03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

V İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarına start verilib

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarına start verilib.Yarışın 6-cı günündə - 7 güləşçimiz xalça üzərinə çıxacaq. Belə ki, yığmamızın üzvlərindən Mariya Stadnik (50 kq), Alyona Kolesnik (59 kq), Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Abubəkr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) medallar uğrunda mübarizə aparacaqlar.Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir.Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.xeber100.com

Avqust 10, 2022 7:42

Stolüstü tennis üzrə komandamız növbəti qələbəyə imza atıb

Kişilərdən ibarət stolüstü tennis üzrə komandamız V Islam Həmrəyliyi Oyunlarında növbəti qələbəyə imza atıb.Türkiyənin Konya şəhərində keçirilən yarışda qrup mərhələsinin II turunda Uqanda komandası ilə üz-üzə gələn yığmamız rəqibi üzərində 3:0 hesablı qələbə qazanıb. Stolüstü tennisçilərimiz bu gün keçiriləcək son turda Türkiyə komandası ilə qarşılaşacaq.Qeyd edək ki, İslamiadada Azərbaycan komandasının üzvləri Anna Skidan qızıl, Aleksis Kopelyo (hər ikisi yüngül atletika), Alyona Kolesnik (qadın güləşi, 59 kq) gümüş və Həşim Məhəmmədov (taekvondo, 58 kq) isə bürünc medal əldə ediblər.xeber100.com

Avqust 10, 2022 7:38

Cüdo üzrə gənclər arasında dünya çempionatı start götürəcək

Bu gün Ekvadorun Quayaquil şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı start götürəcək.Yarışın ilk günündə Turan Bayramov (60 kq) mübarizə aparacaq. Onun ilk rəqibi yunanıstanlı Adam Anastasopoulos olacaq.Qeyd edək ki, 65 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarışda Azərbaycanı 8 idmançı təmsil edəcək. Cüdoçularımız baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında çıxış edəcəklər.xeber100.com

Avqust 10, 2022 7:37

Peşəkar Futbol Liqasının məlumatına görə…

Emin Mahmudov “Neftçi”də 150-ci oyununu keçirib. Bu, Misli Premyer Liqasının I turuna təsadüf edib.Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, “Şamaxı” ilə səfər görüşü Bakı klubunun yarımmüdafiəçisi üçün yubiley xarakteri daşıyıb. İkinci hissənin gedişində meydana daxil olan Emin ağ-qara formadakı 150-ci oyununda vurduğu qolla komandasına qələbə qazandırıb – 1:0.Mahmudov Premyer Liqada 118, ölkə kubokunda 12, avrokuboklarda 20 matç keçirib. O, “Neftçi”dəki 150 qarşılaşmada 32 dəfə rəqib qapısına yol tapıb.xeber100.com

Avqust 8, 2022 6:44

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə…

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə basketbolun inkişafı istiqamətində ölkəmizin bir sıra regionlarında turnirlər keçirilib.Federasiyanın mətbuat xidmətindən bildiriblər ki, 3x3 basketbol növü üzrə keçirilən "ABF 3x3" adlı Azərbaycan kuboku bu turnirlərdən biridir. İlk mərhələsi Gəncə şəhərində baş tutmuş yarışda oğlanlardan ibarət 56 oyunçu 14 komandanın, 20 qız oyunçu isə 5 komandanın heyətində mübarizə aparıblar. Növbəti mərhələsi Lənkəran şəhərində keçirilən turnirdə isə ümumilikdə 32 oğlan oyunçu, 8 komandanın heyətində iştirak ediblər.Maraqlı idman mübarizəsi şəraitində keçən "ABF 3x3" adlı Azərbaycan kubokunu davamlı şəkildə keçirməkdə məqsəd ölkəmizdə bu idman növünə olan marağı daha da artırmaqdır.xeber100.com

Avqust 8, 2022 6:41

Ümumdünya Şahmat Olimpiadasında şahmatçılarımız qələbə qazanıblar

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasında qadın şahmatçılarımız Ermənistan komandası üzərində parlaq qələbə qazanıb.Bu gün keçirilən 10-cu turda qadınlardan (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova) ibarət yığmamız Ermənistan şahmatçıları ilə mübarizə aparıb. Şahmatçılarımız rəqib komanda üzərində böyük hesablı (4:0) qələbə qazanıblar.xeber100.com

Avqust 8, 2022 6:39

Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub.Son oyun günündə bir görüş keçirilib. Doqquz illik fasilədən sonra Azərbaycan Premyer Liqasına elitaya qayıdan “Turan Tovuz” öz meydanında “Qəbələ”ni qəbul edib. Tovuz şəhər stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.Bu oyunda Premyer Liqada VAR sistemi ilk dəfə hakimin köməyinə çatıb. 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən İsnik Alimi “Qəbələ”ni hesabda önə çıxarıb. Beş dəqiqə sonra isə Rafael Utziq komandasının üstünlüyünü möhkəmləndirib - 2:0. Bu nəticədən sonra “Qəbələ” 3 xalla üçüncü pillədə qərarlaşıb. “Sabah”, “Qarabağ”, “Zirə” və “Neftçi” də eyni xala malikdir. Xalı olmayan “Turan Tovuz” isə doqquzuncu sırada qərarlaşıb.xeber100.com

Avqust 8, 2022 6:34

Azərbaycan millisi “Avro-2023”ün təsnifat mərhələsində növbəti oyununu keçirib

Avqustun 6-da kişi voleybolçulardan ibarət Azərbaycan millisi “Avro-2023”ün təsnifat mərhələsində növbəti oyununu keçirib.Millimiz Bakıda Voleybol Mərkəzində Türkiyə yığmasını qəbul edib.Oyun Türkiyə seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.Yığmamız “Avro-2023”ün təsnifat oyunlarında A qrupunda mübarizə aparır. Komandamızın rəqibləri Türkiyə və Danimarka milliləridir.Millimiz növbəti oyununu avqustun 17-də İstanbulda Türkiyə yığmasına qarşı keçirəcək. Voleybolçularımız Bakıda təşkil olunan ilk oyunda Danimarka seçməsinə 1:3 hesabı ilə uduzublar.Ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.xeber100.com

Avqust 7, 2022 6:55

V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə yarışlara start verilib

Bu gün Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə şəxsi yarışlara start verilib.Yarışda Azərbaycanı milli komandamızın üzvləri Ləman Əbdülhəmidova, Adil Əhmədzadə, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Emin Məmmədov, Zemfira Mikayılova, Mərziyyə Nurmətova və Nəzakət Qarayeva təmsil edirlər. Kişilərin şəxsi yarışında Azərbaycan idmançısı Emin Məmmədov Qazaxıstan təmsilçisi Akimali Bakdauletə 3:0 hesabı ilə qalib gələrək 1/16 finala yüksəlib.Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları avqustun 11-dək davam edəcək.xeber100.com

Avqust 7, 2022 6:52

44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.Bu gün keçirilən 9-cu turda qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva) Monqolustan yığmasını 2,5:1,5 hesabı ilə məğlub edib.Kişilərdən ibarət komandamızın (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Nicat Abasov) Hindistan şahmatçıları ilə mübarizəsi davam edir.Olimpiadada kişilərin yarışında 188, qadınların yarışında 162 ölkədən komandalar mübarizə aparır.İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.xeber100.com

Avqust 7, 2022 6:50
    Page 88 of 830« First«...102030...8687888990...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az