Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

iyunun 18-19-da Gənclər və İdman Nazirliyinin və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək.Federasiyanın mətbuat xidmətindən məlumat verilib ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) mövcud qaydalarına əsasən təşkil ediləcək yarışda 17 yaşadək, gənclər və U23-Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparacaqlar.İlk yarış günündə velosipedçilər Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığından start götürməklə fərdi ötüşmələr, ikinci yarış günündə isə “Dreamland” Qolf Klubun yaxınlığından Qala qəsəbəsi istiqamətində start götürməklə qrup ötüşmələrində yarışacaqlar.Çempionatın proqramına əsasən, fərdi ötüşmələrdə U17 yaş kateqoriyasındakı idmançılar, gənc oğlanlar və qızlar, həmçinin U23-Elit yaş kateqoriyasında olan qadınlar 20 kilometr, U23-Elit yaş kateqoriyasında olan kişilər isə 38 kilometr məsafə qət edəcəklər.Qrup ötüşmələrində 17 yaşadək oğlanlar və qızlar, həmçinin gənc qızlar və 23 yaşadək qadınlar 75 kilometr, gənc oğlanlar 90 kilometr, 23 yaşadək kişilər 120 kilometr və elit yaş kateqoriyasında olan kişilər isə 135 kilometr məsafədə yarışacaqlar.Yarışın qaliblərinə medal, diplom və qiymətli hədiyyələr təqdim ediləcək.Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına da göndəriləcək və həm ölkəmizin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.xeber100.com

İyun 17, 2022 2:47

Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turu başa çatıb

Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turu başa çatıb.“Ferrari” komandasının pilotu Şarl Lekler yürüşü lider kimi tamamlayıb.İlk üçlükdə “Red Bull Racing” komandasının pilotları Serxio Peres və Maks Ferstappen yer alıblar.Sıralanma turunun nəticələrinə əsasən, iyunun 12-də keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşib.Builki dünya çempionata martın 18-20-də Bəhreyn Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanı, Avstraliya, İtaliya, ABŞ, İspaniya və Monakoda keçirilib. Yeddi mərhələdən sonra pilotların siyahısına “Red Bull Racing” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində 125 xal var. Ferstappendən 9 xal geri qalan Şarl Lekler (“Ferrari”) ikinci sırada qərarlaşıb. İlk beşliyi 110 xalla Serxio Peres (“Red Bull Racing”), 84 xalla Corc Rassel (“Mercedes”) və 83 xalla Karlos Saynz (“Ferrari”) tamamlayırlar.Konstruktorlar kubokunun lideri isə “Red Bull Racing” (235 xal) komandasıdır. “Ferrari” 199 xalla ikinci, “Mercedes” isə 134 xalla üçüncü pillədə yer alıb. Sonrakı yerlərdə “Maklaren” (59), “Alfa Romeo” (41), “Alpine Reno” (40), “Apfatauri” (17), “Haas Ferrari” (15), “Aston Martin” (7) və “Uilliyams” (3) komandaları qərarlaşıblar.Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına altıncı dəfədir ev sahibliyi edir. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (“Red Bull Racing” - 2017), Lusi Hamilton (“Mercedes” - 2018), Valtteri Bottas və Luis Hamilton (“Mercedes” - 2019), Serxio Peres (“Red Bull Racing” – 2021) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.xeber100.com

İyun 11, 2022 7:02