil ediləcək final yarışlarında mübarizə aparacaqlar.xeber100.com

Oktyabr 8, 2016 7:13

Gürcüstan Milli Olimpiya komitələrinin forumu işə başlayıb

Rusiyanın Soçi şəhərində MBD-yə üzv, həmçinin Baltikyanı ölkələrin və Gürcüstan Milli Olimpiya komitələrinin forumu işə başlayıb. Azərtac xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edir. Oktyabrın 7-dək davam edəcək Forumun məqsədi Olimpiya dəyərlərinin və təhsilinin təbliği üçün müvafiq Milli Olimpiya komitələri tərəfindən planın hazırlanmasıdır.xeber100.com

Oktyabr 7, 2016 11:42

“Gənclərin Avropa TOP-10” turniri keçiriləcək

Oktyabrın 7-9-da Çexiyanın Praqa şəhərində stolüstü tennis üzrə “Gənclərin Avropa TOP-10” turniri keçiriləcək. Azərbaycan Stolüstü Tennis Federasiyasından Azərtac-a bildiriblər ki, turnirdə gənclərin və yeniyetmələrin Avropa reytinqində ilk onluqda qərarlaşan idmançılarımız da yarışacaqlar. Turnir Avropa reytinqində ilk onluqda yer tutmuş gənc və yeniyetmə oğlan və qızlar arasında təşkil ediləcək.xeber100.com

Oktyabr 7, 2016 11:40
    Page 797 of 830« First«...102030...795796797798799...810820830...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az