Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarında üçüncü olub

İyirmi üç yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Konyada təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında üçüncü olub.Konyadakı Cümhuriyyet stadionunda keçirilən qarşılaşmada seçməmiz Əlcəzair yığması ilə qarşılaşıb və matçda hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Zərbələri dəqiq yerinə yetirən Azərbaycan millisi qələbə qazanıb – 4:3.Oyunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, veteran futbolçu İsgəndər Cavadov və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da izləyiblər.Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.Xatırladaq ki, 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. “Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü Oyunlar 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunub. VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.xeber100.com

Avqust 16, 2022 7:31

Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.Avqustun 15-də Azərbaycan təmsilçiləri 9 idman növündə güclərini sınayacaqlar.Belə ki, stend atıcılığı üzrə Regina Meftahətdinova, Fuad Qurbanov, Cavid Həsənov, Niyaz Ağazadə, Nurlanə Cəfərova və Sevda Nəcəfova güclərini sınayacaqlar.Qılıncoynatma üzrə isə təmsilçilərimiz komanda (sablya) yarışında iştirak edəcəklər. Həmçinin şpaqa üzrə Ruslan Həsənov, Barat Quliyev, Kənan Əliyev, kamandan oxatma üzrə Yaylagül Ramazanova, Svetlana Simonova, Nəzrin Zamanova, Aleksey Kopnin, Zaur Qəhrəmanov və Məhəmmədəli Əliyev mübarizə aparacaqlar.Komanda idman növlərindən voleybol üzrə 3-cü yer uğrunda kişilər Türkiyə, qadınlar Kamerun yığmaları ilə qarşılaşacaqlar. Basketbol 3X3 növündə isə Azərbaycan Mərakeş və Qabon komandaları ilə üz-üzə gələcəklər.Bu gün, həmçinin cüdoçularımız mübarizəyə qoşulurlar. Belə ki, yarışda Balabəy Ağayev (60 kq), İbrahim Əliyev (66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev (hər ikisi 73 kq), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Səbinə Əliyeva (57 kq) və Nərgiz Hacıyeva (63 kq) medal qazanmağa çalışacaqlar.Para-stolüstü tennis üzə təmsilçilərimiz komanda (qarışıq) yarışında iştirak edəcəklər.Üzgüçülük üzrə isə Vəli İsrafilov (100 metr brass üsulu ilə üzmə), Rəşad Əlquliyev (400 metr qarışıq üsulla üzmə), İlahə Raciyeva (200 metr batterflay üsulu ilə üzmə), Fatimə Alkərəmova (100 metr sərbəst üsulla üzmə), Ayan Kələntərova (100 metr brass üsulu ilə üzmə) gücünü sınayacaq.Daha bir növdə - ağırlıqqaldırma üzrə də atletlərimiz bu gün mübarizə aparacaqlar. Belə ki, Dadaş Dadaşbəyli (102 kq), Əli Şükürlü (109 kq) körpücük üzərinə çıxacaqlar.Qeyd edək ki, avqustun 14-də Azərbaycan komandasının üzvlərindən qılıncoynatma üzrə təmsilçilərimiz Polina Kaspiroviç gümüş, Valeriya Bolşakova və Səbinə Kərimova isə bürünc medal qazanıblar.Bədii gimnastika üzrə Zöhrə Ağamirova lentlərlə və gürzlə hərəkətlərdə qızıl, halqa ilə hərəkətlərdə gümüş, top ilə hərəkətlərdə isə bürünc medala sahib olub.Ölkəmizi gimnastika idman növü üzrə təmsil edən Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət bədii gimnastika üzə qrup hərəkətləri komandamız 3 lent və 2 topla qızıl, 5 halqa hərəkətləri ilə isə gümüş, aerobika gimnastikası üzrə Vladimir Dolmatov qızıl, Mədinə Mustafayeva gümüş medal qazanıblar.Üzgüçümüz Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında gümüş medala yiyələnib.Qadınlardan ibarət 3×3 basketbol komandamız 14:12 hesabı ilə Türkiyə millisinə, kişilərdən ibarət 3×3 basketbol komandamız isə Qırğızıstan millisinə 21:4 hesabı ilə qalib gəliblər.Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 10-cu yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 58-ə çatıb. Onlardan 18-i qızıl, 22-i gümüş, 18-i bürüncdür.Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədə qərarlaşıb.xeber100.com

Avqust 15, 2022 5:25

İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma üzrə qaliblər müəyyənləşəcək

