03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Voleybol Federasiyasının məlumatı əsasında…

İyulun 28-də Azərbaycan Voleybol Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə çimərlik voleybolu üzrə açıq ölkə çempionatına start verilib.Azərbaycan Voleybol Federasiyasından bildiriblər ki, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda 12 qadın, 16 kişi cütlüyü mübarizəyə qoşulub. Çempionatın ilk günündə təsnifat oyunları baş tutub.Olimpiya sistemi ilə keçirilən turnirin nəticələrinə əsasən qadın və kişilərin yarışında səkkiz cütlük mərhələ adlayıb.Onlar iyulun 29-da çempionluq uğrunda mübarizəni davam etdirəcəklər.Mükafatçılara medal, diplom və turnirin sponsorları tərəfindən hədiyyələr veriləcək.Final oyunları və mükafatlandırma mərasimi “CBC Sport” kanalında canlı yayımlanacaq.xeber100.com

İyul 28, 2022 3:02

“Qarabağ” futbol klubunun rəqibi müəyyənləşib

Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.Slovakiya çempionu “Slovan”ı (Bratislava) mübarizədən kənarlaşdıran Macarıstanın “Ferentsvaroş” klubu Ağdam təmsilçisinə rəqib olub.İlk oyunda doğma meydanda “Slovan”a 1:2 hesabı ilə məğlub olan “Ferentsvaroş” səfər matçında rəqibinə 4:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.Qeyd edək ki, Bakıda İsveçrə “Sürix”ini 3:2 hesabı ilə məğlub edən “Qarabağ” səfərdə rəqibi ilə heç-heçə edib (2:2) və mərhələ adlayıb.xeber100.com

İyul 28, 2022 2:58

UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb.Bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə İsveçrənin “Sürix” klubu ilə əlavə vaxtda 2:2 hesablı səfər heç-heçəsi sayəsində mümkün olub. Bu nəticə ölkəmizin aktivinə daha 0,125 xal gətirib.Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 0,625-ə, son 5 mövsümdə isə 13,250-yə çatdırmasına baxmayaraq 29-cu pillədə qalıb.Azərbaycanın digər təmsilçiləri “Neftçi”, “Zirə” və “Qəbələ” UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki cavab görüşlərini bu gün keçirəcəklər.xeber100.com

İyul 28, 2022 2:56

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb.Bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə İsveçrənin “Sürix” klubu ilə əlavə vaxtda 2:2 hesablı səfər heç-heçəsi sayəsində mümkün olub. Bu nəticə ölkəmizin aktivinə daha 0,125 xal gətirib.Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 0,625-ə, son 5 mövsümdə isə 13,250-yə çatdırmasına baxmayaraq 29-cu pillədə qalıb.Azərbaycanın digər təmsilçiləri “Neftçi”, “Zirə” və “Qəbələ” UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki cavab görüşlərini bu gün keçirəcəklər.xeber100.com

İyul 28, 2022 2:52

Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında mübarizə başlayıb

Bu gün cüdoçularımız Slovakiyada keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının fərdi yarışlarında mübarizəyə başlayırlar.Azərbaycanı yarışda 12 cüdoçu təmsil edir. Belə ki, oğlanların yarışında Murad Əliyev (55 kq), Nurlan Kərimli (60 kq), Eltac Yusifli (66 kq), Qədir Hüseynov (73 kq), İsmayıl Zamanov (81 kq), Əjdər Bağırov (100 kq), Kənan Nəsibov (+100 kq), qızların turnirində isə Xumar Qasımzadə (44 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq) və Nigar Süleymanova (+78 kq) iştirak edəcəklər. Festival çərçivəsində fərdi cüdo turniri iyulun 29-dək davam edəcək. İyulun 30-da isə komanda yarışları keçiriləcək.Hər gün Bakı vaxtı ilə saat 13:00-da başlayacaq yarışların final görüşləri ilə saat 18:00-da keçiriləcək.Festivalda Azərbaycan idmançıları cüdo ilə yanaşı, gimnastika, velosiped, atletika, tennis, üzgüçülük, badminton idman növlərində təmsil olunurlar.xeber100.com

İyul 26, 2022 9:14

“Kəpəz” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

Gəncənin “Kəpəz” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Klubun rəsmi saytı xəbər verir ki, Gəncə təmsilçisi nigeriyalı Abdullahi Şuaybunu transfer edib.İyirmi yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. O, son olaraq Moldovanın “Saksan” klubunun formasını geyinib.xeber100.com

İyul 26, 2022 9:12

Şahmat üzrə “Grand Chess Tour” seriyasının 3-cü mərhələsi başa çatıb

Xorvatiyanın Zaqreb şəhərində şahmat üzrə “Grand Chess Tour” seriyasının 3-cü mərhələsi başa çatıb.Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov turnirin rapid və blits yarışlarında iştirak edib. Şahmatçımız yekun nəticəyə görə, 15 xalla 7-ci yeri tutub.Yarışın qalibi hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (22,5 xal) olub.xeber100.com

İyul 25, 2022 1:25

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunları çərçivəsində

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Sürix” (İsveçrə) – “Qarabağ” (Ağdam) oyununu Niderlanddan olan hakimlər briqadası idarə edəcək.Matçın baş hakimi Allard Lindhout olacaq. Ona Çarles Şaap və Roy De Nas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Jeroen Mansçot yerinə yetirəcək.Sürix şəhərindəki “Letzigrund” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıda təşkil olunan ilk oyunda “Qarabağ” rəqibini 3:2 hesabı ilə məğlub edib.xeber100.com

İyul 25, 2022 1:23

“Kəpəz” klubu heyətini yeni futbolçu ilə gücləndirib

Gəncənin “Kəpəz” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Gəncə təmsilçisi son olaraq “Sumqayıt”da çıxış edən Yusif Nəbiyevi transfer edib.İyirmi dörd yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıbxeber100.com

İyul 25, 2022 1:21

Azərbaycan Cüdo Federasiyasının məlumatı əsasında…

İyulun 26-27-də ölkəmizdə cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə “Yaponiya səfirinin kuboku” açıq birinciliyi keçiriləcək.Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kiçik yaşlı (U-15) yeniyetmələr arasında təşkil olunan turnirdə 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq. Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək yarışda Gəncə şəhərindən və digər regionlardan 35 komanda iştirak edəcək.Turnirin əsas məqsədi Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərməkdir. Eyni zamanda, kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.Qeyd edək ki, turnir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.xeber100.com

İyul 25, 2022 1:19
    Page 91 of 830« First«...102030...8990919293...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az