Bu gün Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qılıncoynatmanın şpaqa növü üzrə kişilərin şəxsi yarışında qaliblər müəyyənləşəcək.Təmsilçilərimizdən Barat Quliyev (4 qələbə) qrup mərhələsini uğurla adlasa da, pley-offda Fələstin təmsilçisi Abdulla Əlhəmmədiyə 14:15 hesabı ilə məğlub olub.Qrup mərhələsini uğurla başa vuran Kənan Əliyev (3 qələbə) isə ilk pley-off görüşündə Səudiyyə Ərəbistanı şpaqaçısı Əhməd Əlhüseyni 15:7 hesabı ilə məğlub edib. Kənan ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Qırğızıstan qılıncoynadanı Roman Petrova 12:15 hesabı ilə məğlub olub.Qrup mərhələsini uğurla başa vuran Ruslan Həsənov (4 qələbə) ilk pley-off görüşündə Türkiyə təmsilçisi Ege Say Aliyə 15:8 hesabı ilə qalib gəlib. 1/8 finalda Cavad Əldavudu (Səudiyyə Ərəbistanı) 15:8 hesabı ilə mübarizədən kənarlaşdıran Ruslan ən güclü 8-liyə yüksəlib. Ruslan Həsənov yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə İordaniya təmsilçisi İyad Odehlə qarşılaşıb. Rəqibini 15:11 hesabı ilə məğlub edən Ruslan yarımfinala yüksəlməklə bürünc medalı təmin edib. Həsənov 1/2 finalda Özbəkistan idmançısı Fayzulla Alimovla qarşılaşacaq.Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. Oyunlar avqustun 18-dək davam edəcək.xeber100.com

Avqust 15, 2022 5:20

Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.Yarışın səkkizinci günündə - avqustun 12-də Azərbaycan təmsilçiləri 8 idman növündə güclərini sınayacaqlar.Atletikada Nazim Babayev uzunluğa tullanma yarışlarında çıxış edəcək.Taekvondo yarışlarında isə Fatimə Məcidova (62 kq), Məhəmməd Məmmədov (74 kq) və Radik İsayev (+87 kq) dayanq üzərinə çıxacaqlar.Kişi həndbolçulardan ibarət Azərbaycan millisi qrup mərhələsi çərçivəsində İran seçməsi ilə üz-üzə gələcək.Qadın voleybolçulardan ibarət millimiz isə B qrupunun oyunları çərçivəsində Kamerun millisini sınağa çəkəcək.Futbol üzrə millimiz isə Mərakeş seçməsi ilə qarşılaşacaq.Stend atıcılığının trap növünün qarışıq komanda yarışında Aydan Camalova - Əli Hüseynli cütlüyü mübarizə aparacaq.Güləş yarışlarında isə Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), Ülvi Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq), Elnurə Məmmədova (55 kq) və Elis Manolova (65 kq) döşək üzərinə çıxacaqlar.Ağırlıqqaldırma yarışlarında Tehran Məmmədov (61 kq) və İsa Rüstəmov (67 kq) mübarizə aparacaqlar.Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir.Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.xeber100.com

Avqust 12, 2022 10:35

V İslam Həmrəyliyi Oyunları davam edir

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.Yarışın yeddinci günündə - avqustun 11-də Azərbaycan təmsilçiləri 13 idman növündə güclərini sınayacaqlar.Atletika yarışlarında qadınlar arasında üçtəkanla tullanma yarışlarında Yekaterina Sariyeva, kişilər arasında isə Nazim Babayev uzunluğa tullanma, Əlhəm Nağıyev isə 200 metr məsafəyə qaçış yarışlarında çıxış edəcək.Taekvondo yarışlarında isə Minayə Əkbərova (46 kq), Fəridə Əzizova (67 kq), Taleh Süleymanov (80 kq) və Milad Beigi Harçeqani (87 kq) dayanq üzərinə çıxacaqlar.Qadın həndbolçulardan ibarət Azərbaycan millisi qrup mərhələsi çərçivəsində İran seçməsi ilə üz-üzə gələcək.Kişi voleybolçulardan ibarət millimiz isə A qrupunun oyunları çərçivəsində Kamerun millisini sınağa çəkəcək.Stolüstü tennis üzrə millimiz komanda yarışlarında mübarizə aparacaq.Şose velosipedinin qrup ötüşməsi növündə ölkəmizi Elçin Əsədov, Viktoriya Sidorenko, Lalə Əbdürəhmanova təmsil edəcəklər.Para-kamandan oxatma yarışlarında isə Azadə Abdullayeva, Şahin Cabbarov, Vüsal Kazımov, Əli Nəbiyev və Cahan Musayev fərdi yarışlarda çıxış edəcəklər.Stend atıcılığının trap növündə ölkəmizi Ramil Rüstəmzadə, Əli Hüseynli, Tamerlan Məmmədov, Aydan Camalova, Alina Rəfixanova, Aydan Babayeva təmsil edəcəklər.Güləş yarışlarında isə İslam Bazarqanov (61 kq), Əsgər Məmmədəliyev (70 kq), Hacımurad Osmanov (79 kq), Osman Nurməhəmmədov (92 kq), Rahid Həmidli (125 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (62 kq), Gözəl Zutova (72 kq) döşək üzərinə çıxacaqlar.İdman gimnastlarımız Nikita Simonov, Mənsum Səfərov və İvan Tixonov da medallar uğrunda mübarizə aparacaqlar.Paraüzgüçülük yarışlarında isə Könül Süleymanova 100 metr məsafəyə sərbəst və 150 metr məsafəyə medley üzrə yarışlarda çıxış edəcək.Ağırlıqqaldırma yarışlarında Nazilə İsmayılova (45 kq) mübarizə aparacaq.Paraatletika yarışlarında Hüseyn Həsənov hündürlüyə tullanmada iştirak edəcək.Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir.Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.xeber100.com

Avqust 11, 2022 12:24